Məhkəmə qərarları › İş №2(010)-6536/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6536/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6536/2021 29.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.10.2020-ci il tarixli müqaviləyə əsasən, DİSK Playstation 4 (X2 Us Part İİ 2020) üçün 23.1 (iyirmi üç manat, on qəpik) manat ödənilməmiş hissə, 2.9 (iki manat, doxsan qəpik) manat cərimə; 30.10.2020-ci il tarixli müqaviləsinə əsasən Rowenta markalı maşa, Philips markalı fen ütü üçün 66.8 (altmış altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, 6.2 (alt manat, iyirmi qəpik) manat cərimə; 30.10.2020-ci il tarixli müqaviləsinə əsasən, Charger Samsung USB Type- C, Baseus TWS Earphones markalı qulaqlıq üçün 66.2 (altmış altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 6.8 (altı manat, səksən qəpik) manat cərimə; 11.12.2020-ci il tarixli müqaviləsinə əsasən, X1, Keyboard Trust markalı aksesuarlar üçün, 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə ümumilikdə 304 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbi üzrə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri Cavabdeh, "xxxx" MMC ilə 23.10.2020-ci il, 30.10.2020-ci il və 19.11.2020- ci il, 11.12.2020-ci il tarixli müqaviləsinə əsasən, DİSK Playstation 4 (X2 Us Part İİ 2020), Rowenta markalı maşa, Philips markalı fen ütü, Charger Samsung USB Type-C, Baseus TWS Earphones markalı qulaqlıq və X1, Keyboard Trust markalı aksesuarlar almış və nəticədə 304 (üç yüz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.10.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 145.1 (yiiz qırx beş manat, on qəpik) manat (3 ay x 46.7 manat + 5 manat ilkin ödəniş) DİSK Playstation 4 (X2 Us Part İİ 2020) üçün ümumilikdə, 26 (iyirmi altı) manat olmaqla ondan, 23.1 (iyirmi üç manat, on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2.9 (iki manat, doxsan qəpik) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.10.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 207.4 (iki yiiz yeddi manat,qırx qəpik) manat (3 ay x 66.8 manat + 7 manat ilkin ödəniş) Rowenta markalı maşa, Philips markalı fen ütü üçün ümumilikdə, 73 (yetmiş üç) manat olmaqla ondan, 66.8 (altmış altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.2 (alt manat, iyirmi qəpik) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 104.2 (yüz dörd manat, iyirmi qəpik) manat (3 ay x 33 manat + 5.2 manat ilkin ödəniş) Charger Samsung USB Type-C, Baseus TWS Earphones markalı qulaqlıq üçün ümumilikdə, 73 (yetmiş üç) manat olmaqla ondan, 66.2 (altmış altı manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.8 (altı manat, səksən qəpik) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.12.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 125.1 (yüz iyirmi beş manat, on qəpik) manat (3 ay x 40 manat + 5.1 manat ilkin ödəniş) X1, Keyboard Trust markalı aksesuarlar üçün ümumilikdə, 132 (yüz otuz iki) manat olmaqla ondan, 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 (on iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 305.7 manat təşkil edir. İş materiallarına əlavə edilmiş:

1. 23.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC DİSK Playstation 4 (X2 Us Part İİ 2020) Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 3 ay müddətinə ayda 46.7 manat ödəməyi öhdəsinə götürmüşdür.

2. 30.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Rowenta markalı maşa, Philips markalı fen ütü Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 3 ay müddətinə ayda 66.8 manat ödəməyi öhdəsinə götürmüşdür.

3. 19.11.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC Charger Samsung USB Type-C, Baseus TWS Earphones markalı qulaqlıqı Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 3 ay müddətinə ayda 33 manat ödəməyi öhdəsinə götürmüşdür.

4. 11.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" MMC X1, Keyboard Trust markalı aksesuarları Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 3 ay müddətinə ayda 40 manat ödəməyi öhdəsinə götürmüşdür.

"xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh "xxxx" MMC-yə 23.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 23,1 manat ödənilməmiş hissə, 2,9 manat cərimə; 30.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 66,8 manat ödənilməmiş hissə, 6,2 manat cərimə; 19.11.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 66,2 manat ödənilməmiş hissə, 6,8 manat cərimə və 11.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 120 manat ödənilməmiş hissə, 12 manat cərimə olmaqla ümumilikdə 304 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdehnın müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir.

Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 23.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 145,1 manat olan özünə məxsus DİSK Playstation 4 (X2 Us Part İİ 2020) cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 3 ay müddətinə ayda 46,7 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında 30.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 207,4 manat olan özünə məxsus Rowenta markalı maşa, Philips markalı fen ütü cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 3 ay müddətinə ayda 66,8 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında 19.11.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 104,2 manat olan özünə məxsus Charger Samsung USB Type-C, Baseus TWS Earphones markalı qulaqlıqı cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 3 ay müddətinə ayda 33 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında 11.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 125,1 manat olan özünə məxsus X1, Keyboard Trust markalı aksesuarları cavabdehə vermiş, cavabdeh isə həmin malı qəbul etmiş və dəyərini 3 ay müddətinə ayda 40 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin 23.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 23,1 manat ödənilməmiş hissə, 2,9 manat cərimə; 30.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 66,8 manat ödənilməmiş hissə, 6,2 manat cərimə; 19.11.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 66,2 manat ödənilməmiş hissə, 6,8 manat cərimə və 11.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 120 manat ödənilməmiş hissə, 12 manat cərimə olmaqla ümumilikdə 304 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq bütün müqavilələr üzrə cərimə borcunun 2 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 23.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 23,1 (iyirmi üç manat on qəpik) manat, cərimə borcuna görə 2 (iki) manat, 30.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 66,8 (altmış altı manat səksən qəpik) manat, cərimə borcuna görə 2 (iki) manat, 19.11.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 66,2 (altmış altı manat iyirmi qəpik) manat, cərimə borcuna görə 2 (iki) manat və 11.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 120 (bir yüz iyirmi) manat, cərimə borcuna görə 2 (iki) manat olmaqla ümumilikdə 284,10 (iki yüz səksən dörd manat on qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hisssədə təmin edilməməlidir.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 İddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 23,1 (iyirmi üç manat on qəpik) manat, cərimə borcuna görə 2 (iki) manat, 30.10.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 66,8 (altmış altı manat səksən qəpik) manat, cərimə borcuna görə 2 (iki) manat, 19.11.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 66,2 (altmış altı manat iyirmi qəpik) manat, cərimə borcuna görə 2 (iki) manat və 11.12.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 120 (bir yüz iyirmi) manat, cərimə borcuna görə 2 (iki) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla cəmi 314,10 (üç yüz on dörd manat on qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar