Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-681/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddianı təmin edib, Cavabdeh 5330 manat məbləğində pulun tutulub mənə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Bildirir ki, 09 noyabr 2023-cü il tarixdə, saat 19 radələrində o “Mercedes Benz 200” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Günəşli qəsəbəsi istiqamətində hərəkət edərək Babək körpüsünün qutaracağında yolda sıxlıq olduğu üçün avtomobili dayandırmış və bu zaman arxadan hərəkət edən qara rəngli «Lexus» markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil onun idarə etdiyi avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur, həmin avtomobilin sürücüsü ona demişdir ki, avtomobili kənara çəksin görüşək, o da avtomobili kənara çəkmiş, lakin həmin avtomobilin sürüüsü sürüb orada çıxıb getmişdir. O, həmin vaxtı özünü pis hiss etdiyi üçün təcili tibbi yardım çağırmış və 102 xidmətinə zəng vurub demişdir. Bundan sonra həmin yol- nəqliyyat hissəsinin yerinə qayıtmış və polis əməkdaşlarını gözlədiyi zaman arxadan gələn Cavabdeh idarə etdiyi «Mitsubishi Atrage» markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin arxa sağ hissəsi ilə toqquşmuşdur. Daha sonra hidisə yerinə polis əməkdaşları gəlmişlər. «Mitsubishi» markalı avtomobilin toqquşması zamanı avtomobilinin arxa hissəsinə 5330 manat məbləğində maddi ziyan dəymişdir. Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən 30 noyabr 2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh dəymiş ziyanı ödəyəcəyinə söz vermişdir, lakin ödəməkdən boyun qaçırır və telefon zənglərinə də cavab vermir.
Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır
4. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
İş materialları
5. Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Muxtar Muxtarovun 30 noyabr 2023cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, “Lexus” markalı dövlət qeydiyyat nişanı məlum olmayan avotmobilin sürücüsünün və Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, vət. "Lexus" markalı dövlət qeydiyyat nişanı məlum olmayan avotmobilin sürücüsünün əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsinin tərkibi olduğundan, onun şəxsiyyətinin müəyyən edilərək barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmiş, Vət. Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərardan görünür ki, Cavabdehiizahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində, saat 19 radələrində, o, “Mitsubishi Attrage” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Günəşli qəsəbəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkət edərək Babək körpüsünün qurtaracağında yolda sol tərəfdə dayanmış “Mersedec- Benz” markalı avtomobilin arxa hissəsi ilə onun idarə etdiyi avtomobilin qabaq hissəsi toqquşmuşdur.
6. Fərdi sahibkar X1 xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, “Mercedes E- Class” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği ümumilikdə 5330 manat təşkil edir.
11. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/663 saylı rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə Fərdi Sahibkar "X4" (**********VÖENLİ) tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 1994-cü ilburaxılışlı "Mercedes-Benz 200" markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4029,00 müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 2259.00 manat. Təmir-bərpa işlərinin qiyməti - 1770.00 manat
8. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, "Mercedes- Benz 200" markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur.
İşin faktiki halları
12. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, “Mercedes Benz 200” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. 09 noyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində “Mercedes Benz 200” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İstintaq orqanının qərarından müəyyən olunur ki, qəzada əvvəl sürücüsü müəyyən edilməmiş avtomobil iştirak etmiş, sonra isə Cavabdeh idarə etdiyi avtomobil iddiaçının idarə etdiyi avtomobilin arxa sağ hissəsindən vurmuşdur. Avtomobilə dəymiş ziyan məbləği təqdim edilmiş ekspert rəyində 4029 manat olaraq müəyyən edilmişdir. Hazırki iclasda iddiaçı avtomobilə dəymiş ziyan məbləği ilə bağlı təqdim edilmiş ekspert rəyi ilə razı olduğunu bildirir. Cavabdeh tərədən bununla bağlı hər hansı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin mövqeyi
15. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, hazırki iddia tələbi qismən təmin edilməlidir.
16. Məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətində olan "Mercedes-Benz 200" markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi “Mitsubishi Atrage” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yolnəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində "Mercedes-Benz 200" markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İşin hallarından görünür ki, cavabdehin idarə etdiyi avtomobil iddiaçının avtomobilinin arxa sağ hissəsi ilə toqquşmuşdur. İşə əlavə edilən iddiaçıya məxsus avtomobilin fotoşəkillərindən də görünür ki, həmin avtomobil arxa sağ hissədən zədələnmişdir. Beləliklə, işdən müəyyən edilir ki, Cavabdeh idarə etdiyi “Mitsubishi Atrage” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin sürücüsünün təqsirli hərəkəti nəticəsində baş vermişdir. Delikt münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələblərinə əsasən İddiaçı cavabdehdən ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlıdır. Buna münasibətdə cavabdeh tərəfindən iddiaya qarşı hər hansı etiraz və ya mülahizə irəli sürülməmişdir. Ziyanın məbləğinə gəldikdə isə, iddiaçı tələbində avtomobilinə ümumilikdə 5330 manat məbləğində dəymiş ziyanın ona ödənilməsini xahiş etmişdir, lakin iş materiallarında olan ekspert rəyindən görünür ki, "Mercedes-Benz 200" markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan məbləği ümumilikdə 4029 manat təşkil edir. Eyni zamanda, iddiaçı da ekspert rəyində təqdim edilmiş məbləğlə razı olduğunu bildirmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş ziyana görə 4029 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilməmiş 60.29 manat dövlət rüsumu dövlət büdcəsinə və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutulmaqla AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4029 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilməli və İş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş ümumilikdə 4029 manat pul vəsaitinə uyğun olaraq 60.29 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4029 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş ümumilikdə 4029 manat pul vəsaitinə uyğun olaraq 60.29 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov