Məhkəmə qərarları › İş №2(010)-652/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-652/2021

22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-652/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə “X5” MMC) Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5763 (beş min yeddi yüz altmış üç) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2019-cu il tarixində öz ərizəsi əsasında 531-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019-cu il tarixində Oba-Maştağa 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İventqrizasiya nəticələrinə” dair Akta əsasən 6918 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, keçən dövr ərzində ümumi borcdan 1155 manat güzəşt edilmiş və qalıq borc 5763 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, ilkin olaraq İddiaçı satıcı vəzifəsində işləmiş və 1-2 ay müddət keçdikdən sonra administrator vəzifəsinə keçirilmişdir. O, işlədiyi dövr ərzində ilk dəfə olaraq keçirilmiş inventarizaya zamanı iştirak etmiş, lakin 2-ci və 3-cü inventarizasiya zamanı onun iştirakı təmin edilməmişdir. Belə ki, o, bölgə rəhbəri əvəzi olaraq marketdən başqa yerə göndərildiyinə görə həmin sayımlar zamanı iştirak etməmiş və buna görə də həmin kəsrlərlə razılaşmamışdır. Ümumiyyətlə, onun işlədiyi marketdə kəsrlərin yaranması və ya hansısa malın itməsi mümkün deyildir. Çünki demək olar ki hər həftə təftiş yoxlama olduğu və hər bir tərəf kamera olduğu üçün hansısa malın kassaya vurulmadan mağazadan çıxarılması mümkün deyildir. Kəsrlər olan zaman ona kart vasitəsilə deyil, hər ay paket şəklində verilən aylıq maaşdan ya 50%, ya da tam məbləği çıxacaqlarını bildirdikləri üçün o, məcbur qalaraq işdən çıxma barədə ərizə vermişdir. Lakin hazrıki vəziyyətdə görünür ki, qeyd edilən iddia üzrə müddət ötmüşdür və buna görə də məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək, inventarizasiya aktlarının tərtibi və sayımlar zamanı cavabdehin iştirakının təmin olunmamasını və həmçinin cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini nəzərə alaraq, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cəmiyyət üzrə xx.xx.2016-cı il tarixli 019-K saylı əmrdən çıxarışdan göründüyü kimi Cavabdeh Cəmiyyətin satış Əməliyyatları Şöbəsinin İddiaçılər Şəbəkəsinə xx.xx.2016-cı il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə Administrator vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixli “X4 haqqında” müqavilədən göründüyü kimi Cavabdeh “X5” MMC qarşısında adminisrator vəzifəsi üzrə ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş görüləcək işi layiqincə yerinə yetirməyi X4lə öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə imzalanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh “X5” MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il il tarixdə Oba–Maştağa 3 mağazasında inventarizasiya aparılmışdır. xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli inventarizasiya Nəticələrinə” dair Aktlara və iltizamnamələrə əsasən yekun ziyan məbləği 6918 manat olmuşdur. xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 6918 (altı min doqquz yüz on səkkiz) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 6918 (altı min doqquz yüz on səkkiz) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 1155 (min yüz əlli beş) manat Cəmiyyət tərəfindən güzəşt edilməklə 5763 (6918-1155) manat borcu qalmışdır. xx.xx.2020-ci il tarixli DN-4019 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borc məbləğini 3 gün ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin ç) bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 194-cü maddəsinin birinci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 199-cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin birinci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X4 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin birinci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 296-cı maddəsinə əsasən 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İş materiallarından göründüyü kimi, vurulmuş ziyan iddiaçı tərəfindən xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixlərdə keçirilmiş inventarizasiya nəticəsində aşkar edilmiş, lakin hazırki iddia əmək qanunvericiliyndə nəzərdə tutulmuş 1 il müddəti keçdikdən sonra – xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı “X5” MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi̇ : İddia rədd edilsin. İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar