Məhkəmə qərarları › İş №2(010)-757/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-757/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-757/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli (bundan sonra mətndə “xxxx” MMC) Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********50927 Samsung Galaxy S10+ Dual markalı telefon üçün 698 manat ödənilməmiş hissə, 210 manat dəbbə pulu, cəmi 908 manat, xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********49853 Xiaomi Redmi 7 markalı telefon üçün 130 manat ödənilməmiş hissə, 37 manat dəbbə, cəmi 167 manat, xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********82586 X6 7, **********43499 Xiaomi Redmi 7 markalı telefon, X3 saat üçün 307 manat ödənilməmiş hissə, 97 manat dəbbə pulu, cəmi 404 manat, xx xxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, Maya FS 10 stullar, Soft Yumsaq - 3 yerli üçün 779 manat ödənilməmiş hissə, 86 manat dəbbə pulu, cəmi 865 manat, ümumilikdə 2344 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2374 manatın Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, xx xxxx 2019-cu il tarixli müqaviləsi üzrə 167 manat ödənilməmiş hissənin “130 manat” kimi qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh, “xxxx” MMC ilə xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxxxx 2019-cu il və xx xxxxxxx 2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********50927 Samsung Galaxy S10+ Dual markalı telefon, İMEİ kodu **********49853 Xiaomi Redmi 7 markalı telefon, İMEİ kodu **********82586 X6 7, **********43499 Xiaomi Redmi 7 markalı telefon, X3 saat, Maya FS 10 stullar, Soft Yumsaq - 3 yerli almış və nəticədə 2344 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2275 manat olan İMEİ kodu **********50927 Samsung Galaxy S10+ Dual markalı telefon üçün 908 manat olmaqla ondan, 698 manat ödənilməmiş hissə, 210 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 300 manat İMEİ kodu **********49853 Xiaomi Redmi 7 markalı telefon üçün 167 manat olmaqla ondan, 130 manat ödənilməmiş hissə, 37 manat dəbbə pulu; xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 972 manat olan İMEİ kodu **********82586 X6 7, **********43499 Xiaomi Redmi 7 markalı telefon, X3 saat üçün 404 manat olmaqla ondan 307 manat ödənilməmiş hissə, 97 manat dəbbə pulu; xx xxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 984 manat olan Maya FS 10 stullar, Soft Yumsaq - 3 yerli üçün 865 manat olmaqla, ondan 779 manat ödənilməmiş hissə, 86 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2617 manat təşkil edir. Buna görə də qeyd olunanların nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, mülki iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 2275 manat olan İMEİ kodu **********50927 Samsung Galaxy S10+ Dual markalı telefon markalı telefon almışdır. xx xxxx 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********50927 Samsung Galaxy S10+ Dual markalı telefon təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********50927 Samsung Galaxy S10+ Dual markalı telefon üçün cavabdehin 698 manat ödənilməmiş hissə, 210 manat dəbbə pulu, ümumilikdə 908 manat borcu yaranmışdır. xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 300 manat olan İMEİ kodu **********49853 Xiaomi Redmi 7 markalı telefon almışdır. xx xxxx 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********49853 Xiaomi Redmi 7 markalı telefon təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********49853 Xiaomi Redmi 7 markalı telefon üçün cavabdehin 130 manat ödənilməmiş hissə, 37 manat dəbbə pulu, ümumilikdə 167 manat borcu yaranmışdır. xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 972 manat olan İMEİ kodu **********82586 X6 7, **********43499 Xiaomi Redmi 7 markalı telefon, X3 saat almışdır. xx xxxxxx 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********82586 X6 7, **********43499 Xiaomi Redmi 7 markalı telefon, X3 saat təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən İMEİ kodu **********82586 X6 7, **********43499 Xiaomi Redmi 7 markalı telefon, X3 saat üçün cavabdehin 307 manat ödənilməmiş hissə, 97 manat dəbbə pulu, ümumilikdə 404 manat borcu yaranmışdır. xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 984 manat olan Maya FS 10 stullar, Soft Yumsaq - 3 yerli almışdır. xx xxxxxxx 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Maya FS 10 stullar, Soft Yumsaq - 3 yerli təhvil almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən Maya FS 10 stullar, Soft Yumsaq - 3 yerli üçün cavabdehin 779 manat ödənilməmiş hissə, 86 manat dəbbə pulu, ümumilikdə 865 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 698 manat ödənilməmiş hissə, xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 130 manat ödənilməmiş hissə, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 307 manat ödənilməmiş hissə, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 779 manat ödənilməmiş hissənin tutulması barədə tələb əsaslıdır, lakin dəbbə pulları yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 210 manat dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 10 manat, xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 37 manat dəbbə pulu azaldılaraq 10 manat, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 97 manat dəbbə pulu azaldılaraq 10 manat, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 86 manat dəbbə pulu azaldılaraq 10 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 698 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 708 manat, xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 130 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 140 manat, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 307 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 317 manat, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 779 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 789 manat, ümumilikdə 1954 manat pul tutularaq, “xxxx” MMC-nin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 5 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 698 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 708 manat, xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 130 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 140 manat, xx xxxxxx 2019cu il tarixli müqavilə üzrə 307 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 317 manat, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 779 manat ödənilməmiş hissə və 10 manat dəbbə olmaqla, cəmi 789 manat, ümumilikdə 1954 (bir min doqquz yüz əlli dörd) manat pul tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 5 (beş) manat hissəsi iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar