Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-729/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 22-TK-2-0-2766-23 nömrəli kredit müqaviləsi üzrə 918.23 manat əsas borc, 14.52 manat faiz borcu və 0.31 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 933.06 manat, xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-2764-23 nömrəli kredit müqaviləsi üzrə 7878.14 manat əsas borc, 130.72 manat faiz borcu və 1.30 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8010.16 manat borcun və 109.43 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh xx.xx.2023-cü il tarixli, 22-TK-2-0-2766-23 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 48 ay müddətinə 1000 AZN kredit götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-2764-23 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15.9 faizlə 36 ay müddətinə 10000 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il oktyabrın 30-dək Cavabdeh banka xx.xx.2023-cü il tarixli, 22-TK-2-0-2766-23 nömrəli kredit müqaviləsi üzrə 918.23 manat əsas borc, 14.52 manat faiz borcu və 0.31 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 933.06 manat borcu vardır. 2024-cü il oktyabrın 30-dək Cavabdeh banka xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-2764-23 nömrəli kredit müqaviləsi üzrə 7878.14 manat əsas borc, 130.72 manat faiz borcu və 2.59 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8011.45 manat borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-2764-23 nömrəli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2.59 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 1.30 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
Tərəflərin izahatları
3. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu bildirmişdir.
İş materialları
5. xx.xx.2023-cü il tarixli, 22-TK-2-0-2766-23 nömrəli “Kart vasitəsilə kredit xəttinin ayrılmasına dair” kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 25 faizlə 48 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir.
6. xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-2764-23 nömrəli İstehlak krediti müqaviləsindən və 1 saylı Əlavədən görünür ki, Yelo Bank” ASC tərəfindən Cavabdeh 15.9 faizlə 36 ay müddətinə 10000 manat kredit verilmişdir.
7. İş matariallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləğini 5 gün ərzində ödəməsi barədə xəbərdarlıq edilmişdir.
8. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 22-TK-2-0-2766-23 nömrəli kredit müqaviləsi üzrə 798.47 manat əsas borc, 21.71 manat faiz borcu və 0.41 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 820.59 manat kredit borcu vardır.
9. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-2764-23 nömrəli kredit müqaviləsi üzrə 7380.33 manat əsas borc, 208.12 manat faiz borcu və 6.86 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7595.31 manat kredit borcu vardır.
İşin faktiki halları
10. Tərəflər arasında kredit müqavilələrinin bağlanması və həmin müqavilələrdə qeyd olunan kredit məbləğinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi işin hallarını təşkil edir. Hazırda, iddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Eyni zamanda, iddiaçı mövcud borc məbləğləri ilə əlaqədar yeni maliyyə arayışları təqdim etmişdir. Cavabdeh isə sonuncu maliyyə arayışlarında qeyd olunan məbləğ üzrə iddia tələbini qəbul etdiyini bildirmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
13. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
14. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə hər iki kredit müqaviləsi üzrə nəzərdə tutulan kredit vəsaiti verilmişdir. İddiaçı kredit müqavilələri üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. İddia tələbində qeyd edilən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi halı işə əlavə edilən sənədlərlə təsdiq olunur. Məhkəmə hsab edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinin etibarsızlığına (əhəmiyyətsizliyinə) dəlalət edən hər hansı hal müəyyən edilmir. Eyni zamanda iddiaçı hər iki kredit müqaviləsi üzrə maliyyə arayışları təqdim edərək (xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən) cavabdehin xx.xx.2023-cü il tarixli, 22-TK-2-0-2766-23 nömrəli kredit müqaviləsi üzrə 798.47 manat əsas borc, 21.71 manat faiz borcu və 0.41 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 820.59 manat kredit borcu və (xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən) xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-2764-23 nömrəli kredit müqaviləsi üzrə 7380.33 manat əsas borc, 208.12 manat faiz borcu və 6.86 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7595.31 manat kredit borcu olduğunu qeyd etmişdir. Məhkəmə əvvəla xx.xx.2023-cü il tarixli, 22-TK-2-0-2766-23 nömrəli kredit müqaviləsi tutulmalı olan borc məbləğində münasibətdə qeyd edir ki, qeyd olunan müqavilə üzrə tələb edilən əsas borc xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd olunan formada, yəni 798.47 manat həddində tutulmalıdır. Lakin həmin müqavilə üzrə tələb edilən faiz və cərimə borcuna münasibətdə isə məhkəmə qeyd edir ki, faiz və cərimə borcu iddiaçının iddia tələbində qeyd etdiyi formada, yəni 14.52 manat faiz borcu və 0.31 manat cərimə borcu həddində tutulmalıdır. Məhkəmə, eyni zamanda xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-2764-23 nömrəli kredit müqaviləsi tutulmalı olan borc məbləğində münasibətdə qeyd edir ki, qeyd olunan müqavilə üzrə tələb edilən əsas borc xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd olunan formada, yəni 7380.33 manat həddində tutulmalıdır. Lakin həmin müqavilə üzrə tələb edilən faiz və cərimə borcuna münasibətdə isə məhkəmə qeyd edir ki, faiz və cərimə borcu iddiaçının iddia tələbində qeyd etdiyi formada, yəni 130.72 manat faiz borcu və 1.30 manat cərimə borcu həddində tutulmalıdır. Məhkəmə hər iki müqavilə üzrə faiz və cərimə məbləğləri ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırır ki, bu məbləğlər iddia ərizəsində tələb edilən həddə tutulmalıdır, prosessual qanuvericiliyin tələbinə görə iddia tələbindən kənara çıxılmasına yol verilmir.
Məhkəmə xərcləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 109.43 manat dövlət rüsumunun 103.25 manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
17. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 22-TK-2-0-2766-23 saylı kredit müqaviləsi üzrə 798.47 manat əsas borc, 14.52 manat faiz borcu və 0.31 manat cərimə borcu olmaqla cəmi 813.3 manat, xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-2764-23 nömrəli kredit müqaviləsi üzrə 7380.33 manat əsas borc, 130.72 manat faiz borcu və 1.30 manat cərimə borcu olmaqla cəmi 7512.35 manat pul vəsaiti və iş üzrə ödənilmiş 109.43 manat dövlət rüsumunun 103.25 manat hissəsi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 22-TK-2-0-2766-23 saylı kredit müqaviləsi üzrə 798.47 manat əsas borc, 14.52 manat faiz borcu və 0.31 manat cərimə borcu olmaqla cəmi 813.3 manat, xx.xx.2023-cü il tarixli, 22-Y-1-0-2764-23 nömrəli kredit müqaviləsi üzrə 7380.33 manat əsas borc, 130.72 manat faiz borcu və 1.30 manat cərimə borcu olmaqla cəmi 7512.35 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 109.43 manat dövlət rüsumunun 103.25 manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov