Məhkəmə qərarları › İş №2(010)-770/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-770/2023

23.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-770/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Nəcməddı̇ n oğluna qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1-ün 18,5 kv.m ölçüdə olan otağından 24,3 kv.m ölçüdə otağa açılan qapının içəri tərəfində, qapı boşluğunda tikdiyi arakəsmənin (daş hörgünün) cavabdehin vəsaiti hesabına sökülərək açılmasının Cavabdeh həvalə edilməsi, ünvan 1-ün 18,5 kv.m ölçüdə olan otağından istifadə etməyinə, giriş-çıxışına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 101 (bir yüz bir) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ******* nömrəli Çıxarışa əsasən ünvan 1 onun xüsusi mülkiyyətindədir. Oğulları - X2, X3 və qızı - X1 onunla bilrikdə ünvan 1 ünvanında yaşayır. Digər oğlu Cavabdeh isə əvvəllər onunla yaşasa da, lakin 3 il olar ki, ailəsi ilə birlikdə Hövsan qəsəbəsində yaşayır. Bir müddət əvvəl Cavabdeh onun razılığı olmadan evinin 18,5 kv.m ölçüdə olan otağının 24,3 kv.m ölçüdə olan balkona açılan qapısını içəri tərəfdən daş ilə hörərək bağlamışdır. Otağın qapısının daş ilə hörüldüyünü biləndə o, Cavabdeh bildirdi ki, bu ev ona məxsusdur. Onun sözügedən qapını hörərək, onun həmin otaqdan istifadəni məhdudlaşdırması qanunaziddir. Lakin oğlu ona bildirmişdir ki, həmin otaq onundur. Onun həmin otaqdan istifadə etməyinə imkan verməyəcək. Qeyd edir ki, hal-hazırda onunla birlikdə iki oğlu - X3, X2 və ailəsi, eləcə də qızı - X1 və onun oğlu da yaşayır. Evinin 18,5 kv.m ölçüdə olan otağının da cavabdeh - Cavabdeh tərəfindən qapısı hörülməklə həmin otaqdan istifadəsinə maneə yaradıldığına görə o, mətbəxtdə yaşayır. Cavabdeh onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizədə qeyd olunanlara uyğun izahat verərək iddia tələbi əsaslı olduğundan onun təmin edilməsini xahiş etdi. Cavadbeh Cavabdeh Nəcməddı̇ n oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan AR DƏDRX-nin Çıxarışının təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 73.4 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə qeyd olunan fərdi yaşayış evinə yerli baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin daxilində iki otaq arasında cavabdeh tərəfindən daş hörgü tikilib. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, hazırki iddia tələbində iddiaçı ona məxsus fərdi yaşayış evində cavabdeh tərəfindən otaqlar arasında qanunsuz şəkildə daş hörgü çəkilməklə onun öz mülkiyyətindən sərbəst istifadə etməsinə və otaqdan digər otağa giriş-çıxışına maneə yaradıldığını qeyd edir və bu səbəbdən həmin qəsdə son qoyulmasını tələb edir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən hazırki iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi qeyd olunan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı həmin fərdi yaşayış evi daxilində cavabdeh tərəfindən bir otaqdan digər otağa keçid üçün arakəsmədə daş hörgü tikildiyi müəyyən edilmişdir. Həmin daş hörgünün iddiaçının öz mülkiyyətindən sərbəst şəkildə istifadəsinə maneçilik törətdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. AR MM-nin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyini, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, mülkiyyət hüququ ilə iddiaçıya məxus olan evin içərisində, 18.5 kv.metr ölçüdə olan otaqdan 24.3 kv.metr ölçüdə olan otağa açılan qapının içəri tərəfində, qapı boşluğunda cavabdeh tərəfindən daş hasar inşa edilmişdir. Cavabdehin iddiaçıya məxsus evdə həmin hasarı tikmək üçün hər hansı hüququnun olması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 101 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Nəcməddı̇ n oğlunun üzərinə İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nizami küçəsində yerləşən ev 13-ün 18.5 kv.metr ölçüdə olan otağından 24.3 kv.metr ölçüdə otağa açılan qapının içəri tərəfində, qapı boşluğunda tikdiyi arakəsmənin (daş hörgünün) onun vəsaiti hesabına sökülərək açılması vəzifəsi qoyulsun. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nizami küçəsində yerləşən ev 13-ün 18.5 kv.metr ölçüdə olan otağından istifadə etməsinə, giriş-çıxışına Cavabdeh Nəcməddı̇ n oğlu tərəfindən maneələrin yaradılması qadağan edilsin. İş üzrə ödənilmiş 101 manat dövlət rüsumu Cavabdeh Nəcməddı̇ n oğlundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. . Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar