Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-701/2024 26.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(010)-1458/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq 19 yanvar 2009-cu il təvəllüdlü X12 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli, 2(010)- 5030/2015 saylı qətnaməsi ilə o - İddiaçı və Cavabdeh Nurəddin qızı arasında bağlanmış rəsmi nikahın pozulması və birgə nikahdan doğulmuş 19 yanvar 2009-cu il təvəllüdlü X12 onun yanında saxlanılması qət edilmişdir. Bundan sonra o, aliment' tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli, 2(010)-10560/2015 saylı qətnaməsinə əsasən 19 yanvar 2009-cu il təvəllüdlü X12 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh Nurəddin qızından onun xeyrinə hər ay 54 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra o, "aliment məbləğinin artırılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq 19 yanvar 2009-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh Nurəddin qızından tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(010)-1458/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh Nurəddin qızından onun xeyrinə 19 yanvar 2009-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutulması, cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, cavabdehdən dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamə ilə razılaşmadığı üçün tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli, 2(103)-6304/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətim təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(010)-1458/2019 saylı qətnaməsinin onun apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd edir ki, bununla yanaşı onun 3 övladı var. Onlardan ikisi - 19 yanvar 2009-cu il təvəllüdlü X17 və 25 iyun 2023-cü il təvəllüdlü X16 onun himayəsində, 31 mart 2017-ci il təvəllüdlü X14 isə anası X5 himayəsindədir. Qeyd edir ki, kiçik övladı 25 iyun 2023-cü il təvəllüdlü X16 böyrək xəstəliyindən əziyyət çəkir O, eyni zamanda həm 19 yanvar 2009-cu il təvəllüdlü X2 üçün, həm də 25 iyun 2023-cü il təvəllüdlü X1 və müalicəsi üçün zəruri olan xərcləri qarşılaya bilmir. Üstəlik, Quba Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(027)- 1691/2023 saylı qətnaməsinə əsasən 31 mart 2017-ci il təvəllüdlü övladı X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 180 manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçı X9 verilməsi də qət edilmişdir. Yəni ortancıl övladının yetkinlik yaşma çatanadək saxlanılması üçün zəruri olan xərclər də onun tərəfindən ödənilməlidir.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Bildirdi ki, bu yaxınlarda uşağını müayinə etdirərkən, onun sağlamlığında problemlər aşkarlanmışdır, onun müalicəsi də əlavə xərc tələb edəcək. Əlavə olaraq bildirdi ki, cavabdeh uşaqla görüşmür və maraqlanmır, sonuncu dəfə uşaqı ilə nə zaman görüşdüyü tarixi də bilmir.
4. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, iddia tələbi ilə qismən razıdır. Əlavə olaraq bildirdi ki, cavabdehin rəsmi iş yeri yoxdur, kosmetik məmulatların satışı ilə məşğul olsa da, bu işdən onun gəliri cüzidir. Cavabdeh övladının saxlanılması üçün hər ay 130 manat məbləğində aliment ödəməyə razıdır. Eyni zamanda bildirdi ki, cavabdeh yenidən ailə qurub və iki övladı var.
İş materialları
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli, 2(103)- 6304/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(010)-1458/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 dekabr 2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh iddiaçının xeyrinə 19 yanvar 2009-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tutulması, cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması və cavabdehdən dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının yuxarıda qeyd olunan qətnaməsi ilə X12 apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(010)-1458/2019 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Quba Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(027)-1691/2023 saylı qətnaməsindən görünür ki, 31 mart 2017-ci il təvəllüdlü övladı X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 180 manat sabit pul məbləğində alimentin X10 tutularaq X9 verilməsi qət edilmişdir.
7. AZ-İV saylı, 897232 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X11r.
8. 4 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X13 ilə X3 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra ərə Aslanzadə, arvada Aslanzadə soyadı verilmişdir.
9. AZ-İİİ saylı, 858810 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. X4, anası Cavabdehdır.
10. AZ-İV saylı, 358985 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. X4, anası Cavabdehdır.
11. 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq“ altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
12. “İstək” Cüdo klubu tərəfindən verlən arayışa əsasən X19 həmin klubda 2 ildən artıqdır ki, idmançıdır, hər ay kluba 50 manat edəniş edir, bir çox yarışların qalibidir.
13. İş materiallarına cavabdehin müxtəlif kosmetik məmulatları reklam etməsini əks etdirən fotoşəkillər əlavə edilmişdir.
İşin faktiki halları
14. Tərəflər arasında rəsmi nikahın olması, nikah münasibətlərindən bir uşaqlarının doğulması, məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, 19 yanvar 2009-cu il təvəllüdlü X12 atasının yanında qalması və sonuncu dəfə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(010)-1458/2019 saylı qətnaməsi ilə 19 yanvar 2009-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hallar işin faktiki hallarını təşkil edir. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən yetkinlik yaşına çatmayan övladının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı tələbini onunla əsaslandırır ki, övladının aylıq xərclərini saxlaması üçün təyin edilmiş aliment miqdarı kifayət etmir. İddiaçı tələbində ona əsaslanır ki, hazırda işsizdir, əsasən mövsümi işlərdə çalışır, sonuncu məhkəmə iclasında isə bildirdi ki, uşağının sağalmığına problemlər aşkarlanmışdır. Cavabdeh iddianı qismən, 130 manat həddində qəbul edir. Tələbin qalan hissəsinə cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, hazırda cavabdeh heç bir yerdə işləmir, rəsmi gəlir mənbəyi yoxdur, və eyni zamanda yenidən nikaha daxil olmuşdur və yeni nikahda 2 övladı vardır. İşin halları ilə o da müəyyən edilir ki, nə iddiaçının, nə də cavabdehin rəsmi iş yeri vardır, İddiaçı iddia edir ki, cavabdeh kosmetika məmulatlarının satışı ilə məşğuldur, cavabdeh tərəf bu fakta münasibətdə bildirir ki, Cavabdeh qeyd edilən işlə məşğul olsa da, onun bu işdən gəliri çüzidir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
18. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı
Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı
8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3 Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.
21. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Məhkəmənin mövqeyi
23. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
24. Hazırkı iş üzrə nəticəyə gələrkən, məhkəmə ilk əvvəl işin faktiki hallarını və hər iki tərəfin maddi vəziyyətini nəzərə alır və müqayisə edir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayanın mənafelərinə uyğun deyildir. Çünki, məhkəmə qətnaməsi ilə aliment təyin edildiyi 2019-cu il tarixdən keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər inflyasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşaq atasının – iddiaçının himayəsindədir və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 fevral 2019cu il tarixli, 2(010)-1458/2019 saylı qətnaməsi ilə alimentin təyin edilməsindən hazırkı vaxta qədər keçən dövr ərzində şəraitin dəyişməsi ilk növbədə iddiaçının maddi vəziyyətinə təsir etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Təyin ediləcək alimentin məbləğinə gəldikdə isə, iddia tələbində iddiaçı övladının yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 220 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbi baxımından tələb edilən aliment məbləğini ödəmək üçün cavabdehin yetəri qədər gəlirə malik olmasını sübut etmək yükü iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçı fotoşəkillər təqdim edərək cavabdehin “gözəllik salonu”nda işlədiyini və yetəri qədər qazancının olduğunu bildirir. Cavabdeh tərəf bu dəlilə münasibətdə Cavabdeh kosmetika məmulatlarının satışı ilə məşğul olsa da, lakin gəlirinin cüzi olduğunu bildirir. Deməli, müəyyən edilir ki, iddiaçının rəsmi iş yeri yoxdur, o mövsümi işlərlə qazanc əldə edir, cavabdehin rəsmi iş yeri yoxdur, lakin o, kosmetika məmulatlarının satışından müəyyən gəlir əldə edir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay 80 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Tərəflərin izahatı və iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh hazırda başqa bir şəxslə rəsmi ailə münasibətindədir və bu münasibətdən 2 övladları vardır. Lakin bununla belə, məhkəmə qeyd edir ki, cavabdehin rəsmi ailə münasibətində olması və bu münasibətdən övladlarının olması halı onu əvvəlki rəsmi nikahdan doğulmuş övladının saxlanması üçün aliment ödəmək öhdəliyindən azad etmir və eyni zamanda müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi imkanını da istisna etmir. O da nəzərə alınmalıdır ki, cavabdehin hazıkı ailəsinin saxlanılması yükü təkcə onun üzərinə düşmür, bu vəzifəni o, hazırda nikahda olduğu şəxslə bölüşür. Qanunvericiliyin yuxarıda istinad edilən maddələrinə nəzər saldıqda aydın olur ki, uşağların saxlanılması, onlara maddi və mənəvi qayğı göstərilməsi vəzifəsi hər iki valideynə aid edilmişdir və qanunverici bu məslədə valideynlər arasında məsuliyyət fərqi qoymamışdır. Hazırkı işdə nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan Tayibov Zaur daimi olaraq idmanla da məşğuldur və bu məşğuliyyətlə əlaqədar yaranan zəruri xərclər (idman ləvazimatlarının və xüsusi geyimlərin alınması, lazımi qidalar) də əsasən cavabdehin üzərinə düşür. Bundan başqa, təqdim edilən tibbi sənədlərdən müəyyən edilir ki, yetkinlik yaşına çatmayan Zaurun müalicəsinə də, müəyyən xərc çəkilməsi lazım olacaq. Bu baxımdan hazırkı vəziyyətdə məhkəmə iddiaçı və cavabdehin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, yetinlik yaşına çatmayanın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi qismən təmin edilməli, məhkəmənin qərarına əsasən 19 yanvar 2009-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 200 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
25. Alimentin artırılması barədə iddia tələbi üzrə qətnamənin icrası o, qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.
Məhkəmə xərcləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
28. AR MPM-nin 112.1.3-cü maddəsinə görə, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
29. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 60 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı və eyni zamanda iş üzrə ödənilməli olan 44 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Nuruddı̇ n qızından 19 yanvar 2009-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Suraxanı Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(010)-1458/2019 saylı qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq hər ay 200 manat sabit pul məbləğində aliment iddiaçı Tayı̇ bov Zahı̇ d Məhsı̇ m oğluna ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. İş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə ödənilməli olan 44 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.