Məhkəmə qərarları › İş №2(010)-654/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-654/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-654/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2800 manat pul və mebel təmiri üçün verilmiş 100 manat pulun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2019-cu ilin noyabr ayında tanış olmuşdur. Bir ay birlikdə işləmişdirlər. O, maddi çətinliyi olduğuna görə ondan borc pul istəmişdir ki, evinə televizor alsın, o da onunla belə razılaşmışdır ki, xxxx-dan onun adına kredit götürə bilər, bu şərtlə ki, aylıq ödənişləri özü edəcəkdir. Beləliklə, “xxxx” MMC-dən 3550 manat məbləğində 1 ədəd playstation, iki ədəd televizor götürmüşdür. Sonradan o ödənişləri etmədiyinə görə “xxxx” borc ödənişlərini ondan tələb etmişdir. Cavabdehlə əlaqə saxlamaq istəsə də, bu mümkün olmamışdır. Bununla bağlı 102 ximətinə zəng vurmuşdur. Eyni zamanda Sabunçu RPİ-nin 13-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Təhqiqat araşdırılması zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, o, kreditin ödənişlərini onun tərəfindən edilməklə, Şölənin adına xxxx-dan kredit götürməklə iki dəfə iki ədəd televizor, bir ədəd paltaryuyan maşın götürmüşlər, üzərinə düşən 300 manat, 3 aylıq ödəniş etmiş, idarə etdiyi minik avtomobil sata bilmədiyi üçün kredit ödənişini etməyə imkanı olmamışdır. Hazırda cavabdeh tərəfindən “xxxx” MMC-yə ödənişlər edilmədiyinə görə gecikdirilmiş faizlərlə birlikdə 2800 manat məbləğində borc qalmışdır. Eyni zamanda cavabdehə mebel təmiri üçün 100 manat vermişdir. Odur ki, 2800 manat pul və mebel təmiri üçün verilmiş 100 manat pulun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhər Sabunçu RPİ-nin 13-cü PB-si tərəfindən verilmiş 04.05.2021-ci il tarixli məktuba əsasən Cavabdeh izahatı göndərilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Sabunçu RİP-nin 13-cü Polis Bölməsinə verilmiş izahatına əsasən bildirmişdir ki, təxminən 2-3 ay bundan əvvəl tanımadığı və bir yerdə işlədiyi İddiaçı ilə 2-3 ay bundan əvvəl tanış olmuş və bir yerdə işləmişdir. Təxminən fevral ayının ortalarında İddiaçı ilə aralarında söhbət olmuş və onun maşın düzətməyə pulu olmadığına görə Şölə xanımdan maşının yığılması ilə bağlı borc pul xahiş etmiş, İddiaçı ona pulu olmadığını, lakin onun adına “xxxx”-dan borcun əvəzi olaraq hər hansı bir əşyanın götürülməsini bildirmişdir. O da ayrı-ayrı vaxtlarda iki ədəd televizor və playstation götürmüşdür. Həmin əşyaların götürülməsinə görə 3 ay müddətinə 300 AZN ödəmişdir. Sonradan maşınını sata bilmədiyi və maddi durumunun aşağı olduğu üçün krediti ödəyə bilməmişdir. İddiaçı dəfələrlə müraciətinə baxmayaraq borcu ödəyə bilməmişdir. Lakin həmin borcunun ödəyəcəyinə dair söz vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən Cəlilabad Rayon məhkəməsinə verilmiş iddia ərizəsinə əsasən iddiaçı “xxxx” MMC cavabdeh İddiaçı qarşı pul tələbinə dair məhkəməyə müraciət edərək, 25.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Sony KD markalı televizor üçün 1000 (bir min) manat ödənilməmiş hissə, 300 (üç yüz) manat dəbbə pulu, 26.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Sony KD markalı televizor PLAYSTATİON-4 SONY 1TB PRO üçün 1680 (bir min altı yüz səksən) manat ödənilməmiş hissə, 504 (beş yüz dörd) manat dəbbə pulunun, ümumilikdə 3484 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3514 manat cavabdeh İddiaçı alınaraq “xxxx” MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 09.10.2020-ci il tarixli 02/1534 saylı məktuba əsasən, məcburi köçkün Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında məskunlaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, o cümlədən məhkəmə sorğusu ilə tələb edilmiş Bakı şəhər Sabunçu RPİ-nin 13-cü PB-sində verilmiş Cavabdeh izahatına, məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” MMC tərəfindən İddiaçı qarşı verilmiş iddia ərizəsinə əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ilə birgə işlədiyi zaman tanış olmuş, Cavabdeh İddiaçı borc pul istəmiş, həmin an iddiaçıda pul olmadığına görə iddiaçı ilə cavabdeh belə razılaşmışlar ki, İddiaçı “xxxx”-dan aylıq ödənişlərinin cavabdeh tərəfindən həyata keçirilməsi şərtilə adına kredit götürəcək. İddiaçı “xxxx” MMC-dən (“xxxx” MMC-dən) 3550 manat məbləğində 1 ədəd playstation, 2 ədəd televizor götürmüş, sonradan cavabdeh X3 tərəfindən ödənişlər həyata keçirilməsinə dair öhdəlik yerinə yetirmədiyinə görə “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 25.12.2019cu il tarixli müqaviləsinə əsasən, Sony KD markalı televizor üçün 1000 (bir min) manat ödənilməmiş hissə, 26.01.2020-ci il tarixli müqaviləsinə əsasən, sonuncunun Sony KD markalı televizor PLAYSTATİON-4 SONY 1TB PRO üçün 1680 (bir min altı yüz səksən) manat ödənilməmiş hissədə əsas borcu, ümumilikdə 2680 (ik min altı yüz səksən) manat məbləğində əsas borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh öz üzərinə götürlmüş öhdəliyini yerinə yetirməmiş, borcu ödəməmiş və ödəməkdən boyun qaçırmışdır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını, iddiaçının izahatlarını, iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır, hesab edir ki, iddiaçı İddiaçı 2680 manat məbləğində olan borc Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2680 (iki min altı yüz səksən) manat məbləğində borc tutularaq İddiaçı qızının xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar