Məhkəmə qərarları › İş №2(010)-677/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-677/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-677/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı BOKT QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı “İddiaçı BOKT QSC Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh əsas kredit borcu üzrə 3424.56 manat, faiz borcu üzrə 1736.63 manat olmaqla, cəmi 5161.19 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 71,61 manat məbləğində dövlət rüsumunun İddiaçı BOKT QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X7 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X7 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-949 saylı, 11 dekabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC-nin Mərkəzi filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Bordan”) arasında xx.xx.2013-cü il tarixdə, 6846 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 16 % tətbiq edilməklə, 24 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank “Borcalan”a 4500 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.3. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 16 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas kredit borcu üzrə 3424.56 manat, faiz borcu üzrə 1736.63 manat olmaqla, cəmi 5161.19 manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin, qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Cavabdehin etirazı: xx.xx.2024-cü il tarixində cavabdehin nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı QSC tərəfindən hazırki iş üzrə pul tələbinə dair iddiası əsassız olmaqla yanaşı, qanununvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə cavabdeh X4 arasında xx.xx.3013-cü il tarixdə, 6846 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 16% tətbiq edilməklə, 24 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC ilə X4 arasında xx.xx.2013-cü il tarixində 6846 nömrəli kredit müqavilədən də göründüyü kimi iddiaçı həmin müqavilə üzrə yaranmış 4500 manat borcun olmasından artıq 2013-cü il tarixində məlumatlı idi. xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. İddianın həmin müqavilə üzrə pul tələb etmək üzrə 3 illik iddia müddəti xx.xx.2018-ci ildə bilmişdir. Beləliklə həmin tarixdən artıq 9 il keçmişdir. İddiaçı ötən 9 il ərzində müqavilə üzrə pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulmuşdur. Bu isə onu nəzərdə tutur ki, iddiaçı müqavilə üzrə pul borcunun olmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 3 il ərzində məhkəmədə iddia qaldıra bilərdi. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi müqavilə və təhvil-təslim aktlarından da göründüyü kimi iddiaçı müqavilə üzrə yaranmış borc məbləğinin olmasından artıq 2015-ci il tarixində məlumatlı idi. Lakin keçən 9 il ərzində məhkəmədə iddia qaldırmamışdır, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 373.3) İddiaçının isə hazırki iş üzrə 2013-cü il tarixli müqavilə üzrə pul tələbi barədə iddia qaldırmaq hüququ xx.xx.2018 tarixində itirmişdir. Müddət bitdiyindən də hazırda göstərilən hüquqdan yararlanmaq qeyri-mümkündür. Odur ki, 3 ildən artıq müddət keçməsi səbəbindən iddiaçının iddiası təmin edilə bilməz. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlandığını, müqaviləyə əsasən cavabdehə illik 16 % tətbiq edilməklə, 24 ay müddətinə 4500 manat məbləğində kredit verildiyini, cavabdeh müqavilənin 2.2-ci bəndini pozduğunu bildirmişdir. Cavabdehin banka hazırda olan əsas kredit borcu üzrə 3424.56 manat, faiz borcu üzrə 1736.63 manat olmaqla, cəmi 5161.19 manat məbləği təşkil etdiyini, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçdiyini bİldirmişdir. Qeyd edir ki, 2019-cu ildə İddiaçı QSC tərəfindən iddia qaldırılaraq, məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, məhkəmə iclasınının onun iştirakı olmadan keçirib, tələbə qanunvericiliklə nəzərdə tutulan 3 illik iddia müddətini tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməyini məhkəmədn xahiş etmişdir. İş materialları. İddiaçı BOKT QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 6846 nömrəli kredit müqaviləsi üzrə 3424,56 manat məbləğində əsas borcu, 1736,63 manat məbləğində faiz borcu mövcuddur. Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə illik 16% olmaqla 4500 manat məbləğində pul vəsaiti verilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.3-cü bəndinə əsasən, Borcalana verilən vəsaitindən istifadə müddəti 24 aydır. Müqavilənin 6.1-ci bəndinə əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 16 faiz ödəyir. 12.5-ci bəndinə əsasən, Borc verən bu Müqavilə üzrə ona məxsus olan tələbi başqa şəxslərə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S nömrəli sərancamından görünür ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına tapşırılır ki, "xxxx" ASC-yə məxsus problemli aktivlərin balans dəyəri ilə Bankdan satın alınmasının və bunun müqabilində Banka verilməsi üçün 3 il müddətində 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə veksel buraxılmasını təmin etsin. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı 15 gün müddətinə "xxxx" ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus İddiaçı QSC-yə idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. xx.xx.2023-cü il tarixli “X7 Edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh göndərilən bildirişdən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC-nın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Göstərilənlərlə bağlı xəbardar edilir ki, 10 gün müddətinə yuxarıda qeyd olunan borcla bağlı ödənişin icra edilməsi, əks təqdirdə, əsas borc üzrə 3424,56 manat, faiz borc üzrə 1736,63 manat olmaqla cəmi 5161,19 manat olmaqla cəmi 5161,19 manat borcun tutulmasına dair iddia tələbi ilə tərəflərindən məhkəməyə müraciət olunacaqdır.Əlavə olaraq məhkəməyə müraciət edildiyi günə qədər müqavilə üzrə hesablanmış faizlər də tələb ediləcəkdir. İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2017-ci il tarixli S-FK-949 nömrəli aktdan görünür ki, Cavabdeh əsas borc üzrə 3424,56, faiz borcu üzrə 1736,63 manat borcu vardır və həmin problemli aktiv "xxxx" ASC tərəfindən İddiaçı QSC-yə təhvil verilmişdir. "xxxx" ASC-nin sənədinən görünür ki, Cavabdeh 6846 nömrəli, xx.xx.2013-cü il tarixli müqavilə üzrə 4500 manat borc verlmiş, xx.xx.2017-ci il tarixinə kreditin qalığı 3424,56 manat, faiz qalığı 1736,63 manatdır. Borcun verilmə tarixi xx.xx.2013-cü il, bitmə tarixi xx.xx.2015-ci il. xx.xx.2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 4,455 manat məbləğində pul verilmişdir. xx.xx.2017-ci il tarixli İddiaçı QSC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixində X2 hesabına 13600 manat köçürülmüş və məxaric edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4005/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X7 edilməsi Agentliyi” MMC-nin cavabdeh X3 qarşı “əsas və faiz borcunun qaytarılması dair” iddiası baxılmamış saxlanılmışdı. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 193. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi anlayışı 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 193.3. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. Maddə 194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 194.3. Kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.... Maddə 195. Tələbin güzəşti zamanı borclunun vəzifələri Tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. Maddə 196 . Kreditorun başqa şəxsə güzəşt edilən tələblərinin həcmi Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Maddə 198 . Yeni kreditorun tələblərinin sübutu 198.1. Borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər. 198.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur. Maddə 199 . Yeni kreditorun tələblərinə qarşı borclunun etirazları 199.1. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.... Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 378. Öhdəlikdə şəxslər dəyişilərkən iddia müddəti Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Maddə 381. İddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ...439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır…. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. "xxxx" ASC kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, cavabdehə pul vermiş, sonra isə müqavilə üzrə öz tələb hüquqlarını iddiaçıya ötürmüşdür. 2015-ci il 15 iyul 570 saylı Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçirmişdir. Bununla da, İddiaçı QSC cavabdeh Muslimova Fəzilə Ağalar qızından kredit müqaviləsinin ödənişini tələb etməkdə haqlı olmuşdur. Cavabdeh isə müqavilə üzrə öz üzərinə götürülmüş öhdəliyini yerinə yetirməmiş, kredit müqaviləsinin ödənişlərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək, 3 illik iddia müddətini tətbiq edilməsini xahiş etmişdir. Bildiyimiz kimi, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Kredit müqaviləsindən görünür ki, icra müddəti xx.xx.2015-ci il tarixində bitmiş və borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 9 ildən artıq müddət keçdikdən sonra müraciət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini, yəni 3 ili, keçirmişdir. Baxmayaraq ki, iddiaçı tərəfindən 2019-cu ildə məhkəməyə müraciət edilmiş və ərizə baxılmamış saxlanılmışdır, yenə də, müddət ötürülmüşdür. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malik idi, lakin, cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Cavabdeh əsas kredit borcu üzrə 3424,56 manat, faiz borcu üzrə 1736,63 manat olmaqla, cəmi 5161,19 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 71,61 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar