Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-697/2023 17.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Babayevə Məryəmə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 və Babayevə Məryəmə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsində yerləşən 39 saylı evlə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinə bölgü sxeminin tərtib edilməsi ilə əlaqədar baxış keçirilməsi və inventarlaşdırma ölçü işlərinin aparılmasına cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh3 onun bacısıdır. İddiaçı isə onun oğludur. İddiaçının mübahisəli evə dair mülkiyyət hüququnu təsdiq edən sənədi vardır. Onların hər birinə məxsus olan ev faktiki olaraq ayrılmışdır. Lakin həmin evlərin bölgü sxemi olmadığından iddiaçıya məxsus olan və faktiki istifadələrində olan evə dair ayrıca mülkiyyət sənədi ala bilmirlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri bununla bağlı onlara məxsus evdə olmuş, lakin cavabdeh mütəxəssisləri həyətə buraxmamışdır. Evə dair bölgü sxeminin tərtib edilməsi zəruri olduğundan iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, onlar arasında mübahisəli evlə və torpaq sahəsi ilə bağlı əmlak bölgüsü aparılmışdır və hərənin özünə məxsus pay faktiki olaraq öz istifadəsindədir. Hətta bununla bağlı məhkəmə qətnaməsi də qəbul edilmişdir. Bu səbəblə hər hansı bölgüdən söhbət gedə bilməz. İddia təmin edilsə belə, o, heç kimi həyətinə buraxmayacaq. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 071006 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 Dadaş qızı ürək fəaliyyətinin dayanması səbəbindən xx.xx.2003-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 844 nömrə ilə qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, bu şəxs iddia ərizəsi məhkəmənin icraatına daxil olmazdan əvvəl ölmüş olduğundan onun proses iştirakçısı kimi tanınması istisna edilməlidir. Əks yanaşma, ölmüş şəxsin prosessual statusunun məhkəmə tərəfindən tanınması deməkdir ki, bu yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata Babayevə Məryəmə münasibətdə xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3 və Babayevə Məryəmə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “maneələrin aradan qaldırılması” tələbinə dair iş üzrə icraata cavabdeh kimi göstərilmiş Babayevə Məryəmə münasibətdə xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-697/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-697/2023
17.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver