Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-685/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Abbasova Rəzı̇ yyə Əlı̇ ş qızına qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Abbasova Rəzı̇ yyə Əlı̇ ş qızına qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 vərəsələri Cavabdeh2 və Cavabdeh1 paylara mütənasib olaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd krediti üzrə 8661.56 manat əsas borc olmaqla 8661.56 manat borcun, kart limiti üzrə isə 1029.58 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 77.18 manat faiz borcu olmaqla, cəmi 1106.76 manat borcun və ödənilmiş 117.69 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. "xxxx" ASC-nin Nizami filialı ilə X7 arasında bağlanmış BPM**********97 nömrəli xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən X6 illik 18 faizlə 48 ay müddətinə 9300 manat məbləğində nağd kredit və illik 24 faizlə 36 ay müddətinə 3000 manat məbləğində kart krediti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 151025 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 504 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 və Cavabdeh1 X5 vərəsələri kimi tanınmışdır və onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehlər mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2-22/2-38893/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
Tərəflərin izahatları.
3. Cavabdehlər Cavabdeh1 və Abbasova Rəzı̇ yyə Əlı̇ ş qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
İş materialları.
5. "xxxx" ASC ilə X7 arasında bağlanmış BPM**********97 nömrəli xx.xx.2020-ci il tarixli X12 müqaviləsi və ödəniş cədvəlindən görünür ki, X6 illik 18 faizlə 48 ay müddətinə 9300 manat məbləğində nağd kredit və illik 24 faizlə 36 ay müddətinə 3000 manat məbləğində kart krediti verilmişdir.
6. AZ-İİ seriyalı, 151025 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
7. Bakı şəhəri 35 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-130 nömrəli “Qanun üzrə Vərəsəlik Hüquq haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri : arvadı Cavabdeh2 və oğlu Cavabdeh1dur və onların hər biri miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X6 verilmiş **********51-05101- 093006 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.2 kv.m, yaşayış sahəsi 28.8 kv.m, 2 otaqlı olan mənzildən ibarətdir.
8. Bakı şəhəri 35 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-131 nömrəli “Qanun üzrə Vərəsəlik Hüquq haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri : arvadı Cavabdeh2 və oğlu Cavabdeh1dur və onların hər biri miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AD846788 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2100611A679381 mühərrikin nömrəsi **********6597 və buraxılış ili 1998-ci il olan Mercedes Benz 240 minik markalı **-HY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
9. Bakı şəhəri 35 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-132 nömrəli “Qanun üzrə Vərəsəlik Hüquq haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri : arvadı Cavabdeh2 və oğlu Cavabdeh1dur və onların hər biri miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “AZNEFT” İB 5 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən 11 fevral 2021-ci il tarixdə verilmiş 1125/JS/-11/74 saylı arayışa əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 haqq-hesabı orta aylıq əmək haqqının 3 misli müavinəti 4459.35 manat və dəfn üçün müavinət 300 manat ödənilməmiş pul vəsaitindən ibarətdir.
10. Cavabdeh1 və Abbasova Rəzı̇ yyə Əlı̇ ş qızına göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, öhdəliyin 5 gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, əks təqdirdə isə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
11. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, mərhum X5 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 8661.56 manat borcu mövcuddur.
12. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, mərhum X5 xx.xx.2020-ci il tarixli müqavilə üzrə (illik 24 faizlə 36 ay müddətinə 3000 manat məbləğində açılmış kredit xətti) ödənilməmiş 1029.58 manat əsas borc və 117.69 manat fai borcu olmaqla cəmi 1106.76 manat borcu mövcuddur. İşin faktiki halları.
13. İşin faktiki halları ondan ibarətdir ki, "xxxx" ASC ilə mərhum X7 arasında kredit müqaviləsi imzalanmış və ona həmin müqavilədə nəzərdə tutulan kredit vəsaiti verilmişdir. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hazırkı iddia tələbində iddiaçı ödənilməmiş kredit borcunu mərhumun vərəsələri – hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Abbasova Rəzı̇ yyə Əlı̇ ş qızından tələb edir və öz tələbində ona istinad edir ki, mərhumdan qalan miras aktivi cavabdehlər tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.
Tətbiq olunan hüquq.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ.
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
15. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarı. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarı. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi.
19. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçı tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
20. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı - kreditor "xxxx" ASC müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmiş, yəni X2na müqavilə üzrə nəzərdə tutulan kredit vəsaitini vermişdir. Belə ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X7 arasında bağlanmış BPM**********97 nömrəli xx.xx.2020-ci il tarixli X12 müqaviləsi və ödəniş cədvəlindən görünür ki, X6 illik 18 faizlə 48 ay müddətinə 9300 manat məbləğində nağd kredit və illik 24 faizlə 36 ay müddətinə 3000 manat məbləğində kart krediti verilmişdir. X2 isə kreditor qarşısındakı öhdəliyini tam icra etməmiş xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda bank mərhum borclunun vərəsələrindən – Abbasova Rəzı̇ yyə Əlı̇ ş qızı və Cavabdeh1 borcun ödənilməsini tələb edir. İş materiallarından müəyyən edilir ki, mərhum X4 miras qalmış daşınmaz əmlak, nəqliyyat vasitəsi və pul vəsaiti onun vərəsələri kimi tanınan Abbasova Rəzı̇ yyə Əlı̇ ş qızı və Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, cavabdehlər borcludan qalmış miras əmlakı miras aktivi kimi qəbul etməklə hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişdir. Belə ki, kredit borcu üzrə öhdəlik şəxsi xarakterli deyil və miras passivi kimi vərəsələrə onların hər birinin aldığı miras əmlak həddində keçir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbi cavabdehlər Abbasova Rəzı̇ yyə Əlı̇ ş qızı və Cavabdeh1 qarşı irəli sürməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. İddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 117.69 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X5 vərəsələri Abbasova Rəzı̇ yyə Əlı̇ ş qızı və Cavabdeh1 paylarına mütənasib şəkildə "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 8661.56 manat əsas borc, kart limiti üzrə isə 1029.58 manat əsas borc və mərhum X5 vəfat etdiyi tarixədək hesablanmış 77.18 manat faiz borcu tutularaq ödənilməli, iş üzrə ödənilmiş 117.69 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X5 vərəsələri Abbasova Rəzı̇ yyə Əlı̇ ş qızı və Cavabdeh1 paylarına mütənasib şəkildə "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 8661.56 manat əsas borc, kart limiti üzrə isə 1029.58 manat əsas borc və mərhum X5 vəfat etdiyi tarixədək hesablanmış 77.18 manat faiz borcu tutularaq ödənilsin. İş üzrə ödənilmiş 117.69 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.