Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-668/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Məmmədov Dəmı̇r Qurban oğlunun Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı Məmmədov Dəmı̇r Qurban oğlu Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh ona vurduğu maddi zərərin əvəzi olan 10630 manat məbləğində pulun, 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında narazılıqları və düşmənçilikləri olmamışdır. Cavabdeh xx.xx.2016-cı il tarixdə, saat 05:30 radələrində 382243 nömrəli etibarnamə əsasında idarə etmiş olduğu ** SU *** dövlət nömrə nişanlı “Peugeot” markalı avtomobili ilə hərəkətdə olarkən Gədəbəy rayonunun Qarıkənd kəndi ərazisindən keçən magistral yolda ona məxsus olan xırda buynuzlu heyvanlarından on dörd başını, yəni iki baş erkək damazlıq qoçu, on iki baş isə doğar qoyunu vurub hadisə yerində öldürmüşdür. Hadisə zamanı yaralanmış altı baş doğar qoyun isə qısa müddətdən sonra ölmüşdür. Beləliklə, cavabdehin təqsiri nəticəsində iyirmi baş xırda buynuzlu heyvanının öldürülməsi ilə ona maddi ziyan vurulmuşdur. Bazardan aldığı “xxxx” MMC-nin arayışına əsasən, iki dəfə doğar bir baş qoyunun alış-satış qiyməti 160-180 manat, bir baş cins erkək heyvanın alış-satış qiyməti isə 230-250 manat məbləğindədir. Ona görə doğar qoyunların on səkkiz baş olmaqla, cəmi dəyərləri bir başını 200 manatdan hesablamaqla 3600 manat, iki baş qoçun dəyəri isə 300 manatdan hesablamaqla 600 manat edir. Həmçinin, həmin on səkkiz baş doğar qoyunun üç il ərzində doğar balalarının bir ilini güzəşt gedərək iki ilin pulu olaraq otuz altı baş quzunun dəyərini 180 (yüz səksən) manatdan hesablamaqla, cəmi dəyəri 6430 manat təşkil edir. Üç ilədək onun həmin maddi ziyan tələbi ilə əlaqədar orqanlara şikayətlər etməsi ilə keçirdiyi mənəvi iztirablarının dəyəri qiymətsizdir. Beləliklə, cavabdehdən ona vurduğu maddi zərərin dəyəri ümumilikdə 10630 manatdır. Dəfələrlə cavabdehdən ona vurduğu maddi zərərin əvəzini ödəməsini tələb etsə də müxtəlif bəhanələrlə imtina etmişdir. Ona görə də məlum iddianı qaldırmalı olmuşdur. Daha sonra, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ona vurulmuş 5800 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq tam həcmdə ona ödənilməsi, cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq ona vurulmuş 3000 manat məbləğində mənəvi zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, hərbçidir və gündəlik olaraq Gədəbəy rayonu Qarıkənd kəndi ərazisindən keçərək iş yerinə gedir. xx.xx.2016-cı il tarixində, səhər 05:30 radələrində işə gedən zaman körpünün üzərindən keçərkən İddiaçı otardığı xırdabuynuzlu heyvan sürüsünü körpünün üstünə çıxarmış və nəticədə idarə etdiyi avtomobillə toqquşmuşdur. Nəticədə İddiaçı təqsirli hərəkətləri səbəbindən ona xeyli miqdarda zərər dəymiş və idarə etdiyi “Peugeot” markalı, **-SU-*** dövlət qeydiyyat nömrəli avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Hadisə zamanı İddiaçı bildirmişdir ki, ona məxsus olan avtomobili təmir etdirə bilməyəcək, çünki onun otardığı heyvanların müəyyən hissəsi məhv olmuş, ona da maddi zərər dəymişdir. Bacardığı qədər çalışacaq ki, ona dəymiş ziyanın müəyyən hissəsini ödəsin. Lakin yol-nəqliyyat hadisəsindən 3 il keçdikdən sonra İddiaçı ona qarşı iddia qaldırmış, öz təqsiri olduğu halda ondan 10630 manat pul tələb etmişdir. Halbuki yol-nəqliyyat hadisəsində o təqsirli olsaydı, dərhal ona qarşı iddia qaldırardı. üç il ərzində iddia qaldırmaması sübut edir ki, o yol nəqliyyat hadisəsində özünü təqsirli saymış, özünün qanunsuz hərəkətlərinin nəticəsini dərk etmiş və hadisə sovuşduqdan sonra öz təqsiri səbəbindən ona dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaqda özünü haqlı hesab etmişdir. İddiaçı təqsirli olmasını sübut edən hallardan biri də budur ki, o otardığı heyvanları mexaniki nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş asfalt örtüklü yolun hərəkət hissəsinə çıxarmış və heyvanların keçməsi üçün nəzərdə tutulmamış yerdən keçirmişdir. Halbuki, heyvanlar şüurlu olmadığından onların yolun digər tərəfinə keçməsi ehtimalı olan yerlərdə yolun hərəkət hissəsində gedən sürücüləri xəbərdar edən lövhələr quraşdırılır və bu cür heyvanları keçirən şəxslər də ilk olaraq heyvanların təhlükəsiz keçirilməsini təmin etməli və yol hərəkəti iştirakçılarına heç bir maneə yaratmamalıdır. Göründüyü kimi İddiaçı qanunun tələbini pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur, lakin hələ ondan tələf olmuş heyvanlarının pulunu almağa da cəhd edir. Bu azmış kimi, heyvanlarının iki və üç illik artım ehtimallarını da qeyd edərək “belə olsaydı, belə olacaqdı” kimi ehtimallarla iddiasını əsaslandırmağa çalışır. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş zərər İddiaçı alınaraq ona ödənilməlidir. Hal-hazırda ona dəymiş zərər 5800 manat təşkil edir. Yol-nəqliyyat hadisəsinin üstündən üç ilədək vaxt keçməsinə baxmayaraq, o hələ də avtomobili təmir etdirə bilməmişdir. Bu isə onun işə gedib-gəlmək üçün kifayət qədər əlavə pul xərcləməsi ilə nəticələnmişdir. Eyni zamanda yol-nəqliyyat hadisəsi zamanı aldığı əsəb sarsıntısı səbəbindən başında kəskin ağrılar başlamış, uzun müddətdir baş nahiyəsindən müalicə kursu almışdır. Odur ki, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh ona məxsus on dörd heyvanı idarə etdiyi avtomobillə vurmuşdur. Hadisə xx.xx.2016-cı il tarixdə oğlu qoyunları Gədəbəy rayonundan qışlaqdan gətirərkən yolda baş vermişdir. Hadisə baş verən zaman Cavabdeh öz təqsirini boynuna almış, ölən heyvanlara görə ona dəymiş zərəri hissə-hissə qaytaracağını bildirmişdir. Bu səbəbdən o, həmin vaxt polisə müraciət etməmişdir. Lakin cavabdeh onu aldatmış, müxtəlif bəhanələr gətirməklə ziyanı ödəməkdən imtina etmişdir. İndi isə məhkəməyə qarşılıqlı iddia verərək onun pulunu qaytarmaq əvəzinə, hətta ondan pul istəyir. Hadisə vaxtı səkkiz qoyunun yerində ölmüş olması maşının necə sürətlə hərəkət etdiyini sübut edir. Odur ki, məhkəmədən ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, ilk iddia üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə ilk iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ilk iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Gədəbəy rayonu “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 14 nömrəli arayışdan görünür ki, 2016-cı ilin oktyabr-noyabr aylarında bir baş iki dəfə doğar boğaz qoyunun, sağlam heyvanın alış-satış qiyməti 160-180 manat olmuşdur. Bir baş cins erkək heyvanın alış-satış qiyməti 230-250 manat olmuşdur. Azərbaycan Respubikasının Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsi tərəfindən Gədəbəy rayon Polis Şöbəsinə göndərilmiş İddiaçı tərəfindən Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsinə ünvanlanmış ərizənin surətində qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixdə Gədəbəy rayonu Qarıkənd kəndi ərazisində Cavabdeh idarə etdiyi avtomobillə ona məxsus on dörd baş heyvanını vuraraq öldürmüşdür. Hadisə baş verdiyi zaman, Cavabdeh hərbçi olmasını və səhvini boynuna alaraq dəyən ziyanı ödəyəcəyini bildirməsini nəzərə alaraq polisə müraciət etməmişdir. Lakin onun ziyanı ödənilməmiş, aldadılmışdır. Odur ki, Cavabdeh barəsində müvafiq tədbir görülməsi xahiş edilmişdir. Azərbaycan Respubikasının Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsinə “n” saylı hərbi hissə 4-cü tabor komandirinin şəxsi heyyətlə iş üzə müavini vəzifəsində xidmət edən X10 tərəfindən verilmiş izahatın surətində göstərilmişdir ki, xx.xx.2016-cı il tarixdə, saat 09:00 radələrində hərbi hissənin 4-cü tabor 15-ci bölüyündə pulemyot manqa komandiri vəzifəsində xidmət edən MAHHXHQ əsgər Cavabdeh ona yaxınlaşaraq məruzə etmişdir ki, Qarıkənd kəndi ərazisində magistral yolda yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Nazim Məmmədova məxsus olan sürüyə idarə etdiyi avtomobil ilə xəsarət yetirmiş, bir neçə qoyunu tələf etmişdir. O isə öz növbəsində əsgər Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi barədə yuxarı komandanlığa məruzə etmişdir. Eyni zamanda ona zərər vurduğu şəxslə razılığa gəldiklərini və zərəri ödəyəcəyini bildirmişdir. Azərbaycan Respubikasının Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsinə “n” saylı hərbi hissə 4-cü tabor 15-ci bölük pulemyot manqa komandiri vəzifəsində xidmət edən Cavabdeh tərəfindən verilmiş izahatın surətində göstərilmişdir ki, xx.xx.2016-cı il tarixdə, saat 05:30 radələrində 382243 nömrəli etibarnamə əsasında idarə etdiyi, dövlət nömrə nişanı ** SU *** olan, “Peugeot” markalı avtomobillə hərəkətdə olarkən hava qaranlıq olduğundan yolu yaxşı görə bilməmiş, Qarıkənd kəndi ərazisində magistral yolda əvvəllər tanımadığı X7 apardığı qoyun sürüsünü vuraraq hadisə törətmiş və bunun nəticəsində N.İddiaçı məxsus on dörd baş xırdabuynuzlu heyvanı vuraraq xəsarət yetirmiş, avtomobilini saxlayaraq N.İddiaçı narahat olmağa heç bir səbəb olmadığını, dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Onlar həmin vaxt N.İddiaçı ilə zərərin ödənilməsi ilə bağlı şifahi razılığa gəlmiş və eyni zamanda o, yaralanan altı baş qoyunu da yaşadığı ünvana aparacağını, ümumilikdə on dörd baş qoyunun pulunu hər ay hissə-hissə konkret məbləğ bildirmədən ödəyə biləcəyini bildirmiş, telefon nömrəsini təklif etmiş və öz telefon nömrəsini də N.İddiaçı vermişdir. Sonradan N.İddiaçı öz atası İddiaçı zəng edərək hadisə barədə və eyni zamanda onun etdiyi təklif barədə atasına məlumat vermiş, atası İddiaçı razılığı ilə yaralanmış altı baş qoyunu Gədəbəy rayonunun Novasaratovka ərazisində Ləzmin dərəsi adlı yerdə yerləşən atası Qəhrəman Məmmədova məxsus fermaya aparmışdır. O, İddiaçı və oğlu N.İddiaçıla bir neçə dəfə telefon əlaqəsi saxlayaraq ona probemlərinin olmasını və tezliklə vurduğu ziyanı ödəyəcəyi barədə məlumat vermişdir. Həmçinin, verilmiş suala cavab olaraq bildirmişdir ki, N.İddiaçıla şifahi razılığa gəldiklərindən hüquq mühafizə orqanlarına heç bir məlumat verməmiş, bu səbəbdən də hüquq mühafizə orqanlarının əməkdaşları hadisədən xəbərsiz olduqlarından hadisə yerinə gəlməmişlər. Ziyana gəldikdə isə o, dəymiş ziyanın ödənilməsini öz öhdəsinə götürmüşdür. N.İddiaçı dəymiş ziyanı bu vaxta kimi ödəməməsini isə ailə problemləri, maddi vəziyyəti ilə izah etmiş, bu barədə N.İddiaçı və eyni zamanda onun atası İddiaçı məlumat verdiyini bildirmişdir. Son olaraq, izahata öz yazısı ilə əlavə etmişdir ki, vurulmuş ziyanı hər ay hissə-hissə ödəməyi öz öhdəsinə götürür. Gədəbəy rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə verdiyi telefon məlumatı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. Gədəbəy rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş xx.xx.2018ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsi məsələsi həll edilmədiyindən Gədəbəy rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş, material üzrə əlavə araşdırmanın aparılması üçün Gədəbəy rayon Polis Şöbəsinə qaytarılmışdır. Gədəbəy rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, əməldə cinayət tərkibi olmadığı üçün cinayət işi başlanması rədd edilmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş 15 ədəd fotoşəkildən asfalt yol və qəzalı vəziyyətdə olan ağ rəngli avtomobil görünür. “Fame – Pro” X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli kənd təsərrüfatı heyvanlarının qiymətləndirmə hesabatından görünür ki, 14 baş xırdabuynuzlu heyvanın (12 baş doğar qoyun, 2 baş erkək damazlıq qoç) xx.xx.2016-ci il tarixə olan bazar dəyəri 3700 (üç min yeddi yüz) manat təşkil edir. İşin məhkəmə tərəfindən araşdırılması nəticəsində müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki: Cavabdeh xx.xx.2016-cı il tarixdə, saat 06:30 radələrində idarə etdiyi “Peugeot” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən X7 apardığı İddiaçı məxsus qoyun sürüsünü vurmuşdur. Hadisə nəticəsində İddiaçı məxsus ümumilikdə on dörd baş xırdabuynuzlu heyvan xəsarət almışdır. Həmin heyvanlardan səkkizi hadisə yerində ölmüş, altısı yaralanmış, onlar da sonradan ölmüşdür. Beləliklə, hadisə nəticəsində on dörd baş xırda buynuzlu heyvan ölmüşdür. Hadisə baş verdikdən sonra Cavabdeh heyvanların sahibi İddiaçı ilə razılaşaraq ona on dörd baş heyvana görə dəymiş ziyanı ödəyəcəyini bildirmiş, İddiaçı bununla razılaşmış, aralarında razılığa gəldiklərindən hadisə ilə bağlı müvafiq orqanlara heç bir məlumat verilməmişdir. İşin yuxarıda qeyd edilən halları iş materiallarına əlavə edilmiş izahatlarla tam sübuta yetirilir. Belə ki, iş materiallarında həm İddiaçı, həm də Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsinə və Gədəbəy rayon Polis Şöbəsinə verdiyi izahatların surətləri mövcuddur. Həmin materiallardan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsinə müraciət etmiş, xx.xx.2016cı il tarixdə Cavabdeh idarə etdiyi avtomobillə ona məxsus qoyun sürüsünü vurduğunu, nəticədə on dörd heyvanın xəsarət aldığını, onlardan altısının sonradan öldüyünü bildirmişdir. Hadisə ilə bağlı izahat verən Cavabdeh tabor komandirinin müavini izahat vermiş, həmin gün əsgər Cavabdeh ona yaxınlaşaraq yol-nəqliyyat hadisəsi törətdiyini, idarə etdiyi avtomobillə qoyun sürüsü vurduğunu, hadisə nəticəsində heyvanların xəsarət aldığını, bir neçəsinin öldüyünü, dəymiş ziyanı ödəyəcəyini, bu barədə heyvanların sahibi ilə razılığa gəldiyini demişdir. İzahatı alınan Cavabdeh da ərizədə qeyd edilənləri təsdiqləyən məzmunda izahat verərək həmin yol-nəqliyyat hadisəsinin həqiqətən baş verdiyini, hadisə zamanı idarə etdiyi avtomobillə on dörd baş heyvana xəsarət yetirdiyini, həmin on dörd baş heyvana görə dəymiş ziyanı ödəməyə söz verdiyini, bu səbəbdən heyvan sahibi ilə aralarında razılıq əldə olunduğunu və heç bir dövlət orqanına müraciət olunmadığını bildirmiş, ziyanı həmin vaxta qədər ödəməməsini maddi durumu ilə izah etmiş, bununla belə İddiaçı on dörd baş heyvana görə vurduğu ziyanı hər ay hissə-hissə ödəyəcəyinə söz vermişdir. Göründüyü kimi hadisənin baş vermə yeri, vaxtı, hadisə vaxtı xəsarət alan heyvanların sayı, yol-nəqliyyat hadisəsi baş verən vaxt aidiyyəti orqanlara hadisə ilə bağlı məlumat verilməməsinin səbəbi, Cavabdeh X4 məxsus on dörd baş heyvana dəymiş ziyana görə pul ödəməyi öhdəsinə götürməsi ilə bağlı tərəflər bir-birini təsdiqləyən məzmunda izahatlar vermişlər. Belə ki, yuxarıda qeyd edilənlərin hamısını Cavabdeh öz izahatında təsdiq etmiş, on dörd baş heyvana dəymiş ziyana görə İddiaçı pul ödəməyi öhdəsinə götürdüyünü açıq şəkildə qeyd etmişdir. Lakin, toplanmış materiallar aidiyyəti üzrə Gədəbəy rayon Polis Şöbəsinə göndərildikdən sonra, Cavabdeh təxminən bir ay əvvəlki izahatından fərqli məzmunda yeni izahat vermiş, yol nəqliyyat hadisəsinin heyvan sürüsünün qaranlıq havada heç bir işıq olmadan asfalt yolda aparıldığına görə baş verdiyini, ümumilikdə on dörd baş heyvan öldüyünü, onlardan altısını öz atasının fermasına apardığını və orada öldüyünü, hadisənin onun təqsirinə görə baş vermədiyini, hadisə nəticəsində avtomobilinə də xeyli ziyan dəydiyini, lakin bütün bunlara baxmayaraq, dəymiş ziyanı hissə-hissə ödəyəciyini bildirmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə Gədəbəy rayon RPŞ-də hadisə ilə bağlı yenidən izahatı alınmış, o bu dəfə tamam fərqli məzmunda izahat verərək baş vermiş hadisədə heç bir təqsiri olmadığını, əksinə İddiaçı məxsus heyvanların qadağan olunmuş vaxtda qadağan olunmuş yolla aparıldığına görə ona məxsus avtomobilə ziyan dəydiyini, buna görə İddiaçı ona dəymiş ziyanı ödəməli olduğu halda, ondan pul tələb etdiyini bildirmiş, həmin pulu ödəməyəcəyini qeyd etmişdir. Göründüyü kimi, ilk iddia üzrə Cavabdeh xx.xx.2016-cı il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı üç dəfə izahat vermiş, onlardan ilkində İddiaçı dediklərini təsdiqləsə də sonradan verdiyi izahatlarında hər dəfə ifadələrini dəyişmiş, ən son verdiyi izahatında isə hadisədə heç bir təqsiri olmadığını və ziyanı ödəməyəciyini bildirmişdir. Məhkəmə Cavabdeh Gədəbəy rayon Polis Şöbəsinə sonradan verdiyi xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli izahatlara tənqidi yanaşaraq qeyd edir ki, Cavabdeh ilk izahatında baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürdüyü, İddiaçı on dörd baş heyvana görə dəymiş ziyanı ödəməyi qəbul etdiyi halda, sonrakı izahatlarında bunu inkar etməsi yalnız onun məsuliyyətdən yayınmaq cəhdi kimi qəbul edilməli və həqiqətə uyğun hesab edilməməlidir. Belə ki, xüsusən ilk iki izahat arasında təxminən bir ay vaxt keçmiş, lakin Cavabdeh izahatının məzmununu əhəmiyyətli dərəcədə dəyişmişdir. Buradan aşkar görünür ki, Cavabdeh sonrakı izahatlarında sadəcə olaraq baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məsuliyyətdən yayınmağa çalışmış, bu səbəbdən qarşı tərəfi ittiham edən məzmunda reallığa uyğun olmayan izahatlar vermişdir. Odur ki, həmin izahatlar inandırıcı hesab edilə bilməz. Lakin məhkəmə hadisə nəticəsində ölən heyvan sayının iyirmi baş olması ilə bağlı iddia ərizəsində göstərilənlərlə də razılaşmır. İlk növbədə ona görə ki, bu qeyd edilənləri təsdiq edəcək hər hansı mötəbər sübut iş materiallarında yoxdur. İkincisi ona görə ki, ilk İddiaçı hadisə ilə bağlı verdiyi ilk izahatında yol-nəqliyyat hadisəsi baş verən vaxt səkkiz heyvanın öldüyünü, altı heyvanın yaralandığını, həmin yaralı heyvanların sonradan öldüyünü, beləliklə, yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus on dörd baş heyvanın öldüyünü bildirmişdir. Cavabdeh Qurban oğlu da hadisə ilə bağlı verdiyi ilk izahatında qeyd edilənləri təsdiq etmişdir. Lakin ilk iddiaçı hazırda iyirmi baş heyvana dəymiş ziyanın pulunu tələb edir. Bu mənada məhkəmə hesab edir ki, ilk iddia tələbi on dörd baş heyvana dəymiş ziyanın ödənilməsi ilə bağlı hissədə əsaslı, qalan hissədə əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, Cavabdeh İddiaçı məxsus on dörd baş heyvanı idarə etdiyi avtomobillə vuraraq öldürdüyü yuxarıda qeyd edilənlərlə sübut edildiyindən ilk İddiaçı ona dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Odur ki, ilk iddia on dörd baş heyvana dəymiş ziyanın ödənilməsinə dair hissədə əsaslı olduğundan təmin edilməlidir Məhkəmə on dörd baş heyvana görə ilk iddiaçıya dəymiş ziyanın məbləği ilə bağlı qeyd edir ki, “Fame – Pro” X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli kənd təsərrüfatı heyvanlarının qiymətləndirmə hesabatından görünür ki, 14 baş xırdabuynuzlu heyvanın (12 baş doğar qoyun, 2 baş erkək damazlıq qoç) xx.xx.2016-ci il tarixə olan bazar dəyəri 3700 (üç min yeddi yüz) manat təşkil edir. Məhkəmə müvafiq qiymətləndirmənin xüsusi olaraq əldə edilmiş kənd təsərrüfatı heyvanları bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından, uyğun obyektə olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunmaqla verildiyini nəzərə alaraq qiymətləndirmənin nəticəsində müəyyən edilmiş məbləği ağlabatan hesab edərək qəbul edir və hesab edir ki, ilk iddia üzrə Cavabdeh İddiaçı məxsus on dörd baş heyvana vurduğu ziyana görə 3700 manat məbləğində pul tutulmalıdır. Bundan başqa, ilk iddia tələbindən görünür ki, ilk iddiaçı məhkəmədən on səkkiz baş doğar qoyununun iki ildə verdiyi otuz altı baş quzunun dəyəri olan 6430 manat pulun (hər biri 180 manatdan hesablanmaqla) cavabdehdən alınmasını tələb edir. Göründüyü kimi ilk iddiaçının bu tələbi real zərərlə deyil, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlə, yəni əldən çıxmış fayda ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, ilk iddia bu hissədə də qismən təmin edilməlidir. Belə ki, ilk növbədə ilk iddiaçı on səkkiz baş doğar qoyunun iki ildə doğacağı quzulara görə əldən çıxmış faydanı tələb etsə də işdən görünür ki, hadisə nəticəsində on səkkiz yox, on iki baş doğar qoyun ölmüşdür. Bundan başqa əldən çıxmış fayda iddiaçının adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi, lakin məhrum olduğu gəlirlərdir. Bu mənada məhkəmə hesab edir ki, on iki baş doğar qoyunun hər birinin heç bir itki baş vermədən hər il bir quzu doğması və bunlardan qazanc əldə edilməsi real deyil və adi mülki dövriyyəyə uyğun hesab edilə bilməz. Belə ki, bu zaman xəstəlik, heyvanların qidalanma, saxlanması ilə bağlı, yaxud təbii səbəblərdən baş verən digər itkilər mütləq nəzərə alınmalı, on iki baş doğar qoyunun deyil, altı baş doğar qoyunun quzularına görə əldən çıxmış fayda hesablanmalı olmasını daha ağlabatan hesab edir. Odur ki, ilk iddiaçıya məxsus altı baş doğar qoyunun iki il ərzində doğacağı on iki baş quzuya görə adi mülki dövriyyə şəraitində bir quzunun qiymətinin orta hesabla 160-180 manat məbləğində müəyyən edilməklə 2000 manat məbləğində əldən çıxmış fayda hesablanması ədalətli hesab edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh dəymiş maddi ziyanın əvəzi olan 5700 (3700+2000) manat məbləğində pul alınaraq ilk iddia üzrə iddiaçı Məmmədov Dəmı̇r Qurban oğluna verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia tələbindən görünür ki, iddiaçı Cavabdeh məhkəmədən cavabdeh İddiaçı tərəfindən 5800 manat məbləğində ona vurulmuş maddi zərərin cavabdehdən tutularaq tam həcmdə ona ödənilməsi, cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq ona vurulmuş 3000 manat məbləğində mənəvi zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, qarşılıqlı iddia tələbi 5800 manat məbləğində maddi və 3000 manat məbləğində mənəvi zərərdən ibarətdir. Məhkəmə ilk olaraq maddi zərər tələbinə münasibət bildirərək qeyd edir ki, işdən görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı məxsus heyvanların qaranlıq havada və qanunla heyvan ötürülməsinə yol verilməyən asfalt yolda nəzarətsiz saxlandığına görə avtomobilinin həmin heyvanları vurduğunu, bu qanunazidd davranış nəticəsində avtomobilinə 5800 manat məbləğində zərər dəydiyini qeyd edir. Məhkəmə qarşılıqlı iddiaçının diqqətinə çatdırır ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Bu mənada əgər qarşılıqlı iddiaçı cavabdehin davranışı nəticəsində onun avtomobilinə zərər dəydini iddia edirsə ilk növbədə həmin davranışın hüquqa zidd olduğunu, daha sonra həmin davranış ilə vurulmuş zərərlə faktı arasında səbəbli əlaqə olduğunu sübut etməlidir. Hazırkı işdən isə bu halların heç biri müəyyən olunmur. Əksinə, qarşılıqlı iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsinə verdiyi xx.xx.2017-ci il tarixli izahatında yol-nəqliyyat hadisəsinin baş verməsinə görə bütün məsuliyyəti öz üzərinə götürmüş, avtomobilinə dəymiş hansısa zərərdən bəhs etməmiş, vurduğu zərəri isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Hazırkı qarşılıqlı iddia ərizəsində isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 47-ci maddəsinə istinad edərək yol nəqliyyat hadisəsinin baş verməsində qarşı tərəfin təqsiri olduğunu iddia etmişdir. Yəni o, yol nəqliyyat hadisəsinin baş verməsindən üç il sonra - yalnız ona qarşı məhkəmədə iddia qaldırıldanda həmin hadisənin törədilməsində qarşı tərəfi təqsirli bilmiş, üstəlik əvvəlcə nəyə görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü də məntiqi cəhətdən izah edə bilməmişdir. Halbuki, qarşılıqlı iddia ərizəsində qarşılıqlı iddiaçı özü İddiaçı üç il sonra məhkəmədə iddia qaldırması barəsində qeyd etmişdir ki: “...yol-nəqliyyat hadisəsində o təqsirli olsaydı, dərhal ona qarşı iddia qaldırardı. üç il ərzində iddia qaldırmaması sübut edir ki, o yol nəqliyyat hadisəsində özünü təqsirli saymış, özünün qanunsuz hərəkətlərinin nəticəsini dərk etmiş və hadisə sovuşduqdan sonra öz təqsiri səbəbindən ona dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaqda özünü haqlı hesab etmişdir.” Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh öz verdiyi izahatdan məlum olur ki, o, on dörd baş heyvanın pulunu hissə-hissə ödəməyə söz verib polisə müraciət edilməməsini istəmiş, bu barədə qarşı tərəflə razılaşmışdır. Yəni vaxtında aidiyyəti orqanlara müraciət edilməsinin səbəbi qarşılıqlı iddiaçının hesab etdiyi kimi cavabdehin özünü təqsirli bilməsi yox, Cavabdeh zərəri ödəməklə bağlı verdiyi vəd olmuşdur. Həmçinin, İddiaçı hadisə ilə bağlı ilk müraciəti hadisədən üç il sonra yox, bir il sonra xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə olmuşdur. Əksinə, Cavabdeh isə avtomobilinə dəymiş ziyanla bağlı hazırkı tarixədək hər hansı orqana heç bir müraciət etməmişdir. Hər bir halda məhkəmə qarşılıqlı iddia ərizəsində mal-qaranın ötürülməsi ilə bağlı yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qeyd edilənlərə münasibət bildirir ki, qarşılıqlı iddiaçı qeyd etdiklərini təsdiq edəcək heç bir sübutu qarşılıqlı iddia ərizəsinə əlavə etməmişdir. Qarşılıqlı iddia ərizəsinə on beş fotoşəkil əlavə edilmişdir ki, həmin fotoşəkillərdə də qəzalı ağ rəngli avtomobil və asfalt bir yoldan başqa heç nə müəyyən edilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı işdən görünür ki, qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddiaçıya qarşı hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi müəyyən edilməmiş, bununla bağlı qarşılıqlı iddiaçı tərəfindən heç bir orqana müraciət edilməmiş, qarşılıqlı iddia üzrə cavabdeh barəsində hər hansı inzibati məsuliyyət tədbiri tətbiq edilməmiş, onun təqsiri başqa cür müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, baş verdiyi sübut edilməyən qanunsuz hərəkət və ya hərəkətsizliyə görə mənəvi ziyanla bağlı idianın təmin edilməsi də yolverilməzdir. Yəni mənəvi ziyanın ödənilməsi tələbi əsas iddia tələbinin təmin olunmasından asılı olduğundan və əsas iddia tələbi təmin olunmadığından iddia mənəvi ziyanla bağlı hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı Məmmədov Dəmı̇r Qurban oğlunun Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh dəymiş maddi ziyanın əvəzi olan 5700 (beş min yeddi yüz) manat məbləğində pul alınaraq ilk iddia üzrə iddiaçı Məmmədov Dəmı̇r Qurban oğluna verilməli, ilk iddia qalan hissədə təmin edilməməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, “xxxxxxxx” MMC tərəfindən aparılmış ekspertiza üçün 300 manat məbləğində xidmət haqqını ilk İddiaçı ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin vəsait Cavabdeh ilk iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edildiyindən ilk iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manatı Cavabdeh tutularaq İddiaçı verilməli, rüsumun qalan 15 manatı ilk iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia təmin edilmədiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Məmmədov Dəmı̇r Qurban oğlunun Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair ilk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh dəymiş maddi ziyanın əvəzi olan 5700 (beş min yeddi yüz) manat məbləğində pul alınaraq ilk iddia üzrə iddiaçı Məmmədov Dəmı̇r Qurban oğluna verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İlk iddia tələbi üzrə ödənilmiş 15 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Məmmədov Dəmı̇r Qurban oğluna verilsin. İlk iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun 15 manatı ilkin iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh aid edilsin. Ekspertizanın aparılması üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı ilk iddia üzrə Cavabdeh alınaraq ilk iddia üzrə iddiaçı Məmmədov Dəmı̇r Qurban oğluna verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-668/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-668/2020
10.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver