Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-7/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı «İddiaçıBank» QSC-nin nümayəndəsi X1, Cavabdeh X4 iştirakları ilə, İddiaçı «xxxxxxxxx» QSC-nin cavabdehlər X10, X12 və X7 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxx» X14 cavabdehlər Cavabdeh, X10, X12 və X7 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh «İddiaçıBank» QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 002L**********12 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh «İddiaçıBank» QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dollar məbləğində kredit verilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 1416.76 ABŞ dolları ödəmiş, onun 28583.24 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 241 gün üçün hesablanmış faiz borcu 2296.19 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli 002M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 23 saylı notariat kontoru tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, 11 nömrəli evin, 24 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 189 №-li reyestr kitabının 20 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, 11 nömrəli evin, 24 nömrəli mənzil «İddiaçıBank» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən, Cavabdeh, X5, X8 və X3 müştərək qaydada «İddiaçıBank» QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 28583.24 ABŞ dolları məbləğində kredit borcu, 2296.19 ABŞ dolları məbləğində faiz borcu və 9372.53 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 40251 (qırx min iki yüz əlli bir) ABŞ dolları 96 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, 11 nömrəli evin, 24 açıq hərracdan satılması və cəmi 40251 (qırx min iki yüz əlli bir) ABŞ dolları 96 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına «İddiaçıBank» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh, X5, X8 və X3 ümumi qaydada tutulması, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, 11 nömrəli evin, 24-ə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X9, X11 və X4 həmin əmlakdan çıxarılmasına, mənzilin boşaldılması və «İddiaçıBank» QSC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxxx» X14 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X5, X8 və X3 müştərək qaydada «İddiaçıBank» QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 28583.24 ABŞ dolları məbləğində kredit borcu, 2296.19 ABŞ dolları məbləğində faiz borcu və 9372.53 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 40251 (qırx min iki yüz əlli bir) ABŞ dolları 96 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 125, mənzil 21 açıq hərracdan satılması və cəmi cəmi 40251 (qırx min iki yüz əlli bir) ABŞ dolları 96 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına «İddiaçıBank» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun X5, X8 və X3 ümumi qaydada tutulması, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 125, mənzil 21-ə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X9, X11 və X4 həmin əmlakdan çıxarılmasına, mənzilin boşaldılması və «İddiaçıBank» QSC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(010)- 3711/2016 saylı qərardadına əsasən Cavabdeh hüquq varisi müəyyən edilənədək, iddiaçı “İddiaçıBank” QSC-nin cavabdehlər Cavabdeh Musa oğluna, X10, X12, X7 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraat dayandırılmışdır. İddiaçı «xxxxxxxxx» X14 xx.xx.2019-cu ildə Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mülki iş üzrə X15 və X11 Cavabdeh hüquqi varisi kimi işə cəlb edilməsini, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-18/2019 nömrəli qərardadı iləərizə təmin edilməmişdir. «xxxxxxxxx» QSC xx.xx.2019-cu ildə məhkəməyə şikayət verərək, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-18/2019 nömrəli qərardadının ləğv olunmasını, icraatın təzələnməsi və X9 mərhum Cavabdeh hüquqi varisi kimi cəlb edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(010)-18/2019 nömrəli qərardadı iləərizə təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-14977/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(010)-18/2019 nömrəli qərardadınınləğv edilməsi, iş üzrə icraatın təzələnməsi haqqında ərizəyə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-7/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı «xxxxxxxxx» QSC-nin cavabdehlər Cavabdeh, X10, X12 və X7 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraatı təzələnmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-7/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh aid hissədə mülk iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-7/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə X9 mərhum Cavabdeh hüquqi varisi kimi cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı «İddiaçıBank» QSC nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, X5, X8 və X3 müştərək qaydada «İddiaçıBank» QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 28583.24 ABŞ dolları məbləğində kredit borcu, 2296.19 ABŞ dolları məbləğində faiz borcu və 9372.53 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 40251 (qırx min iki yüz əlli bir) ABŞ dolları 96 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 125, mənzil 21 açıq hərracdan satılması və cəmi cəmi 40251 (qırx min iki yüz əlli bir) ABŞ dolları 96 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına «İddiaçıBank» QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun X5, X8 və X3 ümumi qaydada tutulması, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 125, mənzil 21-ə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X9, X11 və X4 həmin əmlakdan çıxarılmasına, mənzilin boşaldılması və «İddiaçıBank» QSC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X13 iddia tələbini qismən qəbul edərək, iddia tələbində qeyd olunan cərimə borcunun azaldılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər X10 və X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin, cavabdehin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh «İddiaçıBank» QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 002L**********12 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarından müəyyən olunur ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh «İddiaçıBank» QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dollar məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrindən müəyyən olunur ki, X15, X17 və X13 ilə zaminlik müqavilələri bağlanmışdır. Mülki işin materiallarında olan Cavabdeh xx.xx.2014-cü il tarixdə iddiaçıyla ipoteka müqaviləsindən görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli 002M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 23 saylı notariat kontoru tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 125, mənzil 21 iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kassa məxaic orderindən müəyyən olunur ki, Cavabdeh 30.000 USD məbləğində pulu iddiaçı bankdan tam şəkildə qəbul etmişdir. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2016-cı il tarixə olan borcu 28583.24 ABŞ dolları məbləğində kredit borcu, 2296.19 ABŞ dolları məbləğində faiz borcu və 9372.53 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 40251 (qırx min iki yüz əlli bir) ABŞ dolları 96 sent məbləğində borcu təşkil edir. İşdə olan Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan müəyyən olunur ki, Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 125, mənzil 21 «İddiaçıBank» QSC-nin Babək filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh, X15, X17 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 125, mənzil 21-də qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İ seriyalı, 726027 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. «İddiaçıBank» QSC tərəfindən cavabdehlər Cavabdeh ünvanlanmış bildirişlərin surətindən və həmin bildirişlərin ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzlərdən görünür ki, cavabdehlər götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-7/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2020-ci il tarixli məktubla ekspert rəyinin verilməsindən imtina edərək, bunu onunla əsaslandırmışdır ki, tikililərin, mənzillərin, torpaq sahələrinin, fərdi yaşayış evlərinin, bağ evlərinin, qeyri yaşayış sahələrinin və binaların və s. ümumilikdə daşınmaz əmlakların bazar qiymətləri ilə dəyərinin və icarə haqlarının müəyyən edilməsi mühəndis-texniki ekspertizası sahəsi üzrə xüsusi bilik tələb etmədiyindən və qərardaddakı suallar əmlak bircalarından və ya müxtəlif internet saytlarından konkret məlumatın əldə olunmasına aid olduğundan, Mərkəzdə bu suallar üzrə ekspertiza tədqiqatı aparılmır. Yuxarıda qeyd edilənlərə, eyni zamanda “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunun 12-ci və “Məhkəmə ekspertizalarının aparılmasının təşkili haqqında” Təlimatın 3.2 2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsi barədə xx.xx.2020-ci il tarixli qərardad icrasız saxlanılaraq, mülki iş geri qaytarılır. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından «İddiaçıBank» QSC ilə cavabdehlər arasında müqavilə (kredit və ipoteka) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Zaminlik müqaviləsinə istinad edərək məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəlləsinin 474.2-ci maddəsinə əsasən, zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürdükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. İşin hallarına qiymət verərək, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ödənilməsini, öhdəliyin icrasını təmin etmək məqsədilə bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, «İddiaçıBank» QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Məhkəmə, eyni zamanda hesab edir ki, iddiaçı bankın 28.583,24 ABŞ dolları əsas, 2.296,19 ABŞ dolları faiz borcunun qalığına 9372,53 ABŞ dolları məbləğində dəbbə pulu hesablaması bu borca mütənasib deyil. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə iddiaçı tərəfindən cavabdehlərin əsas və faiz kredit borcuna tənasübsüz olaraq yüksək məbləğdə hesablanmış 9372,53 ABŞ dolları məbləğində dəbbə pulunun məbləğini azaldaraq, 200 ABŞ dolları məbləğində müəyyən edir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları da nəzərə almışdır. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. "AR Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair" AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, "MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Məhkəmə hesab edir ki,ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdeh X5 tutulmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, ipoteka predmetinin dəyəri xx.xx.2014-cü il tarixlı ipoteka müqaviləsinin 2.4-cü bəndinə müvafiq olaraq 77.000 ABŞ dolları məbləğində qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı cavabdehlər X5, X8 və X3 tutulmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X5, X8 və X3 müştərək qaydada «İddiaçıBank» QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 28583.24 ABŞ dolları məbləğində kredit borcu, 2296.19 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulmalı, tələb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 125, mənzil 21 açıq hərracdan satılmalı və 28583.24 ABŞ dolları məbləğində kredit borcu, 2296.19 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı hərracdan satışdan əldə olunan vəsait hesabına «İddiaçıBank» QSC-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc X5 ümumi qaydada tutulmalı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 125, mənzil 21-ə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X15, X17 və X13 həmin əmlakdan çıxarılmalı, mənzil boşaldılmalı və «İddiaçıBank» QSC-nə təhvil verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X5, X8 və X3 müştərək qaydada «İddiaçıBank» QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 28583.24 ABŞ dolları məbləğində kredit borcu, 2296.19 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə məbləğində borc (ödəniş anında məzənnə üzrə manatla), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulsun. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 125, mənzil 21 açıq hərracdan satılsın və 28583.24 ABŞ dolları məbləğində kredit borcu, 2296.19 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı hərracdan satışdan əldə olunan vəsait hesabına «İddiaçıBank» QSC-yə ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borc X5 ümumi qaydada tutulsun. İpoteka predmetinin olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 125, mənzil 21-in dəyəri xx.xx.2014-cü il tarixlı ipoteka müqaviləsinin 2.4-cü bəndinə müvafiq olaraq 77.000 ABŞ dolları məbləğində qiymətləndirilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 125, mənzil 21-ə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X15, X17 və X13 həmin əmlakdan çıxarılsın, mənzil boşaldılsın və «İddiaçıBank» QSC-nə təhvil verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №2(010)-7/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-7/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver