Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-696/2020 14.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı X1 X3 (hazırki adı - “Yelo Bank” X5) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 X5 (bundan sonrakı mətndə İddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1516,68 ABŞ Dolları əsas borc, 3419,54 ABŞ Dolları faiz borcu, 9.36 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixdən, xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 42,25 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4987,83 ABŞ Dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 xx xxxxx 2015 il tarixli kredit müqaviləsinə əsasən İddiaçı-dən illik 28 faizlə 18 ay müddətinə 10000 ABŞ Dolları kredit götürmüşdür. xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx xxxxx 2015 il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxx 2019-dək Cavabdeh1 banka xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1516,68 ABŞ Dolları əsas borc, 3419,54 ABŞ Dolları faiz borcu, 9,36 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixdən, xx xxxxxx 2019-cu il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 42,25 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4987,83 ABŞ Dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh borcunun fərmana düşməsini bildirərək, bununla bağlı müraciət etdiyini bildirsə də, borcun fərmana düşməsini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Həmçinin, cavabdehin borcu fərmanın təsir dairəsinə düşəcəyi təqdirdə də, restruktruzasiya müddəti başa çatdığı üçün cavabdehə bank tərədindən heç bir köməklik edilə bilməyəcək. Bundan əlavə, ekspertiza rəyindən də göründüyü kimi iddia ərizəsində qeyd olunan borclar tamamilə düzgün hesablanmışdır və hətta ekspert rəyində məbləğlər daha çox hesablanmışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, kredit müqaviləsi üzrə borcu Prezidentin fərmanın təsir dairəsinə düşmüşdür. Lakin sonradan banka gedib bu barədə maraqlandıqda adının həmin siyahıda olmadığı bildirilmişdir. Buna görə də 2019-cu ilin dekabr ayında bu barədə Palataya müraciət etmiş, lakin Palata ləğv olunduğu və Mərkəzi Bankın tərkibinə verildiyi üçün hələ də müraciətinə cavab verilməmişdir. Məhkəməyə təqdim etdiyi sənəddən də görünür ki, cavabdehin problemli krediti ilə bağlı ünvanladığı şikayəti hazırda araşdırılır. Bundan əlavə, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən faiz məbləği artıq hesablanmışdır. Belə ki, ona qrafik üzrə ayda 189 dollar olmaqla faizsiz olaraq 3 il müddət müəyyən edilmiş və o, hər ay 200 ABŞ dolları olmaqla 11.000 ABŞ dollarına yaxın ödəniş etmişdir. Məhz bu səbəbdən ödəniş cədvəlinə imza atsa da qrafikdə qeyd olunan faizlərə önəm verməmiş və ona bank işçisi tərəfindən söylənilən şifahi sözlər əsasında ödənişlərini etmişdir. Göründüyü kimi ödənişlər etdiyi halda faiz borcundan silinmə olmamış və bütün ödənişləri əsas borcuna yönəldilməklə faizlər şişirdilmişdir. Ekspert rəyinə münasibət bildirərək isə qeyd etdi ki, kredit müqaviləsi üzrə borcları olduğu kimi qalmış, əksinə daha da şişirdilmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq şikayətinin araşdırılıb yekunlaşacağı günədək möhlət verilməsini, əks təqdirdə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, kredit müqaviləsi üzrə zamin qismində çıxış edir və iddia tələbində qeyd olunan faizlər yüksək olduğundan həmin borcla razılaşmır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 27-M-1-0-208-15 №-li bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı-dən illik 28 faizlə 18 ay müddətinə 10.000 ABŞ Dolları kredit götürmüşdür. Cavabdeh2 və Cavabdeh3 müqavilə üzrə zamin qismində çıxış edir. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 10.000 ABŞ Dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli Əlavədən görünür ki, kreditin bağlanma tarixi xx.xx.2019, keditin illik faiz dərəcəsi isə 24 % müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 verilmiş kreditin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək faiz ödənişi 3542,10 ABŞ Dolları, əsas məbləğ ödənişi 6804 ABŞ Dolları olmaqla, cəmi 10.346,10 ABŞ Dolları təşkil edir. xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə 5 gün müddətində banka olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1516,68 ABŞ Dolları əsas, 3419,54 ABŞ Dolları faiz, 9,36 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixdən, xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 42,25 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4987,83 ABŞ Dolları borcu vardır. xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/522 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ’’Borcalan” Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 27-M-1-0-208-15 saylı kedit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh1 İddiaçı -yə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 1.516.70 ABŞ dolları; faiz borcu üzrə 3.469,04 ABŞ dolları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, Cavabdeh1 isə kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü yerinə yetirməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən Cavabdeh1 verilmiş kreditin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək faiz ödənişi 3542,10 ABŞ Dolları təşkil etmişdir. Cavabdeh1 ona qrafik üzrə ayda 189 dollar olmaqla faizsiz olaraq 3 il müddət müəyyən edildiyini və buna görə də hər ay 200 ABŞ dolları olmaqla ödəniş etdiyini bildirsə də, ödəniş cədvəlinə şəxsən imza etmiş və məhkəmə iclasında verdiyi izahatında bu faktı təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1516,68 ABŞ dolları əsas, 3419,54 ABŞ dolları faiz borcunun, 9,36 ABD dolları cərimə borcunun və kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixdən, xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 42,25 ABŞ Dolları məbləğində əldən çıxmış faydanın tutulması barədə tələb əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1516,68 ABŞ dolları əsas, 3419,54 ABŞ dolları faiz, 9,36 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixdən, xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 42,25 ABŞ Dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4987,83 ABŞ dolları borc pul tutularaq, İddiaçı-nin (“Yelo Bank” X3) hesabına ödənilməlidir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə 1516,68 ABŞ dolları əsas, 3419,54 ABŞ dolları faiz, 9,36 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 42,25 ABŞ Dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4987,83 (dörd min doqquz yüz səksən yeddi dollar səksən üç sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) ABŞ dolları məbləğində pul tutularaq İddiaçı X1 X3 (“Yelo Bank” X3) hesabına ödənilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı X1 X3 (“Yelo Bank” X3) xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** X7 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-696/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-696/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver