Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-743/2020 12.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X5, Cavabdeh4, Cavabdeh3 vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 12190 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X1 həyət evi tikdirmək üçün torpaq sahəsi almaq istəyirdi. Bunun üçün 2016-cı ilin may ayında oğlu ilə birlikdə makler ofisinə getmiş, orada Elşad və Musarza adlı şəxslərlə tanış olmuşlar. Maklerlərin göstərdiyi bir neçə torpaq sahəsinə baxdıqdan sonra Cavabdeh2 məxsus torpaq sahəsini bəyənmişlər. Bundan sonra Cavabdeh2 onlardan 10.000 manat məbləğində pul alaraq ünvan 1 ünvanında yerləşən 5 sot torpaq sahəsinə dair etibarnamə verdi. Təxminən 1 il keçdikdən sonra o, oğlu ilə aldıqları sözügedən torpaq sahəsində tikinti işləri aparmaq istədikdə icra nümayəndəliyi buna icazə vermədi və əvəzində torpaq sahəsinin başqa şəxsə məxsus olduğunu bildirdi. Halbuki, onlar Cavabdeh2 10.000 manat məbləğində pul ödəməklə həmin torpaq sahəsini almışlar. Məsələni aydınlaşdırmaq üçün Cənnətəli ilə əlaqə saxlamaq istəsər də mümkün olmadı. Sonradan məlum oldu ki, Cavabdeh2 makler Musarzanın qardaşıdır. Digər tərəfdən də ünvan 1 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi Cavabdeh1 məxsus olub. Bundan sonra digər Cavabdeh3 ona təklif etdi ki, ona əlavə olaraq 2000 manat məbləğində pul verilsə, onların torpaq problemlərini həll edəcək, hələ 5 sot torpaq sahəsinin əvəzinə 6 sot torpaq sahəsini verəcək. O, oğlu ilə məsləhətləşmiş, başqa və əlavə olaraq pul ödəmək qərarına gəlmişlər. xx xxxx 2018-ci il tarixdə Elşada əlavə olaraq 2000 manat məbləğində pul verilmişdir. Daha sonra isə Elşada torpağın sənədləşdirilməsi üçün 70 manat, evin sənədləşdirilməsi üçün 120 manat məbləğində ödəniş etmişlər. Pul hər iki halda Xətai rayonunda, Notariusun həyətində verildi. Bundan sonra ona ünvan 1 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsindən 600 kv.m torpaq sahəsinə dair sərəncam verilməsi, tikinti işləri aparılması, torpaq sahəsini satmaq, bağışlamaq və s. səlahiyyətlərin Cavabdeh1 tərəfindən X1 verilməsi barədə etibarnamə verildi, əvvəl verilən etibarnamə isə onlardan alındı. Buna baxmayaraq hazırda da nə aldıqları torpaq sahəsinə sərəncam verə, tikinti işləri apara bilirlər, nə də torpaq sahəsi üçün ödənilən 12.190 manat məbləğində pulu geri ala bilirlər. Göründüyü kimi, adları sadalanan şəxslər onların etibarından istifadə edərək, aldadıb və pulu və əmlakı ələ keçiriblər. O, bununla bağlı hüquq- mühafizə orqanlarına şikayət etmişdir. Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 34-cü polis söbəsində aparılan araşdırma nəticəsində mənə mülki qaydada məhkəməyə müraciət etmək hüququm izah edildi. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmənin xx.xx.2020-ci il tarixdə keçirilən iclasında Cavabdeh4 cavabdeh qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçının nümyəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, cavabdehlərdən müştərək qaydada pulun tutulmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddiaçı tərəfi torpaq alqı-satqısı əsnasında tanıdığını, onları torpaq almaq üçün qardaşı Cənnətəli ilə əlaqələndirdiyini, iddiaçıdan 5 sot torpağa görə 7500 manat pul aldığını, həmin pulun Elşada və Cənnətəliyə verildiyini, sonradan Cavabdeh1 məxsus 1 sot torpağa görə əlavə 2000 manatın da iddiaçıdan alındığını, ümumilikdə iddiaçı tərəfdən 9500 manatın alındığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili X7 iddiaçı tərəfdən iddia tələbində tələb edilən məbləğdə pul alınmadığını, ümumilikdə torpağa görə 9500 manat alındığını bildirdi. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı torpaq sahəsi almaq üçün cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 pul vermiş, torpaq sahəsi ilə bağlı iddiaçı tərəfə etibarnamə verilmiş, lakin həmin torpaq sahəsi başqa şəxsə məxsus olduğuna görə iddiaçı tərəf ondan istifadə edə bilməmişdir. Ona görə də, cavabdeh tərəfə verilən pul məbləğini geri tələb edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin hallarına qiymət verib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş AR-İ № 632331 saylı etibarnamənin surətindən görünür ki, xx.xx.2018-ci ildə Cavabdeh1 X1 ünvan 1 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsindən 600 kv.m sərəncam verməyi, tikinti işləri aparmağı, torpağı və tikilini özəlləşdirməyi, sənədləri topalamağı, təhvil verməyi, RİH-də, Bələdiyyədə, DTXK-də onu təmsil tməyi, DƏDRXİ-dən çıxarışı almağı və digər sərəncamverici hərəkətləri etməyi etibar etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, İddiaçı oğludur. 2016-cı ildə evi olmadığından torpaq almaq niyyəti ilə Cavabdeh2 10.000 manat məbləğində pul vermişlər. Daha sonra onlar həmin torpaq sahəsini əldə edə bilmədiklərinə görə Cavabdeh3 onlara əlavə olaraq 2000 manat məbləğində pul versələr, onların torpaq problemini həll etməyi, 5 sot torpaq sahəsinin əvəzinə 6 sot torpaq sahəsini verməyi təklif etmişdir. Onlar daha sonra Elşada əlavə olaraq 2000 manat məbləğində pul vermiş, daha sonra isə torpağın sənədləşdirilməsi üçün 70 manat, evin sənədləşdirilməsi üçün 120 manat məbləğində ödəniş etmişlər. Məhkəmə şahid ifadəsini işin ümumi halları ilə bağlı qənaətə gəlməkdə sübut kimi qəbul edir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı tərəf qeyd edilən mübahisə ilə bağlı bir neçə dəfə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Rəhimov Elşad iddiaçı tərəfdən torpaq torpaq alqı-satqısı ilə əlaqədar 9500 manat məbləğində pul almışlar, lakin torpağın alqı-satqısı ilə bağlı hər hansı müqavilə bağlanmamış, tərəflər arasında yalnız yuxarıda qeyd edilən etibarnamə mövcud olmuşdur. Deməli, tərəflər arasında hər hansı bir müqavilə münasibəti mövcud olmamışdır. İşdə olan etibarnamə ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla Cavabdeh1 tərəfindən etibar edilən torpaq sahəsinin Cavabdeh1 məxsus olması halı sübuta yetirilmir. Bundan başqa, torpağın alqı-satqısının etibarnamə əsasında həyata keçirilməsi halı mülki qanunvericiliyin tələblərinə ziddir. Bununla belə, tərəflərin izahatları və işin halları ilə iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Rəhimov Elşada 9500 manat pulun verilməsi halı müəyən edilir. İddiaçı tərəf tələbində bu məbləğin 12190 manat olduğunu bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Maddə 14.2.7. Əsassız varlanma..... Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.... Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaçı tərəfdən aldığı pul məbləği yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı xeyrinə 9500 (doqquz min beş yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-743/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-743/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver