Məhkəmə qərarları › İş №2(010)-742/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-742/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-742/2022 20.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçılar İddiaçı və X5 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 12000 manat məbləğində pul tutularaq X2, 10000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və X1 mənzil şəraiti pis olduğu üçün onlar torpaq alıb ev tikdirmək qərarına gələrək, torpaq satışı ilə əlaqədar maraqlanmağa başlamışlar. Məqsədləri torpaq alıb orada fərdi yaşayış evi tikdirmək olmuşdur. Bu məqsədlə onları Cavabdehla tanış etmişlər. Rövşən bildirmişdir ki, ona (İddiaçı) Zığ qəsəbəsində, Suraxanı rayon Bələdiyyəsindən 2 sot torpaq alacaq. Sərəncamı almaq məqsədilə 12000 manat pul lazımdır. Beləliklə də 2020-ci ilin sentyabr ayında qızına torpaq sahəsi almaq məqsədilə Cavabdeh adlı şəxs ondan 12000 manat pul almışdır. Lakin sonradan aldadıldığını başa düşmüşdür. O, hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdə cavabdeh ona əvvəlcə 2000 manatı ödəmiş, 10000 manatı isə qaytarmamışdır. Cavabdeh onu aldadaraq, guya ona 2 sot torpaq sahəsini Suraxanı bələdiyyəsindən alacağını bildirərək, sərəncam almaq üçün ondan 12000 manat pul almış, 10.10.2020-ci il tarixində kredit müqaviləsi bağlamışdır. Bundan sonra ona torpağın saxta planını vermişdir. Nə torpağı, nə də pulunu vermədiyini görüb o, polisə müraciət etmiş, işdə 10.10.2020-ci il tarixli kredit müqaviləsi olduğundan polis “cinayət işinin başlanmasının rədd edilməsi” barədə 05.04.2021-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərarda polis mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. O, aldandığını başa düşdüyündən məhkəməyə müraciət etmişdir. Onunla yanaşı Cavabdeh X3 da aldatmış, guya Zığ qəsəbəsində istifadəsində olan 2 sot torpaq sahəsini ona satacağını bildirmişdir. Onu da aldadaraq ondan 12000 manat pul almışdır. Ona da Suraxanı bələdiyyəsinin 08.08.2014-cü il tarixli saxta sərəncamını, saxta plan və 13.10.2020-ci il tarixli etibarnamə vermişdir, lakin X5 hər dəfə ona müraciət etdikdə ya pulunu, ya da torpağını istədikdə o, müxtəlif bəhanələr gətirmiş, sonra Azər nə pulunun, nə də torpağının Rövşən tərəfindən verilmədiyini görüb polisə şikayət etmişdir. Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsindən verilən cavabda qeyd edilmişdir ki, 02.06.2021-ci il tarixində ona məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən başqa şəxsə satılmasına dair 25.03.2021-ci il tarixində 30-cu Polis Şöbəsinə daxil olan müraciəti əsasında toplanmış material üzrə əlavə araşdırma aparılmış və öyrənilməsi məqsədilə ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Beləliklə, Həbibov Azər də aldanıldığı üçün məhkəməyə müraciət etmişdir. İddia tələbinin ayrılması. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.04.2022-ci il tarixli, 2(010)-742/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə iddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının ayrıca icraata ayrılaraq baxılması qərara alınmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh Əsgərov X6 rayonu, Zığ qəsəbəsində 2 sot torpaq satmaq adı ilə ondan 12000 manat pul almışdır. Bu zaman ona Zığ bələdiyyəsinin müvafiq sərəncamını göstərmiş, o da cavabdehə inanmışdır. Lakin sonradan öyrənmişdir ki, cavabdeh onu aldadır. Məlum olmuşdur ki, cavabdeh həmin torpaq sahəsini ondan əvvəl Elçin adlı bir şəxsə satmışdır. Buna baxmayaraq o, onu və Azər Həbibovu aldadaraq hərəsindən 12000 manat pul almışdır. Sonradan bələdiyyədən maraqlandıqda cavabdehin onlara göstərdiyi sərəncamın saxta olduğu ortaya çıxmışdır. Bundan sonra o, cavabdehin hərəkətlərindən polisə şikayət etmiş, həmin vaxt cavabdeh ona 2000 manat pul vermiş, qalan 10000 manat pulu da qaytarmağı öhdəsinə götürmüş, bununla bağlı aralarında notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Lakin o, hazırkı tarixədək nə ona olan borcunu, nə də Azər Həbibovu aldadaraq ondan aldığı pulu qaytarmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh İddiaçı aldadaraq onun 12000 manat pulunu almış, pulun 2000 manatını qaytardıqdan sonra qalan 10000 manatın qaytarılması ilə bağlı notariat qaydasında təsdiqlənmiş öhdəlik götürmüşdür. Lakin hazırkı tarixədək öhdəliyinə əməl etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 08.08.2004-cü il tarixli, 22/3 nömrəli sərəncamından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh fərdi ev tikintisi üçün Zığ qəsəbəsinin cənub-qərb hissəsində 200 m2 torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 22.06.2004-cü il tarixli, 2/12 nömrəli sərəncamından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı fərdi ev tikintisi üçün Zığ qəsəbəsinin cənub-qərb hissəsində 200 m2 torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 10.10.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən İddiaçı Cavabdeh 10000 manat məbləğində pul borc verməyi, Cavabdeh isə 10.08.2021-ci il tarixədək pulu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin baş təhqiqatçısı Elbrus Məmmədovun 05.04.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarından görünür ki, bu qərar ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, şikayətçiyə qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşin faktiki halları. Borc verən İddiaçı və Borc alan Cavabdeh arasında 10.10.2020-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Borc verən Borc alana 10000 manat məbləğində pul borc verməyi, Borc alan isə 10.08.2021-ci il tarixədək pulu Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliyin icrası üçün qanunla müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq, Cavabdeh borcunu qaytarmadığını iddia edən İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddianı müdafiə etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Məhkəmənin mövqeyi. Məhkəmə işin faktiki hallarına və yuxarıda istinad edilmiş qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Belə ki, Cavabdeh iddiaçıdan aldığı borcu qaytarmamaqla iddiaçı ilə aralarında bağlanmış və notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Bu baxımdan iddiaçının cavabdehə qarşı irəli sürdüyü pul tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləğdə pulu borcluya vermişdir. Hansı ki, Cavabdeh təhqiqat araşdırması gedişində verdiyi izahatında İddiaçı 10000 manat məbləğində borcu olduğunu və aralarında kredit müqaviləsi bağlandığını etiraf etmişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq 10.08.2021-ci il tarixə qədər borcunu tam ödəməli olduğu halda bunu etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçılar tərəfindən dövlət rüsumu ödənilmişdir ki, ödənilmiş məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə (22000 manat) mütənasib olmuşdur. Lakin sonradan iddia tələbi 10000 və 12000 manat olmaqla iki hissəyə ayrıldığından və hər iki tələb üzrə dövlət rüsumu ödənilməli olduğundan məhkəmə ödənilmiş dövlət rüsumunun bu tələblərdən birinə (12000 manat) yönəldilməsi və digər tələb üzrə rüsumun ödənilməmiş kimi qəbul edilməsi nəticəsinə gəlmişdir. Odur ki, iddia təmin edildiyindən hazırkı iddia tələbi üzrə ödənilməmiş 120 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10000 (on min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar