Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-646/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas kаtibliyi, X2 və Cavabdeh iştirakları ilə, X1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN E T D İ: X2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 5500 manat borcu və həmçinin, hazırkı iddianın qaldırılması ilə əlaqədar ödədiyi 30 manat dövlət rüsumunun tutulub ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 məhkəməyə ərizə verərək cavabdehlə aralarında barışıq sazişi bağladıqlarını bildirib barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçı ilə aralarında barışıq sazişi bağladıqlarını bildirib məhkəmədən həmin sazişin təsdiq edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş barışıq sazişini iş materilları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gələrək barışıq sazişi bağlamışlar: “Mən, İddiaçı Cavabdeh mənə olan 5500 manat məbləğində borcundan 800 manatını hissə-hissə ödədiyini qəbul edirəm və bildirirəm ki, qalan 4700 manat borcun hər ay 300 manat hissələrlə ödənilməsinə etiraz etmirəm.Gələcəkdə bununla bağlı heç bir etiraz və tələbim olmayacaq; Mən, Mövsümov X3 Bəhrəm Etibar oğluna olan 5500 manat məbləğində borcumdan ödədiyim 800 manatı çıxaraq qalan 4700 manat məbləğində borcu hər ay 300 manat hissələrlə ödəyəcəyimi bildirirəm. Gələcəkdə bununla bağlı heç bir etiraz və tələbim olmayacaq”. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin (bundan sonra MPM) 191.2ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən hazırkı iş üzrə tərəflərə barışıq sazişinin hüquqi nəticələri izah edilmişdir. Tərəflər sazişin istəklərinə uyğun olduğunu, onların iradələrini ifadə etdiyini və heç bir hüquqlarını pozmadığını qeyd etmişlər. Həmçinin qeyd etmişlər ki, onlar artıq öz aralarında mövcud mübahisəni barışıq sazişi bağlamaqla həll etdiklərindən işin məhkəmədə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub, onların iradələrini ifadə edir və həmin saziş hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi yalnız iş üzrə tərəflər olan prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Azərbaycan Respublikasının MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin: “Mən, İddiaçı Cavabdeh mənə olan 5500 manat məbləğində borcundan 800 manatını hissə-hissə ödədiyini qəbul edirəm və bildirirəm ki, qalan 4700 manat borcun hər ay 300 manat hissələrlə ödənilməsinə etiraz etmirəm.Gələcəkdə bununla bağlı heç bir etiraz və tələbim olmayacaq; Mən, Mövsümov X3 Bəhrəm Etibar oğluna olan 5500 manat məbləğində borcumdan ödədiyim 800 manatı çıxaraq qalan 4700 manat məbləğində borcu hər ay 300 manat hissələrlə ödəyəcəyimi bildirirəm. Gələcəkdə bununla bağlı heç bir etiraz və tələbim olmayacaq”. X1 Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-646/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-646/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver