Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-659/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı, 3-cü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı Notariat ofisinin xüsusi notariusu X2 qarşı “icra qeydinin ləğv olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı Notariat ofisinin xüsusi notariusu X2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 35 saylı notariat ofisinin Xüsusi notariusu X* 3*.*0.2024-cü il tarixli 8İ-8885 nömrə ilə reyestrdə qeydiyyatdan keçən icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 35 saylı notariat ofisinin Xüsusi notariusu X3 3*.*0.2024-cü il tarixli 8İ-8885 nömrə ilə reyestrdə qeydiyyatdan keçən icra qeydi ilə ondan "xxxx" ASC-nin xeyrinə CL-EE00*449459 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 8602 manat 22 qəpik, həmçinin bank tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 8627 manat 22 qəpik pul vəsaitinin tutulması göstərilmişdir. Bakı şəhəri 35 saylı notariat ofisinin Xüsusi notariusu X3 3*.*0.2024-cü il tarixli 8İ-8885 nömrə ilə reyestrdə qeydiyyatdan keçən icra qeydi, Bakı şəhəri Suraxanı rayon İcra şöbənin icraatına yönəldilmiş, icra məmuru Rövşən Əliyevin 05.**.2024-cü il tarixdə qərara aldığı icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul etmişdir. İcra məmuru tərəfindən qəbul edilmiş qərar, *5.**.2024-cü il tarixdə ona İcra şöbəsində təqdim edildiyi zaman, onun Bakı şəhəri 35 saylı notariat ofisinin Xüsusi notariusu X3 3*.*0.2024-cü il tarixli 8İ-8885 nömrə ilə reyestrdə qeydiyyatdan keçən icra qeydindən xəbəri olmuşdur. O, *5.**.2024-cü il tarixdə Bakı şəhəri 35 saylı notariat ofisinin Xüsusi notariusu X2 rəsmi ərizə ilə müraciət edərək, icra qeydini notariat ofisindən almışdır. İcraya yönəlmiş icra qeydindən narazıdır. Belə ki, icra qeydi onun iştirakı olmadan tərtib edilmişdir. Notarial icra qeydi haqqında ərizədə, "xxxx" ASC tərəfindən göstərilmişdir ki, onun banka 8*74,94 AZN ödənilməmiş əsas borc, 426,88 AZN ödənilməmiş faiz borcu, 0,40 AZN *9.90% dərəcəsi ilə komissiya haqqı üzrə borcu olmaqla, 8602,22 AZN cəmi pul ödənişi etməlidir. Halbuki, o, "xxxx" ASC ilə xx.xx.2023-cü il tarixdə müqavilə bağlayaraq, 9 *00 manat kredit pulu götürmüşdür. Hər ay 242,98 manat olmaqla, xx.xx.2028-ci ilə qədər cəmi *4386,*5 manat məbləğində pul ödənişi ödəməli idi. O, "xxxx" ASC ilə xx.xx.2023-cü il tarixdə müqavilə bağladığı müddətdən, hər ay 2024-cü ilin fevral ayına qədər mütəmadi olaraq pul ödənişini cədvələ uyğun olaraq ödəyirdi. 2024-cü ilin fevral ayında işlədiyi yerdən (sürücü) digər az məvacibli iş yerinə keçirildiyinə görə məcburiyyət qarşısında qalıb, iş yerindən çıxmalı oldu. Bu barədə o dəfələrlə bankın nümayəndələrinə müraciət edərək, bildirmişdi ki, müvəqqəti olaraq, hər ay *50 manat olmaqla ödəmə edib, yeni iş yeri tapana kimi, ona şərait yaratsınlar. Gələcəkdə, yaranmış borc pulu da, ödəməyi öz üzərinə götürmüşdü. Bankın nümayəndələri onun narahat olmamağını bildirib, heç bir rəsmi sənəd imzalamadan ayda *50 manat ödəmə etməyinə müvəqqəti (yeni iş yeri ilə təmin olunma zamanına qədər) razılığa gəlmişlər. O da, hər ay bankın qeyri-rəsmi sözü ilə bankın pulunu hər ay ödəyir. Hal-hazırda, yeni iş yeri var. Hər ay, 400 - 500 manat banka pul ödəmək iqtidarındadır. Onun 242,98 manat pulun cədvələ uyğun aylıq pulu, qalan *57,02 - 257,02 manat pulu əlavə borcundan silinməsinə ödəniş edə bilir. Banka 2023-cü ilin iyul ayından 2024-cü ilin sentyabr ayı daxil olmaqla 2667,88 manat məbləğində pul ödənişi etmişdir. Cədvələ uyğun isə göstərdiyi tarixə qədər ayda 242,98x*5=3644,70 manat pul ödəməli idi. Buradan da, görünür ki, onun banka ödəmədiyi pul vəsaiti 3644,70-2667,88=976,82 manat təşkil edir. Halbuki, icra qeydində onun banka olan borcunun 8602,22 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, bankın ona təqdim etdiyi ödəniş cədvəlinə uyğun olaraq, ödənilməyən 976,82 manat borc pulu dörd ay müddətinə bağlayacağını və cədvələ müvafiq qalan vəsaiti aylıq 242,98 manat olmaqla üzərinə düşən öhdəliyi ödəməyə söz verir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, icra qeydinin ləğv edilməsini istəyir. Onun xəbəri olmadan icra qeydi verilib, sonra onu İcra şöbəsi çağırmışdır. Borcu olduğunu bilirdi, aylıq ödəniş 242 manat idi. O, işləmədiyinə görə *50 manat ödəyirdi. Faiz yığıldı, bank ondan bütün məbləği istədi. Qeyd edir ki, o, notariusla görüşmüşdü, notarius ona borc barədə məlumat vermədiyini, sadəcə qeydiyyatı barədə məlumat verdiyini bildirmişdi. Cavabdeh Bakı şəhəri 35 saylı Notariat ofisinin xüsusi notariusu X2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" ASC nümayəndəsi Nümayəndə iddianın rədd olunmasını xahiş edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Qeyd edir ki, tərəfə 27 sentyabr tarixində bildiriş göndərmişdirlər, tərəf 30 sentyabr tarixində bildirişi almışdır. İş materialları. 3*.*0.2024-cü il tarixdə, 8İ-8885 reyestr nömrəli 35 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilən icra qeydindən görünür ki, Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X3 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 8602 manat 22 qəpik məbləğində pul vəsaiti; bundan əlavə borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 8627 manat 22 qəpik pul tutulmasını təklif etmişdir. İş materiallarına əlavə edilmiş notariat icra qeydi haqqında ərizədən görünür ki, tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borclu İddiaçı xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, borclunun bildirişə cavabı “bəli” olmuşdur. Həmin ərizədən görünür ki, CL- EE00*449459 nömrəli, xx.xx.2023-cü il tarixli Müqavilə üzrə əsas borcun yaranma tarixi: xx.xx.2028-cü il tarixi, ödənilməmiş əsas borc: 8*74.94 AZN, ödənilməmiş faiz borcu: 426.88 AZN, tələb olunan dəbbə pulu: 0.00 AZN, faiz dərəcəsi: *9.90%, komissiya haqqı üzrə borc: 0.40 AZN, tutulmalı olan cəm məbləğ: 8602.22 AZN; *450976797 nömrəli *4.05.2024-cü il tarixli ödəniş qəbzi üzrə dövlət rüsumu: 25 AZN olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən İddiaçı göndərilmiş 05.**.2024-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, ondan 05.**.2024-cu il tarixli qərarla icraata başlanılmış Bakı Şəhəri 35 saylı Notariat Kontorunun 8İ-8885 nömrəli, 3*.*0.2024-cü il tarixli icra sənədində göstərilən tələbin *0 gün müddətində könüllü icra etməyi xahiş olunmuş, bu müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İcra məmuru Rövşən Əliyev tərəfindən 05.**.2024-cü il tarixdə Bakı şəhəri 35 saylı Notariat Kontorunun 8İ-8885 nömrəli, 3*.*0.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması haqqında qərar qəbul edilmişdir. İddiaçı Bakı Şəhəri 35 saylı Notariat ofisinə *5.**.2024-cü il tarixində ərizə ilə müraciət edərək, icra qeydi sənədlərinin nüsxəsinin ona təqdim edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş kredit hesabından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən *6.09.2024-cü il tarixinədək kreditin ödənilməsinə müxtəlif əməliyyatlar həyata keçirmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixinədək hər ay 242.98 manat ödəniş etməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 8*74.94 manat borc və faiz borcu barədə məlumat verilmiş, borcun 20 gün ərzində ödənilməyəcəyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi və notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Həmin bildiriş İddiaçı xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, İddiaçı 03.*0.2024-cü il tarixinə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 8*74.94 manat əsas borc, 426.88 manat faiz borcu olmaqla, cəmi 860*.82 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş № CL-EE00*449459 xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 59 ay müddətinə, illik *9.9% olmaqla, 9*00 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə * nömrəli əlavə olan ödəniş cədvəlinə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixinədək hər ay 242.99 manat ödəniş etməlidir. xx.xx.2023-cü il tarixli Kredit sifarişindən müəyyən olunur ki, İddiaçı qeyd olunan məbləğdə kredit vəsaiti ayrılmağını xahiş etmişdir. Bu sifarişdə göstərilən bütün məlumatların düzgünlüyünə və həqiqiliyinə zəmanət verir və istənilən mənbələrdən bu barədə istənilən məlumatın yoxlanılmağına icazə verir. Həmçinin onu da başa düşür ki, bu sifarişi qəbil etməklə bank göstərilən məbləğdə və şərtlərlə kredit verilməsinə dair öz üzərinə heç bir öhdəlik götürmür. Tətbiq edilən hüquq. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə *7. Dövlət notariusu tərəfindən aparılan notariat hərəkətləri Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: ...*5) icra qeydləri aparır;... Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir....Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.... Maddə 77. İcra qeydlərinin məzmunu İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: *) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Maddə 78. İcra qeydləri üzrə ödəniş qaydası İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 79. İcra qeydlərinin icra edilməsi üçün təqdim olunması İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 6. İcra sənədləri 6.*. Aşağıdakılar icra sənədləri sayılır: 6.*.4. notariusun icra qeydləri; Maddə 7. İcra sənədlərinə aid tələblər 7.4. ... Notariusun icra qeydlərinin məzmunu “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Maddə 8. İcra sənədləri üzrə icraata başlanılması 8.*. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 9. İcra sənədinə aid tələblərin pozulmasının nəticələri 9.*. İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə *24. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi *24.*. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 2*8. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 2*8.*. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri 35 saylı notariat ofisinin Xüsusi notariusu X* 3*.*0.2024-cü il tarixli 8İ-8885 nömrə ilə reyestrdə qeydiyyatdan keçən icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin icra sənədində ondan "xxxx" ASC-nin xeyrinə CL-EE00*449459 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 8602 manat 22 qəpik, həmçinin bank tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 8627 manat 22 qəpik pul vəsaitinin tutulması göstərilmişdir. Həmin icra qeydinə əsasən, 05.**.2024-cü il tarixdə icraata başlanılması haqqında qərar qəbul edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıdaki qanunvericiliyin şərh olunmuş normaları baxımından, notariusun icra qeydləri icra sənədləri hesab edilir və həmin icra sənədlərinin icraya yönəldilməsi bilavasitə müvafiq orqanın vəzifəsidir. Notariusun icra qeydi məcburi icra üçün əsas sayılır və borclu yalnız ciddi qanuni əsaslarla onu mübahisələndirə bilər. İddiaçı 3*.*0.2024-cü il tarixli 8İ-8885 nömrə ilə reyestrdə qeydiyyatdan keçən icra qeydinin ləğv edilməsi tələbi ilə müraciət etsə də, icra qeydinin qanunvericiliyin tələblərini pozmaqla tərtib olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı icra qeydindən yalnız icra məmuru onu çağırdıqdan sonra xəbərdar olduğunu bildirsə də, iş materiallarından görünür ki, bu barədə ona bildiriş göndərilmişdir və müvafiq bildirişin onun tərəfindən alınmasını göstərən qəbz iş materiallarında mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçı icra qeydinin ləğv edilməsi üçün hər hansı digər əsaslı səbəb göstərməmişdir. Belə ki, "xxxx" ASC tərəfindən borca əsaslanan sənədlər icra qeydinin verilməsi üçün qanunvericilik tələblərinə uyğun olaraq Bakı şəhəri 35 saylı Notariat ofisinə göndərilmiş, Bakı şəhəri 35 saylı Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən müvafiq icra qeydi tərtib edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, icra qeydi düzgün tərtib edilmişdir və onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı “Bakı şəhəri 35 saylı notariat ofisinin Xüsusi notariusu X* 3*.*0.2024-cü il tarixli 8İ-8885 nömrə ilə reyestrdə qeydiyyatdan keçən icra qeydinin ləğv edilməsi”-nə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı “Bakı şəhəri 35 saylı notariat ofisinin Xüsusi notariusu X* 3*.*0.2024-cü il tarixli 8İ- 8885 nömrə ilə reyestrdə qeydiyyatdan keçən icra qeydinin ləğv edilməsi”-nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-659/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-659/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver