Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-764/2022 14.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh Rızaxan oğlunun iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh Rızaxan oğluna qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Rızaxan oğluna qarşı alimentin artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 04.01.2005-ci il təvəllüdlü X3 və 14.06.2013-cü il təvəllüdlü X1 üçün Suraxanı Rayon Məhkəməsinin 18.11.2016-cı il tarixli 2(010)-12533/2016 saylı qətnaməsi ilə sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh birgə nikahdan olan övladları 04.01.2005-ci il təvəllüdlü X6 və 14.06.2013-cü il təvəllüdlü X1 üçün 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda uşaqlar böyümüş və onların tələbatları artdığından hesab edir ki, alimentin məbləği artırılmalıdır. Qətnamə ilə qəbul edilmiş vəsait uşaqların ehtiyaclarına kifayət etmir. Ona görə də həmin məbləğ artırılmalıdır. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddiaçının tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Rızaxan oğlu iddia tələbini qəbul etməyərək, onun ikinci nikahından bir uşağının da anadan olduğunu, ona görə də daha artıq alimenti ödəyə bilməyəcəyini qeyd etdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfi və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04.01.2005-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh Rızaxan oğlu, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 14.06.2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh Rızaxan oğlu, anası İddiaçıdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Rızaxan oğlu ilə İddiaçı arasında olan nikah 10.05.2011-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-12533/2016 saylı, 18.11.2016-cı il tarixli qətnaməsindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2 (010)- 2340/2009 nömrəli, 04.11.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 07.06.2003-cü il təvəllüdlü X5, 04.01.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 14.10.2016-cı il tarixdən başlayaraq hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh 14.06.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14.10.2016-cı il tarixdən başlayaraq hər ay 117 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki. tərəflər arasında bağlanan nikah məhkəmə qaydasında pozulmuşdur, həmin nikahdan onların 3 uşaqları vardır. Uşaqlardan biri yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinin tələbinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşaq üçün aliment valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, 2016-cı ildə təyin edilən aliment məbləği hazırkı dolanışıq meyarlarına cavab vermir və bu baxımdan aliment məbləğinin artırılması yetkinlik yaşına çatmayanların mənafeyi baxımından məqsədə müvafiqdir. Məhkəmə, həmçinin qeyd edir ki, təyin ediləcək aliment məbləği real olmalı və icrası mümkünsüz olan qətnamənin qəbul edilməsinə səbəb olmamalıdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən alimentin cavabdeh tərəfindən ödənilə biləcəyinə dəlalət edən sübutlar iş materiallarında yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq hər ay hər bir uşağa görə 170 manat olmaqla cəmi 340 manat məbləğində təyin edilməsini məqsədə və qanuna müvafiq hesab edir. Bu məbləğ təyin edilərkən, məhkəmə həmçinin cavabdehin ikinci nikahdan da övladının olmasını nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, Mediasiya prosesində iştirak etməyə görə İddiaçı tərəfindən ödənilmiş 50 manat rüsumun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12533/2016 nömrəli, 18.11.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh Əbı̇ lov Vüqar Rızaxan oğlundan 04.01.2005-ci il təvəllüdlü X3 və 14.06.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin. Mediasiya prosesində iştirak etməyə görə İddiaçı tərəfindən ödənilmiş 50 manat rüsumun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-764/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-764/2022
14.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver