Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-698/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6506 (altı min beş yüz altı) manat 73 (yetmiş üç) qəpik, mediasiya xərci üçün ödənilmiş 55 manat, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 86 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2019-cu il tarixdə bölgə müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2018-ci il tarixində İddiaçı MMC-nin - OBA Suraxanı mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə 11202 (on bir min iki yüz iki) manat zərər vurması müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə Borcun Etirafı və Ödəniş Qaydası haqqında Müqavilə bağlanmışdır. Maliyyə arayışından məlum olur ki, Cavabdeh 6506 (altı min beş yüz altı) manat 73 (yetmiş üç) qəpik borcu qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi və əsassız olduğundan təmin edilməməsini xahiş etdi.
İş materialları.
5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən və həmin əmək müqaviləsi üzrə 068-K saylı Çıxarışdan görünür ki, tərəflər arasında ilk 3 ay sınaq müddəti olmaqla müddətsiz əmək müqaviləsi bağlanmış və əmək münasibətləri yaranmış və Cavabdeh aylıq əmək haqqı ştat cədvəlinə əsasən 175 manat olmaqla administrator vəzifəsində işə qəbul olunmuşdur.
6. xx.xx.2017-ci il tarixli X2 haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC qarşısında administrator vəzifəsi üzrə ona etibar edilmiş görüləcək işi layiqincə yerinə yetirməyi X2lə öz üzərinə götürmüşdür.
7. Cəmiyyət üzrə xx.xx.2019-cu il tarixli 285-K saylı əmrdən verilmiş çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə xx.xx.2019-cu il tarixindən Bölgə müdiri vəzifəsinə keçirilmiş və ştat cədvəlinə uyğun olaraq əmək haqqı 445 manat olaraq müəyyən edilmişdir.
8. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən və xx.xx.2021-ci il tarixli 51-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ixtisar) xitam verilmişdir.
9. xx.xx.2018-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası” haqqında müqavilədən görünür ki, xx.xx.2018-ci il tarixdə OBA-Suraxanı (kod 102) mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh 11202 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Tərəflər arasında X2 haqqında müqavilənin bağlandığı nəzərə alınmaqla zərərvuran Cəmiyyətə 11202 (on bir min iki yüz iki) manat zərər vurduğunu etiraf edir. Borclu borc məbləğini xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 466.75 manat olmaqla 24 ay müddətində tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür.
10. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Borcun etirafı və ödəniş qaydası” haqqında müqavilə bağlandıqdan sonra 4695.27 manat şirkət tərəfindən güzəşt edilmişdir. Yekun olaraq Cavabdeh şirkət qarşısında 6506.73 manat borcu qalmışdır.
İşin faktiki halları.
11. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanılmaqla işgüzar münasibət yaranmışdır. Hazırki iddia tələbində iddiaçı cavabdehin əmək müqaviləsi üzrə işlədiyi dövrdə aparılmış inventarizasiya nəticəsində iddiaçıya maddi ziyan vurduğunu bildirir və tələbin əsası kimi hazırki iddia ərizəsinə əlavə edilmiş iş materiallarına istinad edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və bildirir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür və bu səbəbdən iddia təmin edilməməlidir. İşin hallarından görünür ki, tərəflər arasında müəyyən müddət əmək münasibətləri olmuşdur və iddiaçı iddia edir ki, cavabdeh həmin dövr ərzində çalışdığı müəssisədə işəgötürənə ziyan vurmuşdur.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
13. Azərbaycan Respublikası Əmək Məcəlləsi
Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin X2i
1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə 200. X2 daşınması barədə yazılı müqavilələrin bağlanması
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli Qərarı: Həmin Qərarda qeyd edilir ki, göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Həmin qərarda qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa bütün digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - X2 götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu o nəticəyə gəlmişdir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir.
19. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı. Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin qərarda vurğulanmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi
16. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.
17. Hazırkı mübahisəyə hüquqi qiymət verilməsi üçün ilk öncə tərəflər arasında olan mübahisənin mahiyətini müəyyən etmək lazımdır. İş materiallarından görünür ki, tərəflərin münasibətləri əmək münsibələri olmuş, eləcə də bu münasibətlər çərçivəsində tərəflər arasında iki müqavilə imzalanmışdır. 1-ci, X2 haqqında xx.xx.2017-ci il tarixli müqavilə və 2-ci, Borcun etirafı və ödəniş qaydası haqqında xx.xx.2018-ci il tarixli müqavilə. Bu müqavilələrdən X2 haqqında müqavilə əmək münasibətlərini tənzimləyən müqavilədir və özünün mahiyyətinə görə mülki-hüquqi əqd deyil, bu müqavilə əmək prosesi zamanı işçinin daşıdığı maddi məsuliyyətin həcmini müəyyən edir. Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə isə özünün mahiyyətinə görə mülki əqddir və mülki qanunvericilik normalarına (Mülki Məcəlləni 882-ci maddəsi) əsaslanmaqla tərəflərin hüquq və vəzifələrini tənzimləyir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilmiş Qərarında qeyd edilmişdir ki, əmək münaibətləri çərçivəsində işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Belə ki, əmək qanunvericiliyi əmək münasibətləri çərçivəsində X2 haqqında müqavilənin bağlanmasını nəzərdə tutumuşdur. Deməli, hazırkı işdə tərəflərin bağladıqları Borcun etirafı və ödəniş qaydası haqqında xx.xx.2018ci il tarixli müqavilə etibarlı əqd hesab edilə bilməz. Ona görə ki, əmək münasibətləri çərçivəsində mülki hüquqi əqd ilə tərəflərin hüquq və öhdəliklərinin müəyyən edilməsi istisna edilir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli sözügedən əqd əhəmiyyətsiz əqddir və ona görə də, tərəflər arasında heç bir hüquq və öhdəlik yarada bilməz. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında əmək münasibətləri olmuşdur və hazırkı mübahisə də, əmək münasibətlərindən yaranan mübahisədir. İddiaçı tələbində bildirir ki, cavabdeh müəsissədə işləyən vaxtı inventarizasiya aparılmış və müəyyən edilmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində cəmiyyətə ziyan vurulmuşdur. Cavabdeh həmin ziyan məbləğindən müəyyən hissə ödəmiş, tələb edilən həcmdə borcu qalmışdır. Cavabdeh tərəf belə bir inventarizasiyanın olmasını və müəyyən edilmiş ziyan məbləğindən ödənişlər etməsini qəbul edir. Nə qədər ki, cavabdeh inventarizasiyanın olmasını və onun nəticəsi olaraq iddiaçı müəsissəyə müəyyən ödənişlər etməsini qəbul edir, məhkəmə inventarizasiyanın keçirilməsi faktını işin mübahisəsiz halı kimi qəbul edir. Cavabdeh izahatlarında məhkəməyə bildirmişdir ki, başqa vəzifəyə keçirilməyi müqabilində həmin ziyan məbləğinin müəyyən hissəsini ödəməyə razı olmuşdur, sonuncu ödənişi 2019-cu ilə təsadüf etmişdir. Cavabdeh, eyni zamanda tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi tərəflər arasında X2 haqqında müqavilə bağlanılmaqla, ziyana görə cavabdehin üzərinə X2 götürdüyü müəyyən edilir. Lakin, məhkəmə qeyd edir ki, AR Əmək Məcəlləsinin tələbindən aydın olur ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər (maddə 296). İşin hallarından müəyyən ediliri ki, cavabdeh tərəfindən sonuncu ödəniş 2019-cu ildə olmuşur. Göründüyü kimi, qeyd olunan maddi hüquq normasında işəgötürənin ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində məhkəməyə müraciət edə bilmə imkanı nəzərədə tutulmuşdur. Lakin hazırki işin hallarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması faktı 2018-ci il tarixdə aşkar edilməsinə və sonuncu ödənişin də 2019-cu ildə olmasına baxmayaraq, hazırki iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş və bununla da yuxarıda qeyd olunan maddədə nəzərdə tutulmuş müddət ötürülmüşdür. İddia tələbinin iddia müddəti ötürülməklə verilməsi tələbin rədd edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi müddət ötürülməklə verildiyinə görə təmin edilə bilməz.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 86 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
21. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 86 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilməlidir.
22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 86 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.