Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-666/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Məmmədova (Mehtiyeva) Sevinc Akif qızının iştirakı ilə, İddiaçı Məmmədova (Mehtiyeva) Sevinc Akif qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.2022-cı il təvəllüdlü X1 üçün alimentin tutulması qaydasının dəyişdirilməsi, hər ay Cavabdeh 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq uşağın anası İddiaçı xeyrinə ödənilməsi, eyni zamanda xx.xx.2022-ci il təvəllüdlü X2 3 (üç) yaşı tamam olanadək iddiaçının (ananın) saxlanılması üçün hər ay 100 (bir yüz) manat aylıq sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, ilkin mediasiya sessiyası üçün ödənilmiş 50 manat mediasiya xərclərinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi. İddia tələbinin dəlliləri Naxçıvan MR Babək rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(079)-228/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh X4 qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş: Cavabdeh ilə Məmmədova (Mehtiyeva) Sevinc Akif qızı arasında 10 dekabr 2020-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 1704 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 10 fevral 2022-ci il təvəllüdlü X5 anası X3 yanında qalması; Mülki iş üzrə qətnamənin qəbul edildiyi, yəni “18” sentyabr 2023-cü il tarixdən hesablanmaqla, 10 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq uşağın anası X4 ödənilməsi qət edilmişdir. Cavabdeh halhazırda heç bir yerdə işləmir, bu səbəbdən aliment kəsilən gündən 1 manat olsun belə aliment ödəməmişdir. Uşaq körpə olduğundan iddiaçı işləyə bilmir, nə özünün, nədə uşağının xərclərini qarşılaya bilmir. Nikah pozulandan sonra cavabdeh uşaqla maraqlanmamış, uşağın hər hansı bir ehtiyacını ödəməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-44299/2023 saylı məktubuna əsasən Cavabdeh adına “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş qüvvədə olan əmək müqaviləsi bildirişi mövcud deyil. Hesab edir ki, alimentin tutulma qaydası dəyişdirilməli, eyni zamanda uşağın 3 yaşı tamam olunanadək iddiaçının saxlanması üçün cavabdehdən hər ay 100 manat aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçı Məmmədova (Mehtiyeva) Sevinc Akif qızı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin aylıq qazancının ¼ hissəsi qədər tutulan alimentin miqdarı 87 manat edir ki, bu da uşağın saxlanılması üçün kifayət etmir. Bu səbəbdən cavabdehdən alimentin sabit pul məbləğində tutulmasını istəyir. Cavabdehin əlavə gəliri barədə heç bir sübutu yoxdur. Cavabdeh uşağı ilə maraqlanmır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Naxçıvan MR Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(079)-228/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə Məmmədova (Mehtiyeva) Sevinc Akif qızı arasında 10 dekabr 2020-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 1704 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından olan 10 fevral 2022-ci il təvəllüdlü X5 anası X3 yanında qalması, mülki iş üzrə qətnamənin qəbul edildiyi, yəni “18” sentyabr 2023-cü il tarixdən hesablanmaqla, 10 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq uşağın anası X4 ödənilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra olunması, nikahın pozulması dövlət qeydiyyatına alınarkən qanunvericiliklə müəyyən edilmiş miqdarda dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin və cavabdeh bundan azad edilməsi, iddia verilməsi ilə bağlı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına “Əmək və məşğulluq” sisteminə daxil edilmiş qüvvədə olan əmək müqaviləsi bildirişi mövcud deyil. Bakı 6 saylı Mediasiya Təşkilatının "mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/6-0668 saylı arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi “alimentin artırılması və uşağın 3 yaşına qədər anaya əlavə olaraq 100 manat ödənilməsi” tələbinə dair mübahisəsi üzrə xx.xx.2023-cü il tarixində 15:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. AZEMİS vasitəsi ilə müəyyən olunur ki, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativində inşaat fəhləsi vəzifəsində işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. İşin faktiki halları İddiaçı Məmmədova (Mehtiyeva) Sevinc Akif qızı və Cavabdeh birgə nikahından 10 fevral 2022-ci ildə X5 adlı övladı doğulmuşdur. Naxçıvan MR Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(079)-228/2023 saylı qətnaməsi ilə 18 sentyabr 2023-cü il tarixdən hesablanmaqla, 10 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq uşağın anası X4 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı, oğlunun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək hər ay 300 (üç yüz) manat sabit sabit pul məbləğində təyin edilməsini, eləcə də uşaq 3 yaşına çatana kimi özünün saxlanılması üçün cavabdehdən hər ay 100 manat məbləğində alimentin tutulmasını istəyir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyinə görə onun iddiaya münasibəti öyrənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunu baxımından məhkəmə hesab edir ki, tərəflərin övladının yetkinlik yaşına çatanadək saxlanılmacı üçün cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək, onun aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında və eyni zamanda 150 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Məhkəmə xatırladır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçının oğlunun 3 (üç) yaşı tamam olanadək özünün saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, AR AM-in 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Göründüyü kimi, qeyd olunan normanın tələbinə görə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad digər tərəfdən aliment ödəməsini, yalnız keçmiş ərdən həmin tərəfin aliment ödəməyə zəruri vəsaitə malik olduğu halda məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı sözügedən tələblə məhkəməyə müraciət etsə də, cavabdehin həmin əlavə xərcləri ödəmək üçün zəruri vəsaitə malik olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sadalanan normalarının məzmunu baxımından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya prosesi üçün ödənilmiş 50 manat məbləğində vəsait Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 10 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Naxçıvan MR Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(079)-228/2023 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında və həmçinin hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-666/2024 saylı xx.xx.20254-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq iddiaçı Məmmədova (Mehtiyeva) Sevinc Akif qızına ödənilməlidir. İddiaçı Məmmədova (Mehtiyeva) Sevinc Akif qızı tərəfindən mediasiya prosesi üçün ödənilmiş 50 manat məbləğində vəsait Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 10 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Naxçıvan MR Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(079)-228/2023 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında və həmçinin hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-666/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq iddiaçı Məmmədova (Mehtiyeva) Sevinc Akif qızına ödənilsin. İddiaçı Məmmədova (Mehtiyeva) Sevinc Akif qızı tərəfindən mediasiya prosesi üçün ödənilmiş 50 manat məbləğində vəsait Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova