Məhkəmə qərarları › İş №2(010)-8/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-8/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-8/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh5 və Cavabdeh3 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə kredit borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, X2, Cavabdeh2, X19, X7, X12, X13, X14, X15 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh5 əsas borc – 93180.85 ABŞ dolları, əsas borca hesablanmış faiz borcu – 9056.69 ABŞ dolları olmaqla, cəmi 102237.54 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 nömrəli mənzilə (ümumi sahəsi 113.4 kv.m) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh2, X16, X5, X8, X9, X10, X11 ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 nömrəli mənzildən (ümumi sahəsi 113.4 kv.m) çıxarılmaları və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Elçin Səmədov daha sonra ərizə verərək Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X20 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 09.02.2015-ci il tarixli, 104850- 131035/1 nömrəli kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən cavabdehə illik 19% olmaqla 48 ay müddətə 102.000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Sonra tərəflər arasında həmin kredit müqaviləsinə 09.04.2015-ci il tarixdə 01 nömrəli əlavə razılaşma imzalanaraq kreditin faiz dərəcəsi 17 faizə endirilmişdir. 09.02.2015-ci il tarixli, 104850-131035/1 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 nömrəli mənzilə (ümumi sahəsi 113.4 kv.m) dair 09.02.2015-ci il tarixli, 104850-131035/1 nömrəli «İpoteka müqaviləsi» bağlamış və müqaviləyə əsasən Cavabdeh5 məxsus olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 nömrəli mənzil (ümumi sahəsi 113.4 kv.m) ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, bank və digər cavabdeh - Cavabdeh5 arasında 09.02.2015-ci il tarixli, 104850-131035/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla bağlı dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi ilə barədə 13.05.2016-cı il tarixli, 001/007/6055/2016 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh5 göndərilmiş və ipotekaqoyan qeyd edilən bildirişi 20.05.2016-cı il tarixdə rəsmi qaydada aldıqdan sonra bildiriş 25.05.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında tərtib edilmiş «Ödəniş qrafiki»nə əsasən kreditin və kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdehlər dəfələrlə başqa məhkəmədə kredit və ipoteka müqavilələrini mübahisələndirməklə işin yekunlaşmasına maneəçilik törətmişlər. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh5 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, o bankla ipoteka müqaviləsi bağlayaraq evi banka girov qoymuşdur. Lakin hazırda X22 və Nəcəfov X6 rayon Məhkəməsində iddia qaldıraraq onunla bank arasında bağlanmış ipoteka və zaminlik müqaviləsinin və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişlər. Lakin həmin tələbə məhkəmə tərəfindən baxılaraq qiymət verilmədiyindən iş üzrə icraatın dayandırılmasını və banka olan borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Belə ki, o artıq banka olan borcu ödəmək niyyətindədir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, o hazırda Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Onun tələbi bankla digər cavabdehlər arasında bağlanmış kredit, ipoteka və zaminlik müqavilələrinin etibarsızlığı ilə bağlıdır. Həmin ev onların yeganə yaşayış yeridir və buna görə də bununla bağlı olaraq ona vaxt verilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşə əlavə edilmiş 09.02.2015-ci il tarixli, 104850-131035/1 nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit müqaviləsinə əsasən Bank borcluya illik 19 % olmaqla 48 ay müddətə 102.000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 09.02.2015-ci il tarixli 104850-131035/1 nömrəli “sonrakı ipoteka müqaviləsindən” görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh5 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 nömrəli mənzili (ümumi sahəsi 113.4 kv.m) ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 09.02.2015-ci il tarixli 104850-131035/1 nömrəli “zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh5 İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.02.2015-ci il tarixli, 104850-131035/1 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh1 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 09.04.2015-ci il tarixli 104850-131035/1 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə razılaşmadan görünür ki, 09.02.2015-ci il tarixli, 104850-131035/1 nömrəli kredit müqavilənin 1.1-ci bəndində 19% sözləri 17 % sözləri əvəz edilmişdir. Əlavə razılaşma imzalandığı tarixdən borcalana kredit borcunun qalığ məbləğində yeni ödəniş cədvəli tərtib edilərək təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 09.04.2015-ci il tarixli 104850-131035/1 nömrəli sonrakı ipoteka müqaviləsinə 1 nömrəli əlavə razılaşmadan görünür ki, 09.02.2015-ci il tarixli, 104850-131035/1 №-li müqavilənin 2.1-ci bəndində 19% sözləri 17 % sözləri əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş 08.04.2015-ci il tarixli 104850-131035/1 nömrəli zaminlik müqaviləsinə 1 nömrəli əlavə razılaşmadan görünür ki, 09.02.2015-ci il tarixli, 104850-131035/1 №-li müqavilənin 2.1-ci bəndində 19% sözləri 17 % sözləri əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş 10.02.2015-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ərazi İdarəsi tərəfindən verilmiş çıxarışından görünür ki, Cavabdeh5 məxsus ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X18 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 05.05.2007-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 410 nömrəli reyestr kitabının 38103 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh6 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, X3 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, X23 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, X27 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, X21 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, X24 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, X25 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, X22 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, X26 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41 nömrəli mənzildə qeydiyyatdadır. İşə əlavə edilmiş "xxxx" MMC-nin 22.12.2017-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 135, 41/42 nömrəli mənzilin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 80.000 manat təşkil edir. İşə əlavə edilmiş 29.06.2017-ci il tarixli 28277 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh1 09.02.2015-ci il tarixli, 104850-131035/1 nömrəli kredit müqaviləsinin, eləcə də 09.04.2015-ci il tarixli razılaşmanın şərtləri nəzərə alınmaqla kredit müqaviləsi üzrə 93.184,33 ABŞ dolları əsas borc, 9724.43 ABŞ dolları faiz borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 09.02.2015-ci il tarixli, 104850-131035/1 nömrəli kredit müqaviləsi üzrə 93180.85 ABŞ dolları əsas borc, 9056.69 ABŞ dollar faiz borcu, cəmi 102237.54 ABŞ dolları borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17.06.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh5 cavabdeh İddiaçı ASC-yə qarşı “müqavilələrin etibarsızlığı, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməməsi və yenidən sübut edilməməsi” haqqında olan tələbi təmin edilməmişdir. Həmin qərardan görünür ki, Cavabdeh5 ilə İddiaçı ASC arasında bağlanmış 09.02.2015-ci il tarixli, 104850-131035/1 saylı sonrakı ipoteka və 09.02.2015-ci il tarixli,104850-131035/1 saylı zaminlik müqaviləsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 09.02.2015-ci il tarixli 104850-131035/1 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bu Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 09.02.2015-ci il tarixli, 104850-131035/1 nömrəli kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən cavabdehə illik 19% olmaqla 48 ay müddətə 102.000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Sonra tərəflər arasında həmin kredit müqaviləsinə 09.04.2015-ci il tarixdə 01 nömrəli əlavə razılaşma imzalanaraq kreditin faiz dərəcəsi 17 faizə endirilmişdir. 09.02.2015-ci il tarixli, № 104850-131035/1 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı 41/42 nömrəli mənzilə dair (ümumi sahəsi 113.4 kv.m) 09.02.2015-ci il tarixli, № 104850-131035/1 nömrəli «İpoteka müqaviləsi» bağlanmış və müqaviləyə əsasən Cavabdeh5 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 135 saylı evin 41/42 saylı mənzili (ümumi sahəsi 113.4 kv.m) ipoteka ilə yüklü edilmişdir. Həmçinin Cavabdeh5 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə İddiaçı ASC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bunun nəticəsində borclunun bank qarşısında kredit müqaviləsindən irəli gələn ödənilməmiş 93180.85 ABŞ dolları əsas borc, 9056.69 ABŞ dollar faiz borcu, cəmi 102237.54 ABŞ dolları borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirmədiyindən Cavabdeh1 və Cavabdeh5 birgə qaydada 93180.85 ABŞ dolları əsas borc, 9056.69 ABŞ dollar faiz borcu, cəmi 102237.54 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumu İddiaçı ASC-nın xeyrinə tutulmalı, tələb ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 135 saylı evin 41/42 saylı mənzilinə (ümumi sahəsi 113.4 kv.m) yönəldilməli, həmin mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc ödənilməlidir. Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 135 saylı evin 41/42 saylı mənzilin ilkin satış qiyməti (ümumi sahəsi 113.4 kv.m) 80.000 manat müəyyən edilməlidir. Cavabdehin ipotekaya qoyduğu mənzilə tutmanın yönəldilməsi ilə bağlı həmin mənzildə qeydiyyatda olan Cavabdeh5, Cavabdeh6, X3, X23, X27, X21, X24, X25, X22, X26, Cavabdeh3 mənzil satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 364 (üç yüz altmış dörd) manat Cavabdeh1 tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh5 birgə qaydada 93180.85 ABŞ dolları əsas borc, 9056.69 ABŞ dolları faiz borcu, cəmi 102237.54 (yüz iki min iki yüz otuz yeddi ABŞ dolları, əlli dörd sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 30 (otuz) manat xərc və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30(otuz)manat dövlət rüsumu İddiaçı ASC-nın xeyrinə tutulsun. Tələb ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 135 saylı evin 41/42 saylı mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc ödənilsin. Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 135 saylı evin 41/42 saylı mənzilinin ilkin satış qiyməti 80.000 (səksən min)manat müəyyən edilsin. Cavabdehin ipotekaya qoyduğu mənzilə tutmanın yönəldilməsi ilə bağlı həmin mənzildə qeydiyyatda olan Cavabdeh5, Cavabdeh6, X3, X23, X27, X21, X24, X25, X22, X26, Cavabdeh3 mənzil satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılsın və mənzil boşaldılsın. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 364 (üç yüz altmış dörd) manat Cavabdeh1 tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar