Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-808/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25307 (iyirmi beş min üç yüz yeddi) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona məxsus Bakı şəhəri Suraxanı ray, Hövsan qəs, E.Qasımov küç 15 saylı binanın yanında yerləşən “Ballı” marketdə işləmişdir. İddiaçı 12 noyabr 2020-ci il tarixdə iş yerinə gəldikdən sonra marketin içərisində olan mühasibatlıq otağına keçmiş və bir gün əvvəl kompüter stolunun siyirtməsinə qoyulmuş 25.307 manat məbləğində pulun yerində olmadığını müəyyən etmişdir. Otağı axtarsa da, pulu tapa bilməmişdir. İşçilərdən marketdə axşam mühafizəçi olan X1, səhər növbəsində mühafizşəçi olan Şahin səhər saat 09:00-da işə gələrkən E.Quliyevi marketdə görmədiyini demişdir. Marketdə olan müşahidə kameralarına baxdıqda E.Quliyevin səhərə yaxın kameralarını söndürdüyünü gördükdə mühasibatlıq otağında saxlanılan 25.307 manat pulun məhz E.Quliyev tərəfindən oğurlandığını başa düşmüşdür. Bundan sonra hüquq mühafizə orqanlarına müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 1(010)-290/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçıya həmin pul məbləğini qaytaracağını və buna görə də şikayət etməməsini xahiş etsə də, lakin şikayət etmişdir. Hazırda cəzaçəkmə müəssisəsində olduğundan həmin vəsaiti ödəmək imkanının olmadığını və bu səbəbdən də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. İş materiallarında Suraxanı Rayon Məhkəməsinin 1(010)-290/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh AR CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, ona 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, cəzanın çəkilməsi Cavabdeh ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmiş, Cavabdeh məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmış, hökm qanuni qüvvəyə minənədək Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmış, cinayət qanuni ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxs Cavabdeh rəsmi qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququnun olduğu zərərçəkmiş şəxs İddiaçı izah edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, E.E.Quliyevin cinayət əməli nəticəsində zərrəçəkmiş şəxs İddiaçı 25.307 manat maddi ziyan vurulmuş və həmin maddi ziyan halhazıradək ödənilməmiş, habelə cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxs İddiaçı tərəfindən məhkəməyə mülki iddia verilməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh iddiaçıya məxsus 25.307 manat məbləğində pul vəsaitini oğurlamaqda təqsirli bilinərək AR CM-nin 177.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və ona 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Hazırki iş üzrə məhz iddiaçı mülki mühakimə icraatı qaydasında cavabdeh tərəfindən ona vurulmuş zərərinin ödənilməsini tələb edir. Cavabdeh də öz növbəsində həmin pul vəsaitini götürdüyünü, lakin hazırda cəzaçəkmə müəssisəsində olduğu üçün ödəmək imkanının olmadığını, azadlığa buraxılacağı təqdirdə həmin pul vəsaitini hissə-hissə ödəməklə iddiaçıya qaytara biləcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Suraxanı Rayon Məhkəməsinin 1(010)-290/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən də göründüyü kimi, Cavabdeh İddiaçı məxsus 25.307 manat məbləğində pul vəsaitini oğurlaması faktı öz təsdiqini tapmışdır. AR MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı ona dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə yuxarıda sadalanan normalara əsaslanaraq qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya qeyd olunan məbləğdə maddi ziyan vurması halı işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddian təmin edildiyindən iş üzrə ödənilmiş 167 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Quluyev Elçı̇ n Elman oğlundan 25.307 ( iyirmi beş min üç yüz yeddi) manat pul vəsaiti tutularaq iddiaçı Əsədov Elçı̇ n Elman oğluna ödənilsin. İş üzrə ödənilmiş 167 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-808/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-808/2023
15.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver