Məhkəmə qərarları › İş №2(010)-755/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-755/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-755/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********49148 HOFFMANN Neo A300,**********71001 HOFFMANN Neo A300 markalı telefon üçün 40 manat ödənilməmiş hissə, 12 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********21230 Xiaomi Mi A2 Lite markalı telefon, Xiaomi Mi X3 Black üçün 90 manat ödənilməmiş hissə, 27 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********69351 Samsung galaxy A10 markalı telefon üçün 101 manat ödənilməmiş hissə, 28 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, LG markalı LED televizor üçün 600 manat ödənilməmiş hissə, 180 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********94751 iPhone 11 Pro markalı telefon üçün 4464 manat ödənilməmiş hissə, 851 manat dəbbə pulu, ümumilikdə 6393 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən İMEİ kodu **********49148 HOFFMANN Neo A300, **********71001 HOFFMANN Neo A300 markalı telefon, İMEİ kodu **********21230 Xiaomi Mi A2 Lite markalı telefon, Xiaomi Mi X3 Black, İMEİ kodu **********69351 Samsung galaxy A10 markalı telefon, LG markalı LED televizor, İMEİ kodu **********94751 iPhone 11 Pro markalı telefon almış və nəticədə 6393 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 480 manat (24 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********49148 HOFFMANN Neo A300, **********71001 HOFFMANN Neo A300 markalı telefon üçün 52 manat olmaqla ondan, 40 manat ödənilməmiş hissə, 12 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 540 manat (12 ay x 45 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********21230 Xiaomi Mi A2 Lite markalı telefon, Xiaomi Mi X3 Black üçün 117 manat olmaqla ondan, 90 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 282 manat (6 ay x 47 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********69351 Samsung galaxy A10 markalı telefon üçün 129 manat olmaqla ondan 101 manat ödənilməmiş hissə, 28 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 804 manat (12 ay x 67 manat + 0 manat ilkin ödəniş) olan LG markalı LED televizor üçün 780 manat olmaqla ondan 600 manat ödənilməmiş hissə, 180 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 4644 manat (18 ay x 258 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********94751 iPhone 11 Pro markalı telefon üçün 5315 manat olmaqla ondan 4464 manat ödənilməmiş hissə, 851 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1455 manat təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onun Kontakt Home ilə bir çox müqavilələri olmuş və hamısını ödəmişdir. Hal-hazırda isə işləmədiyindən həmin borcu ödəyə bilmir. Bundan başqa sonuncu müqaviləni bağlayaraq dostu üçün telefon almış və həmin telefonu öz dostuna vermişdir. Hazırda isə həmin əmlakların dəyərini ödəmək niyyətindədir. Lakin iddiaçı təşkilat tərəfindən ona cərimə çox hesablanmışdır. Odur ki, cərimənin ləğv edilməsini və borcun hissə-hissə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 27046 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 24 ay müddətinə hər ay 20 manat nağd ödəniş olmaqla, qiyməti 480 manat olan telefon satmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 00480573 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 12 ay müddətinə hər ay 45 manat nağd ödəniş olmaqla, qiyməti 540 manat olan telefon satmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 00867604 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 6 ay müddətinə hər ay 47 manat nağd ödəniş olmaqla, qiyməti 282 manat olan telefon satmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 00873335 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 12 ay müddətinə hər ay 67 manat nağd ödəniş olmaqla, qiyməti 804 manat olan televizor satmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 01026120 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 18 ay müddətinə hər ay 258 manat nağd ödəniş olmaqla, qiyməti 4644 manat olan telefon satmışdır. İş materiallarına əlavə edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdehnın “xxxx” ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə ümumilikdə 5295 manat ödənilməmiş məbləğ, 1098 manat dəbbə borcu vardır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14B, mənzil 42 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh «xxxx» MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən telefon və məişət avadanlıqları almış və nəticədə borc yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh bağlanmış müqavilələr üzrə 5295 manat ödənilməmiş hissə «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “xxxx” MMC-nin iddiasının bağlanmış müqavilələr üzrə 1098 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 150 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh 5295 manat ödənilməmiş məbləğ, 150 manat dəbbə pulu və 30 manat dövlət rüsumu tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 5295 manat ödənilməmiş məbləğ, 150 manat dəbbə pulu, ümumilikdə 5445 (beş min dörd yüz qırx beş) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar