Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6514/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmə iclasından kənar baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.10.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı soyuducu və paltaryuyan, Panasonic markalı ətçəkən, Beurer markalı tonometr üçün 594 manat ödənilməmiş hissə, 59 manat cərimə, 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən LG LED markalı televizor üçün 308 manat ödənilməmiş hissə, 30 manat cərimə, 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********84521 X1 8 markalı telefon üçün 429 manat ödənilməmiş hissə, 42 manat cərimə, 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, məhsulun qaytarılmasından sonra qalan borc üçün, 13 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 1475 manat borc, 34,75 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 21.10.2019-cu il, 24.10.2019-cu il və 28.12.2019-cu il, 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu və paltaryuyan, Panasonic markalı ətçəkən, Beurer markalı tonometr, LG LED markalı televizor, İMEİ kodu **********84521 X1 8 markalı telefon və Məhsulun qaytarılmasından sonra qalan borc almış və nəticədə 1475 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2412 manat Samsung markalı soyuducu və paltaryuyan, Panasonic markalı ətçəkən, Beurer markalı tonometr üçün ümumilikdə, 653 manat olmaqla ondan, 594 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 59 manat cərimə; 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 manat LG LED markalı televizor üçün ümumilikdə, 338 manat olmaqla ondan, 308 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30 manat cərimə; 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 514.8 manat İMEİ kodu **********84521 X1 8 markalı telefon üçün ümumilikdə, 471 manat olmaqla ondan, 429 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42 manat cərimə; 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 39 manat məhsulun qaytarılmasından sonra qalan borc üçün ümumilikdə 13 manat olmaqla ondan, 13 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin 21.10.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 608 manat, məhsullarrın qaytarıldıqdan sonra qoyulan qiyməti 1210 manat, ümumilikdə 1818 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ isə 307.8 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 21.10.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2412 manat olan Samsung markalı soyuducu və paltaryuyan, Panasonic markalı ətçəkən, Beurer markalı tonometr almışdır. 21.10.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən Samsung markalı soyuducu və paltaryuyan, Panasonic markalı ətçəkən, Beurer markalı tonometr təhvil alınmışdır. 24.10.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 504 manat olan LG LED markalı televizor almışdır. 24.10.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən LG LED markalı televizor təhvil alınmışdır. 28.12.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 514,8 manat olan İMEİ kodu **********84521 X1 8 markalı telefon almışdır. 28.12.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən İMEİ kodu **********84521 X1 8 markalı telefon təhvil alınmışdır. 28.12.2019-cu il tarixli müqaviləyə əsasən tərəflər razılaşırlar ki, 21.10.2019 tarixli, 00996795 nömrəli müqavilə üzrə əldə edilmiş Xiaomi Redmi 5 3/32GB markalı, **********94705 seriya nömrəli Mal Müştərinin istəyi ilə "xxxx" MMC tərəfindən 39 manat məbləğində qiymətləndirildi. Bu məbləğ Tərəflərin qarşılıqlı razılığı əsasında qeyd edilmiş müqavilə üzrə Müştərinin "xxxx" MMC-yə olan ümumi borcundan çıxıldı və açıq qalan borc məbləğinin bu Razılaşmanın 2-ci bəndində verilmiş qrafik üzrə ödənməsi müəyyənləşdirildi. Maliyyə və ödəniş cədvəlinə Cavabdeh 21.10.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı soyuducu və paltaryuyan, Panasonic markalı ətçəkən, Beurer markalı tonometr üçün 594 manat ödənilməmiş hissə, 59 manat cərimə, 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən LG LED markalı televizor üçün 308 manat ödənilməmiş hissə, 30 manat cərimə, 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********84521 X1 8 markalı telefon üçün 429 manat ödənilməmiş hissə, 42 manat cərimə, 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, məhsulun qaytarılmasından sonra qalan borc üçün, 13 manat ödənilməmiş hissə, 0 manat cərimə olmaqla, ümumilikdə 1475 manat borcu yaranmışdır. 30.09.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. 01.11.2021-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 34,75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında ümumilikdə 1475 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və üqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 21.10.2019-cu il tarixli müqaviləyə əsasən 594 manat ödənilməmiş hissə, 24.10.2019-cu il tarixli müqaviləyə əsasən 308 manat ödənilməmiş hissə, 28.12.2019-cu il tarixli müqaviləsiyə əsasən 429 manat ödənilməmiş hissə və 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən 13 manat ödənilməmiş hissənin tutulması barədə tələb əsaslıdır, lakin müqavilələr üzrə cərimə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 21.10.2019-cu il tarixli müqaviləyə əsasən 59 manat cərimə, 24.10.2019-cu il tarixli müqaviləyə əsasən 30 manat cərimə və 28.12.2019-cu il tarixli müqaviləsiyə əsasən 42 manat cərimə pulu azaldılaraq hər üç müqavilə üzrə 10 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 21.10.2019-cu il tarixli müqaviləyə əsasən 594 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 604 manat, 24.10.2019-cu il tarixli müqaviləyə əsasən 308 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 318 manat, 28.12.2019-cu il tarixli müqaviləsiyə əsasən 429 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 439 manat və 28.12.2019-cu il tarixli müqaviləsiyə əsasən cəmi 13 manat, ümumilikdə 1374 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,37 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 2,38 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 21.10.2019-cu il tarixli müqaviləyə əsasən 594 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 604 manat, 24.10.2019-cu il tarixli müqaviləyə əsasən 308 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 318 manat, 28.12.2019-cu il tarixli müqaviləsiyə əsasən 429 manat ödənilməmiş hissə, 10 manat cərimə, cəmi 439 manat və 28.12.2019-cu il tarixli müqaviləsiyə əsasən cəmi 13 manat, ümumilikdə 1374 (bir min üç yüz yetmiş dörd) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,37 (otuz iki manat otuz yeddi qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 2,38 (iki manat otuz səkkiz qəpik) manat hissəsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-6514/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6514/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver