Məhkəmə qərarları › İş №2(010)-690/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-690/2021

26.04.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-690/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı İddiaçı3 etibarnamə üzrə nümayəndəsi və vəkili X10, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 etibarnamə üzrə nümayəndəsi və vəkili X15 iştirakı ilə, İddiaçılar İddiaçı1 Zöhrab qızının, İddiaçı2 və İddiaçı3 Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı əmlaklara mülkiyyət payları müəyyən edilməklə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə 26 aprel 2021-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E TD İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı əmlaklara mülkiyyət payları müəyyən edilməklə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 49, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 28, mənzil 6 və Masallı rayonu, İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv/m yaşayış, 45,68 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə iddiaçı olaraq hər birinin bərabər qaydada mülkiyyət payları müəyyən edilməklə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri, Suraxanı rayonu. Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 49, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 6 və Masallı rayonu İsi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82.99 kv/m yaşayış, 45.68 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi anası Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçılar azyaşlı dövründən bu günə qədər mülkiyyətçi ilə birlikdə etibarlı ailə əlaqələri əsasında mülkiyyətçinin mülkiyyətində olan yuxarıda göstərilən əmlaklardan ailə üzvləri olaraq bərabər şəkildə davamlı olaraq istifadə etmişdir və bu gün də istifadə edirlər. Son zamanlar ailə üzvləri arasında baş verən əmlak mübahisələri iddiaçıları bir ailə üzvü olaraq narahat etməkdə idi. Bu səbəbdən də sözügedən əmlaklara istifadə hüquqlarının tanınması və birgə istifadə qaydalarının müəyyən edilməsi tələbi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etdilər. Suraxanı rayon məhkəməsinin 2(010-175/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsilə onların iddia tələbi təmin edilməklə, Bakı şəhəri. Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28. mənzil 49, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 6 və Masallı rayonu İsi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82.99 kv/m yaşayış, 45.68 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə onların hər üçünün istifadə hüquqlarının tanınması və həmin əmlaklar üzərində birgə istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)-175/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsi artıq qanuni qüvvəsini almışdır. Hesab edir ki, etibarlı ailə əlaqələri əsasında mülkiyyətçi ilə birgə istifadəsində olan yuxarıda göstərilən əmlaklar üzərində qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə istifadə hüquqları tanındığından həmin əmlaklara gözlənilən (potensial) mülkiyyət hüququ yaranmışdır. Qeyd edir ki, hər üç əmlak üzərində ailə üzvləri olaraq yetkinlik yaşına çatandan bu günə qədər etibarlı ailə əlaqələri əsasında hal-hazıradək mülkiyyətçi ilə birgə istifadə etməklə birgə təsərrüfatı idarə edirlər. Qanunvericiliyə əsasən istifadə hüququ mülkiyyət hüququnun mühüm tərkib elementindən biridir. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 49, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 28, mənzil 6 və Masallı rayonu, İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv/m yaşayış, 45,68 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə iddiaçı olaraq hər birinin bərabər qaydada mülkiyyət payları müəyyən edilməklə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı3 etibarnamə üzrə nümayəndəsi və vəkili X16 iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, iddianın təmin edilməsinə dair qətnamənin layihəsini təqdim etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 etibarnamə üzrə nümayəndəsi və vəkili X21 iddia ərizəsinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, mübahisəli əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 49, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 28, mənzil 6 və Masallı rayonu, İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv/m yaşayış, 45,68 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi artıq məhkəmələr tərəfindən bölünmüş, onun üzərində üçüncü şəxsin və cavabdehin mülkiyyət hüquqları müəyyən edilmiş və artıq qanuni qüvvəsini almışdır. İstifadə hüququ mülkiyyət hüququnun yalnız bir növüdür. İstifadəçi mülkiyyətçi deyil. Sahiblik hüququ və sərəncam hüququ tam fərqlidir. İrəli sürülmüş iddia təmsil etdiyi üçüncü şəxsin mülkiyyət hüquqlarını pozur və öz etiraz ərizəsində də bunu əsaslandırmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 etibarnamə ürə nümayəndəsi və vəkilinin izahatına əlavə etmədi, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş 09.02.2021-ci il tarixli ərizəyə əsasən, səhhətində ciddi problem olduğu üçün keçiriləcək məhkəmə iclaslarına onun iştirakı olmadan baxılmasını və iddiaçının iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı2 və İddiaçı3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilini və müstəqil tələb irəli sürməyən üçüncü şəxsi və onun etibarnamə üzrə nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan rədd edilməlidir. Mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş 16.05.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, Yeni Günəşli qəsəbəsi, ev 28, 6 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 1641 nömrəli reyestr kitabının 150555 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş 10.10.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Masallı rayonu, İsi kəndində mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimyyətini Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı 034486 saylı 23.03.2000-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 28, 30,14 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 49 saylı mənzil X4 xüsusi mülkiyyətindədir. Bu barədə 116 saylı reyestr kitabında 17743 səhifə 30/5987 sayla 23.03.2000-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 tərəfindən verilmiş 06.04.2021-tarixli iddia ərizəsinə etiraza əsasən, hal-hazırda indiki iddia tələbinə etiraz edir və iddia əsassız olduğundan iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Belə ki, qeyd edilən əmlaklara payların tələb edilməsi onun qanunla qorunan mülkiyyət hüquqlarını pozur. İlkin olaraq qeyd etmək istəyir ki, iddiaçılar öncə də Suraxanı rayon məhkəməsinə eyni iddia tələbi ilə müraciət etmiş, lakin prosesin gedişi zamanı iddia tələbini dəyişərək mübahisə predmeti olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin 49 saylı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D” y/s, 28 saylı evin 6 saylı və Masallı rayonu isi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82.99 kv.m., yaşayış, 45.68 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə istifadə hüququnun tanınması və birgə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişlər. Suraxanı Rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli 2(010)-175/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1, X17 və İsmayılov Elvin isa oğlunun cavabdehlər Sərdarova ( Cəfərova) Şəfaqət Səmədxan qızı və X6 qarşı istifadə hüququnun tanınması və birgə istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiaları təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddia tələbinin hüquqi əsası yoxdur. İddiaçılar faktları təhrif edir və üçüncü şəxsin mübahisə predmeti olan mənzilə paylı mülkiyyət hüququnun olmasını gizlədirlər. Hazırki iddia tələbinə etirazını da aşağıdakı kimi əsaslandırır: Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin 49 saylı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D” y/s, 28 saylı evin 6 saylı və Masallı rayonu isi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82.99 kv.m., yaşayış, 45.68 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Suraxanı rayon Məhkəməsinin 2(010)-4844/2017 saylı 06.09.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin 49 saylı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D” y/s, 28 saylı evin 6 saylı və Masallı rayonu İsi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82.99 kv.m., yaşayış, 45.68 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə Cəfərova (Sərdarova) Şəfaqət Səmədxan qızının və X5 1/2 (ikidə bir) hissəsinə payı tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınınl 1.01.2018-ci il tarixli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 2(010)-4844/2017 saylı 06.09.2017-ci il tarixli qətnaməsi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin 49 saylı mənzilinini 1/2 hissəsdə X5, 14/2 hissədə isə İsmayılova (Cəfərova) Şəfaqət Səmədxan qızının mülkiyyət hüquqnun tanınması hissəsində ləğv edilmiş, həmin mənzilin 1/4 hissəsində X5, 3/4 hissədə isə İsmayılova (Cəfərova, indiki halda Sərdarova) Şəfaqət Səmədxan qızının mülkiyyət hüququ tanınmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 21.05.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.01.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Suraxanı Rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli 2(010)-175/2019 saylı qətnaməsi ilə iddiaçıların mübahisəli əmlaka istifadə hüququnun tanınması, xüsusi paylı mülkiyyət hüququ ilə Cavabdeh və X9 məxsus olan məxsus olan əmlaka iddiaçıların mülkiyyət hüququnun tanınması üçün əsas deyil. İddiaçılar mübahisəli mənzilin xüsusi mülkiyyət hüququ ilə X9 və Sərdarova (Cəfərova, əvvəllər isə İsmayılova) Şəfaqət Səmədxan oğluna məxsus olmasını şüurlu və məqsədli şəkildə gizlədirlər. Bunu iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görmək olar. Belə ki, iddia ərizəsində mübahisəli əmlakların ancaq Cavabdeh məxsus olması göstərilir. Nə Suraxanı rayon Məhkəməsinin 2(010)-4844/2017 saylı 06.09.2017-ci il tarixli qətnaməsindən, nə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınınl 1.01.2018-ci il tarixli qətnaməsindən, nə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 21.05.2018-ci il tarixli qərarından bir kəlimə belə söz edilmir. Halbuki Suraxanı rayon Məhkəməsinin 2(010)-4844/2017 saylı 06.09.2017-ci il tarixli qətnaməsinin 2-ci səhifəsinin sonuncu abzasında və 5-ci səhifəsinin sonuncu abzasında mübahisəli əmlaklarla bağlı müəyyən edilmiş hallar qeyd edilib. Məhkəməyə təqdim edilən və onun adının qeyd edilmədiyi mülkiyyət sənədlərinə gəldikdə isə bildirir ki, mübahisəli əmlaklarla bağlı illərdir ki, davam edən məhkəmə prosesləri zamanı iddiaçılar tərəfindən məqsədyönlü və prosesləri süni uzatmaq məqsədilə dəfələrlə əmlakın üzərinə həbslər qoyulması məqsədilə vəsatətlər verilmiş və nəticəsidir ki, o, qeyd edilən əmlaklara dair çıxarışda öz adımın qeyd edilməsinə nail ola bilməmişdir. Halbuki mübahisəli əmlaklarla bağlı AR Ali Məhkəmənin yekun məhkəmə qərarı mövcuddur. Halbuki Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.01,2018-ci il tarixli 2(103)- 475/2018 saylı icra vərəqəsinə əsasən, Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsinə qeyd edilən əmlaklara dair mülkiyyət hüququnun tanınması ilə bağlı bildiriş göndərilmişdir. (İcra vərəqəsi əlavə edilməklə) Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın bu maddələrinin tələblərində görünür ki, onun qorunan hüququm digər şəxsin fərdi yaşayış evinə mülkiyyət tanınması ilə məhdudlaşdırılmamalıdır. Heç bir əsas olmadan iddiaçıların üçüncü şəxsə məxsus olan xüsusi mülkiyyət hüququnun tanınmasını tələb etməsi sadəcə absurddur. İddiaçıların, xüsusən də İddiaçı1 və X17 onun ailə üzvü deyil. Həmin şəxslər onun tərəfindən övladlığa götürülməmişdir. Onu qeyd edilən iddiaçılara bağlayan heç bir şey yoxdur, o cümlədən də mülkiyyyət hüququ yoxdur. Hesab edir ki, qeyd etdiyi faktlar iddianın rədd edilməsi üçün kifayətdir. İddiaçıların faktları, xüsusilər də mübahislə əmlaklarla bağlı məhkəmə aktlarını düşünülmüş şəkildə gizlətmələri, əsassız yerə məhkəməyə müraciət etməsinin yeganə səbəbi onu bezdirmək, uzun sürən məhkəmə çəkişmələri bitsin deyə hansısa əmlakımın onlara bağışlanmasına nail olmaqdan başqa bir şey deyil. Məhz bu səbəbdən iddia rədd edilməli və təmin edilməməlidir. Odur ki, iddiaçılar İddiaçı1, X17 və İsmayılov Elvin isa oğlunun cavabdehlər Cavabdeh qarşı “əmlaka mülkiyyət payları müəyyən edilməklə mülkiyyət hüquqnun tanınması” tələbinə dair iddia tələbinin təmin edilməməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Mülki iş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(010)-175/2019 saylı 19 fevral 2019-cu il tarixli qətnaməyə əsasən, iddiaçılar İddiaçı1, X12 və İddiaçı3 cavabdehlər X7 və X9 qarşı “əmlaka birgə istifadə hüququnun tanınmaqla bərabər qaydada birgə istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia təm edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 28 saylı evin, 6 saylı mənzilinə, Masallı rayonu, İsi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv/m yaşayış, 45.68 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 birgə istifadə hüquqları tanınması və həmin əmlaklardan bərabər şəkildə İddiaçı1, İddiaçı2, İddiaçı3, X5, Cavabdeh birgə istifadə qaydaları müəyyən edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(010)-4844/2017 saylı 06 sentyabr 2017-ci il tarixli qətnaməyə əsasən, iddiaçı X5 cavabdeh X3 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbi barədə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ”D" y/s, 28 saylı evin 6 saylı mənzili, Bakı şəhəri. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin 49 saylı mənzili və Masallı rayonu İsi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82.99 kv.m yaşayış, 45.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi iddiaçı X11 ilə cavabdeh X1 birgə mülkiyyəti hesab edilməsi və onlar arasında bərabər bölünməklə həmin daşınmaz əmlakların 1/2 (ikidə bir) hissəsinə iddiaçı X5 1/2 (ikidə bir) hissəsi X1 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2018-ci il tarixli 2(103)-475/2018 saylı qətnaməyə əsasən, iddiaçı X5 cavabdeh X3 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qəbul etdiyi 2(010)-4844/2017 saylı 06 sentyabr 2017-ci il tarixli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4844/2017 saylı 06 sentyabr 2017-ci il tarixli qətnaməsi qismən, “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 28 saylı evin 49 saylı mənzilin ½ hissəsinə iddiaçı X5, ½ hissəsinə X1 mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 28 saylı evin 49 saylı mənzilin 1/4 hissəsinə iddiaçı X5 3/4 hissəsinə isə cavabdeh X1 mülkiyyət hüququ tanınması qət edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş 21 may 2018-ci il tarixli 2(102)-3492/2018 saylı qərara əsasən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11.01.2018-ci il tarixli 2(103)-475/2018 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.01.2018-ci il tarixli 2(103)-475/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Mülki işin materiallarına əlavə edilmiş iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş 25.11.2020-ci il tarixli ərizəyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 49, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 28, mənzil 6 və Masallı rayonu, İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv/m yaşayış, 45,68 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması, həmin əmlaklar üzərdində hüquqi və digər hərəkətlərin edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Mülki işin materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(010)-5282/2020 saylı 25.11.2020-ci il tarixli qərardada əsasən ərizə təmin edilmiş, iş üzrə yekun qərar qəbul edilənədək münahisəli olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 49, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 28, mənzil 6 və Masallı rayonu, İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv/m yaşayış, 45,68 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması, eləcə də həmin daşınmaz əmlaklara dair hər hansı hərəkətlərin edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Mülki işin materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş 09.02.2021-ci il tarixli ərizəyə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ona qarşı, “əmlaklara mülkiyyət hüquqlarının tanınması” tələbi ilə iddia qaldırmışlar. Həmin məhkəmə iclası 17 fevral 2021-ci il tarixə saat 10:30-a təyin edilmişdir. Məhkəmə iclası ilə bağlı qeyd edir ki, xəstəliyi ilə əlaqədar onun səhətində ciddi problemlər yarandığından məhkəmə iclaslarında iştirak edə bilmir. Üzürlü səbəblərdən bundan sonrakı məhkəmə iclaslarında da iştirak edə bilməyəcəkdir. İddiaçıların iddia tələbi ilə bağlı bildirir ki, iddiaçılar onun övladlarıdır. Ailədə baş verən əmlak mübahisələri onları narahat etmişdir və narahat olmaqda da haqlıdırlar. Sözügedən mənzillər və fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Buna baxmayaraq Suraxanı rayon Məhkəməsinin qətnaməsilə həmin əmlaklara iddiaçıların istifadə hüquqları tanınmışdır. Qətnamə artıq qanuni qüvvəsini də almışdır. İddiaçıların hazırkı iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh olaraq iddia tələblərini etiraf edərək qəbul edir. Ərizəsində göstərilən əsasları nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını və iddiaçıların iddia tələblərini təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il Qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququna dair eyni mövqe Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada da müəyyən olunmuşdur. Belə ki, Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işi üzrə qərarında göstərilmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İddiaçılar Bakı şəhəri, Suraxanı rayonu. Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 49, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 6 və Masallı rayonu İsi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82.99 kv/m yaşayış, 45.68 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi anası Cavabdeh xüsusi mülkiyyətində olduğuna və iddiaçıların azyaşlı dövründən bu günə qədər mülkiyyətçi ilə birlikdə etibarlı ailə əlaqələri əsasında mülkiyyətçinin mülkiyyətində olan yuxarıda göstərilən əmlaklardan ailə üzvləri olaraq bərabər şəkildə davamlı olaraq istifadə edilmələrinə istinad edərək, qeyd olunan mübahisəli əmlakların üzərində mülkiyyət hüquqlarının tanınmasını iddia edirlər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Suraxanı rayon Məhkəməsinin 2(010)- 4844/2017 saylı 06.09.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin 49 saylı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D” y/s, 28 saylı evin 6 saylı mənzili və Masallı rayonu İsi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82.99 kv.m., yaşayış, 45.68 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə Cəfərova (Sərdarova) Şəfaqət Səmədxan qızının və X5 1/2 (ikidə bir) hissəsinə payı tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.01.2018-ci il tarixli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 2(010)-4844/2017 saylı 06.09.2017-ci il tarixli qətnaməsi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin 49 saylı mənzilinin 1/2 hissəsində X5, ½ hissədə isə İsmayılova (Cəfərova) Şəfaqət Səmədxan qızının mülkiyyət hüquqnun tanınması hissəsində ləğv edilmiş, həmin mənzilin 1/4 hissəsində X5, 3/4 hissədə isə İsmayılova (Cəfərova, indiki halda Sərdarova) Şəfaqət Səmədxan qızının mülkiyyət hüququ tanınmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21.05.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.01.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunan məhkəmə aktları əsasında mübahisəli daşınmaz əmlaklar, o cümlədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 28 saylı evin, 49 saylı mənzili, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 28 saylı evin, 6 saylı mənzili, Masallı rayonu, İsi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv/m yaşayış, 45.68 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin üzərində artıq müstəqil tələb irəli sürməyən X5 və cavabdeh Sərdarova (İsmayılova) Şəfaqət Səmədxan qızının mülkiyyət hüqüqları müəyyən edilmişdir. Həmin məhkəmə aktları qanuni qüvvəyə minmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildyi andan qüvvəyə minir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Yuxarıda qeyd olunan mülki-prosessual qanunvericiliyinin normalarından göründüyü kimi qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bununla əlaqədar məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlak - Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 28 saylı evin, 6 saylı mənzilinə, Masallı rayonu, İsi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv/m yaşayış, 45.68 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktları nəticəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və cavabdeh Sərdarova (İsmayılova) Şəfaqət Səmədxan qızının mülkiyyət hüqüqları müəyyən edildiyindən, hazırkı məhkəmə prosesində həmin halların yenidən baxılması və müəyyən edilməsi, yəni mübahisəli daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət hüquqlarının tanınması yolverilməzdir. Bundan əlavə iddiaçılar tərəfindən mübahisəli daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması üçün istinad etdikləri məhkəmə qətnaməsi ilə mübahisəli daşınmaz əmlak üzərində istifadə hüquqlarının tanınması, mülkiyyətçi ilə etibarlı əlaqələrin movcudluğu və mülkiyyətçi ilə birgə təsərrüfatın aparılması kimi əsaslar mülki qanunvericiliyi tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının tanınması üçün nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddələrinə əsasən qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı əmlaklara mülkiyyət payları müəyyən edilməklə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ev 28, mənzil 49, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 28, mənzil 6 və Masallı rayonu, İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv/m yaşayış, 45,68 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə mülkiyyət payları müəyyən edilməklə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar