Məhkəmə qərarları › İş №2(010)-824/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-824/2023

03.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-824/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-483/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh tutulduğu 02 gün müddətin azadlıqdan məhrumetmə cəzasının 02 gününə bərabər tutulmaqla, onun cəzasından 02 gün çıxılaraq üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması hökm edilmişdir.

2. Hökmə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq edilmişdir.

3. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 35 manat məbləğində rüsum ödənilmişdir.

İşin faktiki halları

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-483/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh tərəfindən İddiaçı qarşı oğurluq əməlinin törədilməsi və onun 1500 manat pulunun ələ keçirilməsi işin mübahisəsiz hallarıdır.

İddia tələbi

5. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğurluq hadisəsi nəticəsində ona dəymiş 1500 manat məbləğində maddi ziyanın əvəzinin bu hadisənin törədilməsində təqsirli bilinən Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

7. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış və bu barədə hökmdə qeyd edilmişdir. Hökmdə ona dəymiş ziyan da göstərilib və həmin ziyanın 1500 manat olması qeyd olunub. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

11. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-483/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və təqdiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdiyi ifadələrlə, digər iş materialları ilə sübuta yetirilmişdir. Qeyd olunan cinayət hadisəsi nəticəsində isə hazırki iş üzrə İddiaçı 1500 manat məbləğində ziyan dəyməsi hökmlə öz təsdiqini tapmışdır.

12. Göründüyü kimi qeyd olunan hallarla bağlı yenidən mülki mühakimə icraatı qaydasında araşdırma aparılması yolverilən deyil. Çünki artıq qanuni qüvvəsini almış məhkəmə hökmü ilə cavabdeh həmin əməllərə görə məhkum edilmiş və iş üzrə çıxarılmış hökmdə zərərin məbləği göstərilmişdir. Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. İddiaçı təmin edildiyi üçün 35 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh 35 (otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar