Məhkəmə qərarları › İş №2(010)-82/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-82/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-82/2022 10.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Banka 14077.70 ABŞ dolları əsas, 19741.95 ABŞ dolları faiz, 1632.21 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 78.10 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 35529.96 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binasına və 0.00347 ha torpaq sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış binasının və torpaq sahəsinin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına və 0.00347 ha torpaq sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına və 0.00347 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına və 0.00347 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış binasının boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, cavadehlə məhkəmədənkənar qaydada razılıq əldə olunduğuna görə məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfindən verilmiş ərizəni və cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə nəticəyə gələrkən məhkəmə, iclas barədə lazımınca xəbərdar edilmiş cavabdehin məhkəmə iclasında iştirak etməməsini onun işə mahiyyəti üzrə baxılmasına dair tələbinin olmaması kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa, iş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi mövcuddur və bu rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğindədir. Həmçinin, iş materiallarında "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş iki qiymətləndirici mütəxəssis rəyi mövcuddur. Hər iki rəyin verilməsi üçün xərc 150 manat məbləğində müəyyən edilmişdir. Hansı ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası, həm də qiymətləndirici mütəxəssis rəylərinin alınması barədə qərardadlardan biri cavabdehin, digəri isə iddiaçının vəsatəti əsasında qəbul edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə 150 manat məbləğində xidmət haqqı ödənilmişdir. Belə olan halda həm mühasibatlıq ekspertizası xərci (50 manat), həm də "xxxx" MMC-nin ödənilməmiş xidmət haqqı (150 manat) Cavabdeh tutularaq müvafiq hesablara ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Cavabdeh 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Cavabdeh 150 (yüz əlli) manat məbləğində xidmət haqqı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesablaşma hesabı: AZ45AİİB********************, "xxxx" ASC, Kod: 200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X, AZ37NABZ013501**********1944) ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar