Məhkəmə qərarları › İş №2(010)-80/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-80/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-80/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi ilə, iddiaçı “X12 X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun, ona hesablanmış faizlərin və dəbbə pulunun cavabdehdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X12 X6” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə “X12 X6” MMC) Cavabdeh qarşı “kredit borcunun, ona hesablanmış faizlərin və dəbbə pulunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X12 X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış 1) xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 188,39 manat faiz borcu, 2) xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 7578,61 manat əsas borcu, 1608,26 manat faiz borcu olmaqla, cəmi 9186,87 manat borcu, 3) xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 693,42 manat faiz borcu, 4) xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 16572,18 manat əsas borcu, 3812,81 manat faiz borcu olmaqla, cəmi 20384,99 manat, 5) xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 42436,19 manat əsas borcu, 14970,13 manat faiz borcu olmaqla, 57408,32 manat borcu, 6) xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 41037,83 manat əsas borcu, 14467,29 manat faiz borcu olmaqla, cəmi 55505,12 manat borcu, 7) xx.xx.2016cı il tarixli kredit müqaviləsinə əsasən 54,72 manat faiz borcu, 8) xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 22518 manat əsas borcu, 5433,87 manat faiz borcu olmaqla, cəmi 27951,87 manat borcu, 9) xx.xx.2016-cı il tarixli kredit müqavilləsinə əsasən 30163,11 manat əsas borcu, 6949,48 manat faiz borcu olmaqla, cəmi 37112,59 manat borcu, 10) xx.xx.2016cı il tarixli kredit müqaviləsinə əsasən 26616,33 manat əsas borcu, 11730,50 manat faiz borcu olmaqla, cəmi 38346,83 manat borcu olmaqla ümumilikdə hesablanmış 186924,25 manat məbləğində əsas kredit borcunun, 59539,54 manat məbləğində faiz borcunun, toplamda 246463,65 manat məbləğində borcun, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh aid edilərək ondan tutulması və ümumilikdə 246493,65 manat pul borcunun cavabdehə aid edilərək ondan tutularaq “X12 X6” MMC-nin “xxxxxxxxxxxxxxx” ASC-nin Azadlıq filialı; kodu 507547, VÖEN: **********; Müxbir hesabı: AZ80NABZ********************; SWİFT: BRESAZ22; Hesabın adı: xxxxxxxxxxxxxxxxx MMC; Hesab nömrəsi (İBAN): AZ96BRES********************; VÖEN: ********** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, “X12 X6” MMC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış 1) xx xxxx 2016-cı il tarixli, 84/Şm-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh 36 ay müddətinə xx xxxx 2019-cu il tarixə qədər 4.300 manat məbləğində 2) xx xxxx 2016-cı il tarixli 10/Bz-16 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 13.000 manat məbləğində, 3) xx xxxx 2016-cı il tarixli 11/Bz-16 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 9.100 manat məbləğində, 4) xx xxxx 2016-cı il tarixli 12/Bz-16 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 26.000 manat məbləğində, 5) xx xxxx 2016-cı il tarixdə 13/Bz-16 saylı kredit müqaviləsinə əsasən 36 ay müdətinə 52.700 manat məbləğində, 6) xx xxxx 2016-cı il tarixdə 15/Bz-16 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 51.000 manat məbləğində 7) xx xxxx 2016-cı il tarixli 16/Bz-16 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə 2.700 manat məbləğində, 8) xx xxxxxx 2016-cı il tarixli 17/Bz-16 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 31.600 manat məbləğində, 9) xx xxxxxx 2016-cı il tarixli 19/Bz-16 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 42.200 manat məbləğində və 10) xx xxxxxx 2016-cı il tarixində 423/Şm-16 saylı kredit müqaviləsinə əsasən 30 ay müddətində 32.250 manat məbləğində kreditlər verilmişdir. Cavabdeh göstərilən kredit müqavilələri üzrə öhdəliklərini lazımınca icra etməmiş, kredit borcunu vaxtında və tam şəkildə ödəməmiş bununla da “xxxxxxxxxxxxxxxxx” MMC-yə 205.910 manat məbləğində borcu yaranmışdır. Bununla bağlı Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə BC-BOKT-547/2017 saylı pretenziya göndərilmiş və həmin pretenziya ilə cavabdehə pul vəsaitinin 10 gün ərzində ‘‘xxxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi təklif edilmişdir. Cavabdeh pretenziyanı aldıqdan sonra yaranmış borcla bağlı xx.xx.2017-ci il tarixdə ərizə ilə xxxxxxxxxxxxxxxxx MMC-yə müraciət etmiş, borcun 196.610 manatlıq hissəsini etiraf etmiş, biznesinin zəifləməsi və maddi vəziyyətinin pisləşməsi səbəbi ilə kredit borcunu ödəyə bilmədiyini bildirərək “xxxxxxxxxxxxxxxxx” MMC-yə olan kredit borcunun restrukturizasiya edilməsini, illik faiz dərəcəsinin 20 % müəyyən edilməsi, ilk 2 il faiz hesablanmamaqla kredit müddətinin 5 il artırılmaqla, aylıq ödənişinin 2 000 manat müəyyən edilməsini xahiş etmişdir. Həmin ərizəyə cavab olaraq Cavabdeh kredit borcunun 196.610 manat deyil, 205.910 manat olduğu bildirilmiş, həmin məbləği yeni girovla təmin edəcəyi halda istəklərinin yerinə yetirilə biləcəyinin mumkün olduğu bildirilmişdir. Lakin Cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-yə olan 205.910 manat kredit borcunu yeni girovla təmin etməmiş, kredit müqavilələri üzrə öhdəliklərini icra etməmişdir. Belə ki “Forma-1” qrafik ilə müəyyən edilmiş kreditlərin və kreditlərdən istifadəyə görə faizlərin ödənilməsi ilə bağlı Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixədək ən son xx.xx.2018-ci il tarixdə girov predmeti olan qızıl ziynət əşyalarının satışı ilə bağlı keçirilmiş hərrac zamanı satışdan əldə edilmiş 7737 manat pul vəsaiti olmaqla cəmi 2.885 manat məbləğində pul vəsaiti ödəniş etmiş və həmin məbləğlərdən 2.131 manat 04 qəpik əsas kredit məbləğindən və 753 manat 96 qəpik hesablanmış faizdən silinmişdir. Lakin sonuncu ödəniş edilmiş tarixdən (hərrac tarixindən) hal hazırki vaxtadək qrafik üzrə təyin edilmiş vaxtlarda Cavabdeh tərəfindən heç bir ödənişlər edilməmiş və o, öz üzərinə düşən müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bununla bağlı Cavabdeh dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh, həmin xəbərdarlıqlara heç məhəl qoymayaraq qrafik üzrə hesablanmış kredit və faiz borclarını vaxtında ödəməmişdir. “X12 X6” MMC-nin Baş ofisinin xx xxxx 2018-ci il tarixli, hərrac şurasının protokolu Cavabdeh göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh hərrac şurasının protokolunu aldıqdan sonra xx.xx.2018-ci il tarixdə öhdəliyə xitam verilməsinə dair pretenziya ilə “xxxxxxxxxxxxxxxxx” MMC-yə müraciət edərək götürmüş olduğu 10 kredit müqaviləsi üzrə təşkilata borcu olmadığını iddia etmişdir. BOKT olaraq xx xxxx 2018-ci il tarixdə, BC-BOKT-490/2018 saylı pretenziyaya cavab məktubu ilə Cavabdeh təşkilatla bağlamış olduğu 10 kredit müqaviləsi üzrə əsas kredit borcu, faiz borcu və ümumi qalıq borcu cədvəl şəklində izah edilmişdir. Bundan əlavə, keçirilmiş ekspert rəylərindən də göründüyü kimi iddia ərizəsində cavabdehdən tələb etdikləri borc məbləğləri rəydə qeyd olunanlara üst-üstə düşmüşdür. Buna görə də qeyd olunanların nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən cavabdehə 10 müqavilə üzrə cəmi 264.850 manat kredit verilmişdir. Lakin müqavilələr bağlansa da faktiki olaraq cavabdehə təqdim edilən pulun miqdarı o qədər deyil. Cavabdehə faktiki olaraq qızılzinət əşyalarının dəyəri həcmində, yəni 158.315 manat pul verilmişdir. Bundan əlavə, götürülmüş kreditlər tam qaytarılmışdır. Belə ki, bankın nümayəndəsinin izahatına görə 158.315 manat dəyərində olan bütün qızıllar satılmışdır. İş materiallarında qızılların satışı ilə əlaqədar olmayan (qızılların satışı ilə bağlı xx.xx.2018-ci il tarixli, 7731 manatlıq cəmi bir ödəniş qəbzi var) ödəniş qəbzlərinə əsasən cavabdeh tərəfindən cəmi 115888 manat ödəniş də həyata keçirilmişdir. Deməli, cavabdeh cəmi 158315+115888=274203 manat ödəniş etmişdir. Baxmayaraq ki, iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışlarına əsasən cavabdeh cəmi 159240 manat ödəniş etmişdir. Bundan əlavə, girovların satılması barədə sənədlər yoxdur. Belə ki,iş materiallarında yalnız bir girovun, xx.xx.2016 tarixli girov müqaviləsi üzrə girovun 7731 manata satılması barədə qəbz var. Qalan girovların satılmasını təsdiq edən sübutlar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. İddia tərəfinin də etiraf etdiyi kimi bütün girovlar satılmışdır və buna görə də qeyd olunan maddəyə əsasən lombardın girov qoyana (borcluya) qarşı tələbləri ləğv edilməlidir. Məlum məsələdir ki, girov müqavilələrinin bağlandığı 2016-cı ildən bəri qızılın qiyməti qalxmışdır. Ona görə də qızılların onların girov qoyularkən müəyyən edilmiş qiymətindən baha satılması şübhəsizdir. Eləcə də xx.xx.2016-cı il tarixli müqavilə üzrə qızılın satışı istisna olmaqla girovların satılması barədə girovqoyana bildiriş və məlumat verilməmişdir. Halbuki, həm Mülki Məcəlləyə, həm də iddiaçının istinad etdiyi "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikası Qanununa əsasən girovun satışı barədə girovqoyana məlumat verilməli idi ki, o özü də lazım gələrsə satışda iştirak edə, bununla da öz qızılını almaqda üstünlük hüququndan istifadə edə və ya ən azı qızılın ədalətli və qanuni satışına şahid ola bilsin. Həmçinin, girovlar yalnız məhkəmənin qərarı ilə satıla bilərdi. Belə ki, Mülki Məcəllənin 296.1-ci maddəsinə əasasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Bu maddəyə xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Lakin iddiaçı girov qızılların həmin tarixdən əvvəl satıldığını bildirdiyi üçün hazırkı girovlara tutma yönəldilməsi Mülki Məcəllənin 296-cı maddəsi ilə tənzimlənir ki, həmin maddə də tutma yönəldilməsini yalnız tərəflər notarial razılığı və ya məhkəmə qaydası ilə əlaqələndirir. İddiaçı təşkilat isə bu qaydaların heç birinə əməl etməmişdir. Bankın bəzi müqavilələr üzrə girova tutma yönəldilməsi barədə girov qoyularkən girovqoyandan aldığı razılıq ərizələri isə heç cür Mülki Məcəllənin 296-cı maddəsində nəzərdə tutulan "tərəflərin notarial razılaşması"nı əhatə etmir. Buna görə də qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil xx.xx.2020-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, ekspertin sonuncu rəyi ilə, yəni əmlakın 83.000 manat dəyərində qiymətləndirilməsi ilə razı olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan “X12 X6” MMC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 84/Şm-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 36 faiz hesablanması şərti ilə 36 ay müddətinə 4.300 manat məbləğində kredit verilmişdir. xx xxxx 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 4300 manat məbləğində vəsait verilmişdir. xx xxxx 2016-cı il tarixli, 84/Şm-16 №-li girov müqaviləsindən görünür ki, xx xxxx 2016cı il tarixli, 84/Şm-16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 160,2 qram olan cəmi 3360,50 manat dəyərində qızılzinət əşyalarını “X12 X6” MMC-yə girov qoymuşdur. xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixli, 84/Şm-16 №-li kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsinə və həmin əşyaların məhkəməyə müraciət edilmədən bankda qızıl-zinət əşyaları qiymətləndirilən zaman qoyulan və girov müqaviləsində də göstərilən qiymətə satılaraq iddiaçı qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixli, 84/Şm-16 №-likredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 188,39 manat faiz borcu vardır. “X12 X6” MMC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 10/Bz-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 36 ay müddətinə 13000 manat məbləğində kredit verilmişdir. xx xxxx 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 13000 manat məbləğində vəsait verilmişdir. xx xxxx 2016-cı il tarixli, 10/Bz-16 №-li girov müqaviləsindən görünür ki, xx xxxx 2016-cı il tarixli, 10/Bz-16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 468,70 qram olan cəmi 10174 manat dəyərində qızılzinət əşyalarını “X12 X6” MMC-yə girov qoymuşdur. xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixli, 10/Bz-16 №-likredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsinə və həmin əşyaların məhkəməyə müraciət edilmədən bankda qızıl-zinət əşyaları qiymətləndirilən zaman qoyulan və girov müqaviləsində də göstərilən qiymətə satılaraq iddiaçı qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixli, 10/Bz-16 №-likredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 7578,61 manat əsas borcu və 1608,26 manat faiz borcu vardır. “X12 X6” MMC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 11/Bz-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 36 ay müddətinə 9100 manat məbləğində kredit verilmişdir. xx xxxx 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 9100 manat məbləğində vəsait verilmişdir. xx xxxx 2016-cı il tarixli, 11/Bz-16 №-li girov müqaviləsindən görünür ki, xx xxxx 2016-cı il tarixli, 11/Bz-16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 335,80 qram olan cəmi 7299,50 manat dəyərində qızılzinət əşyalarını “X12 X6” MMC-yə girov qoymuşdur. xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixli, 11/Bz-16 №-likredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsinə və həmin əşyaların məhkəməyə müraciət edilmədən bankda qızıl-zinət əşyaları qiymətləndirilən zaman qoyulan və girov müqaviləsində də göstərilən qiymətə satılaraq iddiaçı qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixli, 11/Bz-16 №-likredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 693,42 manat faiz borcu vardır. “X12 X6” MMC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 12/Bz-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 36 ay müddətinə 26000 manat məbləğində kredit verilmişdir. xx xxxx 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 26000 manat məbləğində vəsait verilmişdir. xx xxxx 2016-cı il tarixli, 12/Bz-16 №-li girov müqaviləsindən görünür ki, xx xxxx 2016-cı il tarixli, 12/Bz-16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 627,40 qram olan cəmi 14098 manat dəyərində qızılzinət əşyalarını “X12 X6” MMC-yə girov qoymuşdur. xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixli, 12/Bz-16 №-likredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsinə və həmin əşyaların məhkəməyə müraciət edilmədən bankda qızıl-zinət əşyaları qiymətləndirilən zaman qoyulan və girov müqaviləsində də göstərilən qiymətə satılaraq iddiaçı qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixli, 12/Bz-16 №-likredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 16572,18 manat əsas borcu və 3812,81 manat faiz borcu vardır. “X12 X6” MMC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 13/Bz-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 36 ay müddətinə 52700 manat məbləğində kredit verilmişdir. xx xxxx 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 52700 manat məbləğində vəsait verilmişdir. xx xxxx 2016-cı il tarixli, 13/Bz-16 №-li girov müqaviləsindən görünür ki, xx xxxx 2016-cı il tarixli, 13/Bz-16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 1383,9 qram olan cəmi 30358,50 manat dəyərində qızılzinət əşyalarını “X12 X6” MMC-yə girov qoymuşdur. Maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixli, 13/Bz-16 №-likredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 42438,19 manat əsas borcu və 14970,13 manat faiz borcu vardır. “X12 X6” MMC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 16/Bz-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 24 ay müddətinə 2700 manat məbləğində kredit verilmişdir. xx xxxx 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 2700 manat məbləğində vəsait verilmişdir. xx xxxx 2016-cı il tarixli, 16/Bz-16 №-li girov müqaviləsindən görünür ki, xx xxxx 2016-cı il tarixli, 16/Bz-16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 51,6 qram olan cəmi 1220,5 manat dəyərində qızıl-zinət əşyalarını “X12 X6” MMC-yə girov qoymuşdur. xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixli, 16/Bz-16 №-likredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsinə və həmin əşyaların məhkəməyə müraciət edilmədən bankda qızıl-zinət əşyaları qiymətləndirilən zaman qoyulan və girov müqaviləsində də göstərilən qiymətə satılaraq iddiaçı qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixli, 16/Bz-16 №-likredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 54,72 faiz borcu vardır. “X12 X6” MMC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 15/Bz-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 36 ay müddətinə 51000 manat məbləğində kredit verilmişdir. xx xxxx 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 51000 manat məbləğində vəsait verilmişdir. xx xxxx 2016-cı il tarixli, 15/Bz-16 №-li girov müqaviləsindən görünür ki, xx xxxx 2016-cı il tarixli, 15/Bz-16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 1415,3 qram olan cəmi 29826 manat dəyərində qızılzinət əşyalarını “X12 X6” MMC-yə girov qoymuşdur. Maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixli, 15/Bz-16 №-likredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 41037,83 manat əsas borcu və 14467,29 faiz borcu vardır.vardır. “X12 X6” MMC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17/Bz-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 36 ay müddətinə 31600 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 31600 manat məbləğində vəsait verilmişdir. xx xxxxxx 2016-cı il tarixli, 17/Bz-16 №-li girov müqaviləsindən görünür ki, xx xxxxxx 2016-cı il tarixli, 17/Bz-16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 678,7 qram olan cəmi 14691,5 manat dəyərində qızıl-zinət əşyalarını “X12 X6” MMC-yə girov qoymuşdur. xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli, 17/Bz- 16 №-likredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsinə və həmin əşyaların məhkəməyə müraciət edilmədən bankda qızıl-zinət əşyaları qiymətləndirilən zaman qoyulan və girov müqaviləsində də göstərilən qiymətə satılaraq iddiaçı qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli, 17/Bz-16 №likredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 22518 manat əsas borcu və 5064,40 faiz borcu vardır. “X12 X6” MMC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 19/Bz-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 36 ay müddətinə 42200 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 42200 manat məbləğində vəsait verilmişdir. xx xxxxxx 2016-cı il tarixli, 19/Bz-16 №-li girov müqaviləsindən görünür ki, xx xxxxxx 2016-cı il tarixli, 19/Bz-16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 810,4 qram olan cəmi 18166 manat dəyərində qızıl-zinət əşyalarını “X12 X6” MMC-yə girov qoymuşdur. xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli, 19/Bz- 16 №-likredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsinə və həmin əşyaların məhkəməyə müraciət edilmədən bankda qızıl-zinət əşyaları qiymətləndirilən zaman qoyulan və girov müqaviləsində də göstərilən qiymətə satılaraq iddiaçı qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli, 19/Bz-16 №likredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 30163,11 manat əsas borcu və 6949,48 faiz borcu vardır. “X12 X6” MMC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 423/Şm-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 55 faiz hesablanması şərti ilə 30 ay müddətinə 32250 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 32250 manat məbləğində vəsait verilmişdir. xx xxxxxx 2016-cı il tarixli, 423/Şm-16 №-li girov müqaviləsindən görünür ki, xx xxxxxx 2016-cı il tarixli, 423/Şm-16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 897,8 qram olan cəmi 29123 manat dəyərində qızıl-zinət əşyalarını “X12 X6” MMC-yə girov qoymuşdur. xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli, 423/Şm-16 №-likredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsinə və həmin əşyaların məhkəməyə müraciət edilmədən bankda qızıl-zinət əşyaları qiymətləndirilən zaman qoyulan və girov müqaviləsində də göstərilən qiymətə satılaraq iddiaçı qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli, 423/Şm-16 №likredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 26616,33 manat əsas borcu və 11730,50 manat faiz borcu vardır. xx.xx.2017-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh 10 gün müddətində banka olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, girovun satılacağı və hərracın yeri barədə Cavabdeh xəbərdarlıq olunmuşdur. xx.xx.2019-cu il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, “X12 X6” MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. “X12 X6” MMC-nin xx xxxx 2018-ci il tarixli hərrac şurasının protokolundan və xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh “X12 X6” MMC-yə girov qoyduğu qızıl-zinət əşyaları cəmi 7731 manata X1. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-1 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 2037,50 manat olan 97,70 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X3 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-2 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 1323 manat olan 62,50 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X3 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-3 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 5119,50 manat olan 233,80 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-4 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 5054,50 manat olan 234,90 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-5 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 7299,50 manat olan 335,80 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-6 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 11365,50 manat olan 499,80 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-7 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 2732,50 manat olan 127,60 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-8 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 12827 manat olan 566,80 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-11 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 6120,50 manat olan 290,70 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-12 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 1470,50 manat olan 64,70 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-13 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 3223 manat olan 149,70 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-8 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 4659,50 manat olan 227,20 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-18 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 6839,50 manat olan 328,70 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-17 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 4378,50 manat olan 204,60 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-19 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 1220,50 manat olan 51,60 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-21 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 8418 manat olan 382,30 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-22 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 18166 manat olan 810,40 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-25 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 19536,80 manat olan 603,50 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-24 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 5106,40 manat olan 173,80 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-30 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 4067,30 manat olan 125,80 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-31 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 3757,50 manat olan 117,90 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-32 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 5267 manat olan 168,10 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-33 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 5207,10 manat olan 156,70 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-34 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 7088,60 manat olan 220 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-35 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 4735,60 manat olan 150,20 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2016cı il tarixli ******* G-36 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 6824,60 manat olan 202,80 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2017ci il tarixli ******* G-42 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 2901,10 manat olan 93,60 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2017ci il tarixli ******* G-44 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 1985,50 manat olan 64,20 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2017ci il tarixli 662263 G-43 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 2183,70 manat olan 70,20 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2017ci il tarixli ******* G-41 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 2033,20 manat olan 61,80 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2017ci il tarixli ******* G-42 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 2901,10 manat olan 93,60 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018ci il tarixli 24023 №-li ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatlarından və xx.xx.2016-cı il tarixli, 84/Şm-16 nömrəli, xx.xx.2016-cı il tarixli 15/Bz-16 nömrəli, xx.xx.2016cı il tarixli 11/Bz-16 nömrəli, xx.xx.2016-cı il tarixli 10/Bz-16 nömrəli, xx.xx.2016-cı il tarixli 16/Bz-16 nömrəli, xx.xx.2016-cı il tarixli 13/Bz-16 nömrəli, xx.xx.2016-cı il tarixli 17/Bz-16 nömrəli, xx.xx.2016-cı il tarixli 12/Bz-16 nömrəli, xx.xx.2016-cı il tarixli 19/Bz-16 nömrəli, xx xxxxxx 2016-cı il tarixli 423/Şm-16 nömrəli kredit müqavilələri üzrə qeyd olunan şərtlər nəzərə alınmaqla xx.xx.2018-ci il tarixədək Cavabdeh ümumilikdə banka olan borcu 246.463,65 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 15926 №-li ekspert rəyində qeyd olunmuşdur ki, birinci və ikinci suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” Cavabdeh tərəfindən “X12 X6” MMC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2016-cı il tarixli, 84/SM-16 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 188,39 manat, xx.xx.2016-cı il tarixli 10/BZ- 16 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 7.578,61 manat, faiz borcu üzrə 1.608,26 manat, xx.xx.2016-cı il tarixli 11/BZ-16 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 693,42 manat, xx.xx.2016-cı il tarixli 12/BZ-16 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 16.572,18 manat, faiz borcu üzrə 3.812,81 manat, xx.xx.2016-cı il tarixli 13/BZ-16 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 42.438,16 manat, faiz borcu üzrə 14,970 maanat, xx.xx.2016-cı il tarixli 16/BZ-16 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 54,72 manat, xx.xx.2016-cı il tarixli 15/BZ-16 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 41.037,83 manat, faiz borcu üzrə 14.467,29 manat, xx.xx.2016-cı il tarixli 17/BZ-16 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 22.518 manat, faiz borcu üzrə 5.064,40 manat, xx.xx.2016-cı il tarixli 19/BZ-16 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 30.163,11 manat, faiz borcu üzrə 6.949,48 manat, xx.xx.2016-cı il tarixli, 423/SM-16 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 26.616,33 maanat, faiz borcu üzrə 11.730,50 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/1446 №-li ekspert rəyində qeyd olunmuşdur ki, birinci və ikinci suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” Cavabdeh tərəfindən “X12 X6” MMC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2016-cı il tarixli, 84/SM-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 188,39 manat, xx.xx.2016-cı il tarixli 10/BZ-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 7.578,61 manat, faiz borcu üzrə 1.608,26 manat, xx.xx.2016cı il tarixli 11/BZ-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 693,42 manat, xx.xx.2016-cı il tarixli 12/BZ-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 16.572,18 manat, faiz borcu üzrə 3.812,81 manat, xx.xx.2016-cı il tarixli 13/BZ-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 42.438,19 manat, faiz borcu üzrə 14,970 maanat, xx.xx.2016-cı il tarixli 16/BZ-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 54,72 manat, xx.xx.2016-cı il tarixli 15/BZ-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 41.037,83 manat, faiz borcu üzrə 14.467,29 manat, xx.xx.2016-cı il tarixli 17/BZ-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 22.518 manat, faiz borcu üzrə 5.064,40 manat, xx.xx.2016-cı il tarixli 19/BZ-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 30.163,11 manat, faiz borcu üzrə 6.949,48 manat, xx.xx.2016-cı il tarixli, 423/SM-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 26.616,33 maanat, faiz borcu üzrə 11.730,50 manat. Beləliklə ’’Borcalan” Cavabdeh tərəfindən «xxxxxxxxxxxxxxxxx» MMC-dən alınmış kredit vəsaitinə görə bütün müqavilələr üzrə banka ödənilməli olan ümumi borcu 246.463,52 manat məbləğində müəyyən edilir. Məhkəmənin ekpsertiza təyini haqqında xx.xx.2020-ci il tarixli qərardadında girovların satışından əldə edilmiş 158.315 (bir yüz əlli səkkiz min üç yüz on beş) manat və girovların satışı ilə əlaqədar olmayan ödəniş qəbzləri nəzərə alınmaqla (ən azı 158.315+133.668=291.983 manat olmaqla) cavabdehin hər bir müqavilə üzrə ayrılıqda və bütün müqavilələr üzrə cəmi borcu nə qədər təşkil olunması sualı qoyulmuşdur. Lakin iş materiallarında girovların satılması ilə bağlı hər hansı bir sənədlərin eləcə də girovların satışından əldə edilmiş pul vəsaitlərinin kredit müqavilələrinə yönəldilməsi barədə heç bir məlumat mövcud deyildir. Lakin buna baxmayaraq qərardadda olduğu kimi girovların satışından əldə edilmiş 158.315,00 manat məbləğində ödəniş də nəzərə alındıqda Cavabdeh «xxxxxxxxxxxxxxxxx» MMC-yə ödənilməli olan borcu 88.148,52 manat məbləğində müəyyən olunur. (246.463,52 - 158.315,00) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsi borc müqaviləsinin məzmununu müəyyən edir. Həmin normada qeyd edilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, borc müqaviləsi üzrə kreditorun əsas vəzifəsi pul vəsaiti üzərində mülkiyyət hüququnu borc alana vermək, hüququ isə həmin vəsaitin vaxtında qaytarılmasını, qaytarılma şərtləşdirilmiş vaxtda və qaydada həyata keçirilmədikdə, müqaviləyə vaxtından əvvəl xitam verilməsi və borcun birdəfəlik qaydada tam şəkildə qaytarılmasını tələb etmək hüququ vardır. Hazırkı işdə də, cavabdeh iddiaçı təşkilatdan daha əvvəl götürdüyü kredit borclarının bir hissəsini şərtləşdirilmiş vaxtda qaytarmayıb. Odur ki, iddiaçının cavabdehlə bağladığını bütün kredit müqavilələri üzrə borcların eyni anda tələb etmək hüququ yaranıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İş üzrə keçirilmiş hər üç ekspertiza araşdırması nəticəsində cavabdehin bütün kredit müqavilələri üzrə iddiaçıya ödənilməmiş əsas və faiz borcunun cəmi 246,463,52 manat olması müəyyən olunur. Bununla belə, sözügedən kreditlər iddiaçının təqdim etdiyi qızıl-zinət əşyalarının girovu ilə təmin edilib. Həmin qızıllar satılaraq kreditin bir hissəsinin ödənilməsinə sərf edilib. İş materiallarında onların hərracda satılması ilə bağlı sübutlar olmasa da, həmin qızılların cavabdehə qaytarılmaması və iddiaçının bundan imtinası onların borcla əvəzləşdirildiyini deməyə əsas verir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin qızıl-zinət əşyalarının girov müqavilələrində müəyyən edilmiş dəyəri borcdan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 280.1.-ci maddəsinə əsasən, girov müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. İddianın əsaslandığı kreditlərin təminatı kimi bağlanmış girov müqavilələrindən göründüyü kimi, cavabdeh onunla bağlanmış kredit müqavilələri üzrə borclarını təmin etmək üçün qızıl-zinət əşyalarını iddiaçının girovuna vermiş və iddiaçıya ünvanlanmış əlavə ərizələrlə kredit borclarını ödəyə bilməyəcəyi halda tutmanın məhkəmə qərarı olmadan girov predmetinə yönəldilməsinə razılıq vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/1446 №-li ekspert rəyində də qeyd edilir ki, qərardadda göstərildiyi kimi, girovların satışından əldə edilmiş 158.315,00 manat məbləğində ödəniş də nəzərə alındıqda Cavabdeh «xxxxxxxxxxxxxxxxx» MMC-yə ödənilməli olan borcu 88.148 manat məbləğində müəyyən olunur. (246.463,52 – 158.315). Lakin, girov qoyulmuş qızılzinət əşyalarının ümumi qiyməti 158,317,50 manat olda da, x xxxxxx 2016-cı il tarixli girov müqaviləsi ilə 18166 manat məbləğində qiymətləndirilmiş qızıllar sonradan hərrac vasitəsilə 7731 manata satılmış, cavabdeh tərəfindən isə həmin hərracın nəticələri mübahisələndirilməmişdir. Belə olan halda, girov qoyulmuş və satılmış qızılların ümumi dəyəri 158,317,50 manat deyil, 147,882,50 manat (158,317,50-18166+7731) təşkil edir. Belə olduqda isə, ekpsert rəyləri ilə müəyyən olunmuş 246,463,52 manat borcdan həmin qızılların yekun qalığı kimi 147882,50 manat çıxıldıqda qalıq borcun 98.581,02 manat olması qənaətinə gəlinir. Cavabdeh və onun nümayəndəsinin girov müqavilələrinin lombard müqaviləsi olması, belə olan halda isə girov predmetlərindən əldə olunan vəsaitin əsas borc tələbini ödəməsə belə, kredit borcuna xitam verilməli olması ilə bağlı iddiasına münasibət bildirən məhkəmə hesab edir ki, həmin müqavilələr lombard müqaviləsi hesab edilə bilməz. Bəli, mülki qanunvericilik əşyanın adi girovu ilə lombardda girovunun tutmanın yönəldilməsindən sonra əsas borcun xitamı məsələsində fərqlərini müəyyən edir. Belə ki, Mülki Məcəllənin 298.3.-cü maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 302.7.-ci maddəsində isə qeyd edilir ki, əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Göründüyü kimi, birinci halda girov qoyulmuş əşyanın satışından götürülən məbləğ borcun tam ödənilməsi üçün yetərli olmadıqda, tələbin qalan hissəsini tələb etmək hüququ aktiv qalsa da, lombardda girov halında bu hüquqa xitam verilir. Lakin, hazırkı iş üzrə müqavilələri nəzərdən keçirən məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən girov müqavilələri lombard müqaviləsi hesab edilə bilməz. Belə ki, əvvəla həmin müqavilələrin heç birində lombard girovu anlayışından istifadə olunmayıb. İkincisi, Mülki Məcəllənin 302.2.-ci maddəsində qeyd edilir ki, əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Hazırkı işdə isə, belə biletin verilməsi təsdiq olunmur. Odur ki, həmin müqavilələri lombard müqaviləsi hesab etmək olmaz. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, cavabdehin iddiaçıya yekun borcu 98.581,02 manat təşkil edir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 98.581,02 manat məbləğində pul tutularaq iddiaçı “X12 X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12 manat məbləğində pul Cavabdeh iddiaçı “X12 X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 18 manat hissəsi iddiaçı “X12 X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 290 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 98.581,02 (doxsan səkkiz min beş yüz səksən bir manat iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X12 X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12 (on iki) manat məbləğində pul Cavabdeh iddiaçı “X12 X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 18 (on səkkiz) manat hissəsi iddiaçı “X12 X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 290 (iki yüz doxsan) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** X13 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar