Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6496/2025 27.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1500 manat məbləğində pul vəsaitinin və ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi bir neçə zamandır ailə dostu kimi tanımışdır. 2024-cü ilin sentyabr ayından başlayaraq, hissə-hissə cavabdehə 1500 manat məbləğində borc vermişdir. Verilən məbləğlərin əksəriyyətini (Kapital Bank **********039350, Kapital Bank **********775844, “ABB Tam Kart” kredit kartı **********155197, ABB hesab kartı **********931241) kart hesablarından onun “Leobank”da olan sonu **********251904 nömrəsi ilə bitən kart hesabına göndərmişdir. Kartın şəkli isə telefonundan silinmişdir. Amma, tətbiq üzərindən göndəriş məlumatlarında qalmaqdadır. Sonuncu dəfə isə yenə öz kartından onun həmin kartına 2025-ci ilin fevral ayının 28-də 300 manat məbləğində göndərmişdir. Dəfələrlə cavabdehdən pulunu tələb etməsinə baxmayaraq, cavabdeh pulu qaytaracağını bildirməklə yanaşı onu ağır söyüşlərlə söyüb təhqir etmiş, hədə-qorxu gəlmişdir. Bu anadək cavabdehə verdiyi borc məbləğlərini geri ala bilməmişdir. Bu iddia ərizəsinə əlavə etdiyi bank hsablarından çıxarış, birbank tətbiqi vasitəsilə köçürmə etdiyi məbləğlərdən çıxarış, aralarında aparılan danışıqlar və həmin danışıqlardan çıxarışlarla və digər sübutlarla öz təsdiqini tapır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onun iddiaçıya ümumilikdə 1200 manat məbləğində borcu var və iddianı həmin hissədə qəbul edir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2024-cü il tarixli, **********6 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ************9719 nömrəli kart hesabından ************1904 nömrəli kart hesabında 5 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, **********6 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ************9719 nömrəli kart hesabından ************1904 nömrəli kart hesabında 300 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, **********7 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ************9719 nömrəli kart hesabından ************1904 nömrəli kart hesabında 100 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, **********5 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ************9719 nömrəli kart hesabından ************1904 nömrəli kart hesabında 100 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, **********5 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ************9719 nömrəli kart hesabından ************1904 nömrəli kart hesabında 10 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, 4127********5197 nömrəli kart hesabından 4098********1904 nömrəli kart hesabında 60 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, **********6 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ************9350 nömrəli kart hesabından ************1904 nömrəli kart hesabında 10 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, **********2 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ************9350 nömrəli kart hesabından ************1904 nömrəli kart hesabında 20 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, **********0 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ************9350 nömrəli kart hesabından ************1904 nömrəli kart hesabında 10 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, 4127********5197 nömrəli kart hesabından 4098********1904 nömrəli kart hesabında 10 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, 4127********5197 nömrəli kart hesabından 4098********1904 nömrəli kart hesabında 20 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, 4127********5197 nömrəli kart hesabından 4098********1904 nömrəli kart hesabında 20 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixli, **********7 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ************9350 nömrəli kart hesabından ************1904 nömrəli kart hesabında 20 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, 4127********5197 nömrəli kart hesabından 4098********1904 nömrəli kart hesabında 30 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, 4127********5197 nömrəli kart hesabından 4098********1904 nömrəli kart hesabında 30 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, 4127********5197 nömrəli kart hesabından 4098********1904 nömrəli kart hesabında 50 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, 4127********5197 nömrəli kart hesabından 4098********1904 nömrəli kart hesabında 9 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixli, **********2 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ************5844 nömrəli kart hesabından ************1904 nömrəli kart hesabında 20 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixli, **********9 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ************5844 nömrəli kart hesabından ************1904 nömrəli kart hesabında 30 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixli, **********3 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ************5844 nömrəli kart hesabından ************1904 nömrəli kart hesabında 100 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixli, **********4 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ************5844 nömrəli kart hesabından ************1904 nömrəli kart hesabında 50 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixli, **********5 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ************5844 nömrəli kart hesabından ************1904 nömrəli kart hesabında 100 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən (mədaxil qəbzinin tarixi və nömrəsi aşkar görünmür) müəyyən olunur ki, 4127********5197 nömrəli kart hesabından 4098********1904 nömrəli kart hesabında 20 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları Tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə ümumilikdə 1500 manat məbləğində pul vəsaiti vermiş, lakin müqavilə üzrə verilmiş pul vəsaiti geri qaytarılmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı həmin borc müqaviləsi üzrə cavabdehə ayrı-ayrılıqda olmaqla, ümumilikdə 1200 manat məbləğində pul vəsaitini borc qismində vermişdir. İddiaçı cavabdehlə aralarında öhdəlik hüquq münasibətlərinin yaranma əsası kimi çıxış edən borc müqaviləsi üzrə öz üzərinə müəyyən edilmiş və pul vəsaitlərini cavabdehin mülkiyyətinə verməklə şərtlənən öhdəliyini vaxtında və lazımı qaydada yerinə yetirmiş (pul vəsaitlərinin cavabdehə məxsus kart hesabına mədaxil edilməsi barədə mədaxil qəbzləri iş materiallarına əlavə edilmişdir), lakin cavabdeh həmin borc müqaviləsi üzrə müvafiq borc məbləğlərini razılaşma əsasında müəyyən edilmiş qaydada iddiaçıya qaytarmaqdan ibarət öhdəliyini vaxtında və lazımı qaydada icra etməmiş (vicdanlılığın tələb etdiyi tərzdə), bununla da öhdəliklərin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh iş materiallarına əlavə edilmiş mədaxil qəbzlərində qeyd edilən müvafiq pul vəsaitlərinin köçürüldüyü (mədaxil edildiyi) ************1904 nömrəli kart hesabının həqiqətən də ona məxsus olması faktını öz izahatı ilə təsdiq (etiraf) etmişdir (xx.xx.2026-cı il tarixli məhkəmə hazırlıq iclasının video-audio yazısının 03:27 – 03:30-cu dəqiqələri). Bununla yanaşı, cavabdeh sözügedən məhkəmə hazırlıq iclasında bir digər faktı, yəni iddiaçı ilə aralarında şifahi borc müqaviləsinin bağlanması faktını da öz izahatı ilə etiraf etmişdir. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış şifahi borc müqaviləsi əsasında ona məxsus ************1904 nömrəli kart hesabına köçürülən ümumi məbləğ barədə mübahisə etməsə də, hazırda cari borcunun iddia ərizəsində göstərilən həcmdə, yəni 1500 manat məbləğində olduğunu qəbul etməmişdir. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə cari borcunun 1200 manat məbləğində olduğunu qeyd etmiş və həmin hissədə də iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi faktı etiraf etmişdir (xx.xx.2026-cı il tarixli məhkəmə hazırlıq iclasının video-audio yazısının 10:16 – 10:42-ci dəqiqələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Baxılan işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı ilə aralarında müvafiq şifahi borc müqaviləsinin bağlanılması, həmin borc müqaviləsi üzrə qalıq borcun 1200 manat məbləğində olması kimi faktlar etiraf edilmiş və iddiaçı həmin faktları ümumi qaydada yenidən sübuta yetirmək vəzifəsindən azad edilmişdir. Tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranma əsas kimi çıxış edən müvafiq borc müqaviləsi üzrə qalıq borcun 1200 manat məbləğində olması işin halları və tərəflərin izahatları ilə tam sübuta yetirilsə də, iddia tələbində göstərilən digər 300 manat məbləğində borcun qaytarılmaması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mədaxil qəbzlərində müvafiq pul vəsaitlərinin köçürüldüyü kart hesabının cavabdehə məxsus olması və həmin mədaxil qəbzlərində əks olunan məbləğlərin cəminin 1124 manat təşkil etməsi nəzərə alındığı təqdirdə, cavabdehin iddiaçı tərəfindən təqdim edilmiş mötəbər sübutlarının hüdudlarından kənara çıxan həcmdə pul vəsaitinin qaytarılmaması faktını etiraf etməsi də aşkar görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il qərarına əsasən, Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə son olaraq qeyd edir ki, tərəflər arasında bağlanmış şifahi borc müqaviləsi üzrə qaytarılmayan qalıq borcun 300 manat hissəsinə dair iddiaçı tərəfindən mötəbər və təkzibolunmaz sübutlar məhkəməyə təqdim edilmədiyi, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi fakt və hallar, eləcə də bütövlükdə iddia tələbi cavabdeh tərəfindən etiraf edilmədiyi üçün iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (1200 manat) mütənasib olan 32 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə təqdim edilmiş sübutların hər birinin aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul vəsaiti və 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-6496/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6496/2025
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver