Məhkəmə qərarları › İş №2(010)-683/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-683/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-683/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı ASC Cavabdeh qarşı borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 832.59 manat əsas borc, 66.62 manat faiz borcu və 26.36 manat cərimə borcu, cəmi 925.57 manat borcun və 11-Y-2-0-1528-19 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 482.42 manat əsas borc, 48.22 manat faiz borcu və 34.84 manat cərimə borcu, cəmi 565.48 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 1500 manat və xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 22 faizlə 18 ay müddətinə 1000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2020-dək Cavabdeh banka xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 832.59 manat əsas borc, 66.62 manat faiz borcu və 26.36 manat cərimə borcu, cəmi 925.57 manat və xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 482.42 manat əsas borc, 48.22 manat faiz borcu və 34.84 manat cərimə borcu, cəmi 565.48 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, o, bankla müqavilə bağlayaraq borc götürmüş, lakin həmin borcu anası xəstə olduğundan dostuna vermişdir. Lakin pandemiya dövründə işləmədiyindən və maddi problemləri yarandığından ödəniş cədvəlinə əsasən yaranmış borcu ödəyə bilməmişdir. Onun borcu birdəfəyə ödəmək imkanı yoxdur. Odur ki, bank tərəfindən qrafik tərtib olunmasını və borcun hissə-hissə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübütlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş 11-Y-1-0-644-18 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, «xxxx» X1 ilə Cavabdeh arasında 11-Y-1-0-644-18 saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı cavabdehə illik 25 faizlə 36 ay müddətinə 1500 manat məbləğində istehlak krediti verməyi öhdəsinə götürmüşdür. İş materiallarında əlavə edilmiş 11-Y-2-0-1528-19 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, «xxxx» X1 ilə Cavabdeh arasında 11-Y-2-0-1528-19 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı cavabdehə illik 22 faizlə 18 ay müddətinə 1000 manat məbləğində istehlak krediti verməyi öhdəsinə götürmüşdür. İş materiallarında əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı banka 832.59 manat əsas borc, 66.62 manat faiz borcu və 26.36 manat cərimə borcu, cəmi 925.57 manat və 482.42 manat əsas borc, 48.22 manat faiz borcu və 34.84 manat cərimə borcu, cəmi 565.48 manat məbləğində borcu vardır. İş materiallarında əlavə edilmiş əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh mövcud kredit borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun içrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti catanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «xxxx» X1 ilə Cavabdeh arasında bağlanmış 11-Y-1-0-644-18 saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh banka olan 832.59 manat əsas borc, 66.62 manat faiz borcu və 26.36 manat cərimə borcu, cəmi 925.57 manat məbləğində borc və 11-Y-2-0- 1528-19 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 482.42 manat əsas borc, 48.22 manat faiz borcu və 34.84 manat cərimə borcu, cəmi 565.48 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh ilə «xxxx» X1 arasında bağlanmış 11-Y-1-0-644-18 saylı xx.xx.2018-ci il tarixli və11-Y-2-0- 1528-19 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 11-Y-1-0-644-18 saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 832.59 manat əsas borc, 66.62 manat faiz borcu və 26.36 manat cərimə borcu, cəmi 925.57 manat və 11-Y-2-0-1528-19 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 482.42 manat əsas borc, 48.22 manat faiz borcu və 34.84 manat cərimə borcu, cəmi 565.48 manat, ümumilikdə 1491.05 (bir min dörd yüz doxsan bir manat, beş qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh ilə «xxxx» X1 arasında bağlanmış 11-Y-1-0-644-18 saylı, xx.xx.2018-ci il tarixli və 11-Y-2-0-1528-19 saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar