Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-832/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X24 oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə İddiaçı Musayev Əlı̇ mı̇ rzə Musarza oğlunun Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 olmaqla) pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı Musayev Əlı̇ mı̇ rzə Musarza oğlu Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 olmaqla) pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 3, 10 saylı evin alınmasına görə Cavabdeh verdiyi 17 min manat pulun və həmin evin təmirinə görə sərf etdiyi 18 min manat pulun, eyni zamanda dövlət rüsumu kimi ödədiyi 195 manatın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh keçmiş həyat yoldaşı X4 yaxın rəfiqəsidir. 2022-ci ildə cavabdeh ona etibarnamə verərək Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Əzizbəyov küçəsi, 3 döngəsi, 10 saylı paylı mülkiyyətdə olan mənzilin sənədlərini hazırlayaraq onu satsın. Lakin evin sənədlərində problem olduğu üçün onu satmaq çətin olduğundan Züleyxa xanımla razılığa gəlmişdir ki, evə 17 (on yeddi min) manat verib özü alsın. Ev paylı mülkiyyətdə olduğundan və digər payçılar müəyyən olunmadığından alqı-satqı etmək mümkün deyildi. Lakin o, Züleyxa xanım və oğlu Vüqar ilə belə razılığa gəldi ki, 17 min manat verib evi özü alsın. Onunla razılaşdıqdan sonra o, evin təmirinə başladı və 18 min manat təmirə pul xərclədi. Bundan sonra o, Züleyxa ilə evin alqı-satqısına cəhd göstərsə də, o bundan yayınmışdır. Hazırda da həmin ev onun mülkiyətində qalmışdır. Hazırda həmin evdə xəsta qızı Musayeva Lamiyə öz anası ilə, yəni keçmiş həyat yoldaşı Sevil Musayeva ilə bərabər yaşayırlar. Buna baxmayaraq o, Cavabdeh aldığı evdə yaşaya bilmir. Odur ki, belə hesab edir ki, Cavabdeh ya onun pulunu qaytarmalı, ya da ki, onunla alqı-satqı etməlidir. Qeyd edir ki, Cavabdeh 17 min manat evin alınmasına görə pul verməsini Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-4749/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X17 və məhkəmədə şahid qismində dindirilmiş X11 təsdiq etmişdir. Halbuki, həmin şəxslər onunla düşmənçilik münasibətindədirlər. Budan əlavə evin təmiri üçün çəkdiyi 18 min manat pulun sırf onun tərəfindən ödənilməsi faktını orada işləyən şəxslər, yəni usta və fəhlələr təsdiq edə bilərlər. Həmçinin Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin polis sahə rəisi polis mayoru Şahid1 mübahisəli evə görə Cavabdeh 17 min manat verdiyini təsdiq edə bilər. Göründüyü kimi hazırda o, pul verib aldığı evdən istifadə edə bilmir. Cavabdeh nə pulunu ala bilmir, nə də ki, onunla evin alqı-satqısına dair müqavilə bağlamaq üçün notariat orqanına getmir. Odur ki, mübahisəli məsələnin həlli üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
4. İddia tələbinə etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, mənzilində yaşamaq üçün xx.xx.2022-ci il tarixdə aldığı 17.000 manat İddiaçı həmin ərəfədə nikahda olduğu həyat yoldaşı X5 iştirakı, onların birgə razılığı ilə alınmışdır. Həmin ərəfədə aralarında narazılıq, mübahisə olmamış və sənədləşdirib alqı-satqı etmək mümkün olmadığını əvvəldən bilsə də, onu aldadıb ondan 1.000 manat almışdır. 2022-ci ilin dekabr ayının ortalarına qədər bu evdə ailəsi ilə birlikdə (oğlu, qızı, gəlini, 3 nəvəsi həyat yoldaşı Musayeva Sevil ilə) yaşamış, ailələrinin dağılmasına səbəb olmuş bir xanımla tanış olmuş və evdən çıxıb getmişdir. 2023-cü ilin noyabr ayında nikahları pozulmuş və yalnız bundan sonra əsassız Suraxanı RPİ-nin 31-ci PŞ-nə şikayətlər etmişdir. Polis araşdırılması nəticəsində məlum olmuşdur ki, əvvəl nikahda olduqları ərəfədə, nikahdan sonra aldıqları, yaşadıqları evi 42000 manata satdıqdan sonra qeyd olunan ünvanda onun mülkiyyətində yaşamaq üçün mənzilə verlən 16.000 manat pul İddiaçı keçmiş həyat yoldaşı X5 payı olduğu üçün aldığı pulun müqavilində qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evini yaşayan X5, ailə üzvlərinin (oğlu X17, gəlini X18, nəvələri Musayev Məhəmməd, Musayeva Sevil və qızı X8) istifadəsinə verməklə mülkiyyət hüququndan onların xeyrinə imtina etməklə xx.xx.2024-cü il tarixdə Bakı 11 saylı Mediasiya Təşkilatında tərəflər arasında saziş tərtib olunmuşdur. Həmçinin iddiaçının ərizədə qeyd etdiyi evin təmirinə xərclədiyi 18.000 manatla əlaqədar bildirir ki, bundan xəbəri yoxdur. Təmir işləri bu evdə bu günə kimi yaşayan Sevil Musayeva və oğlu Ülvi Musayev tərəfindən aparılmış, kommunal xərclər (qaz, su, işıq) Musayeva Sevil tərəfindən ödənilmişdir.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh təqdim etdiyi etiraz ərizəsində qeyd olunanları uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 bildirdi ki, qeyd olunan fərdi yaşayış evini 17000 manata iddiaçı ilə nikahda olduqları zaman cavabdehdən almışdır. Daha sonra, iddiaçı cavabdehdən 1000 manat pul vəsaitini almış və cavabdeh həmin mənzili ona (X6) 16000 manata satmışdır.
İş materialları.
8. ƏMDX DƏDKR publik hüquqi şəxsinin Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/2 hissədə Cavabdeh mülkiyyətindədir (qeydiyyat tarixi xx.xx.2014-cü il) və X9 mülkiyyətində olan 1/2 hissədə pay (qeydiyyat tarixi xx.xx.2014-cü il) açıq qalmışdır.
9. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən Çıxarışdan görünür ki, xx.xx.2022-ci il qeydiyyat tarixli etibarnamə əsasında mülkiyyətçi (etibar edən) Cavabdeh etibar edilən X6 “bütün dövlət və qeyri-dövlət orqanlarında onu təmsil etməyi, bütün sənədləşmə işlərini aparmağı, lazımi sənədləri təhvil verməyi, almağı, bank əməliyatları aparmağı, kommunal xərcləri ödəməyi, sayğac qoymağı, müqavilə bağlamağı, müqavilədə imza etməyi, dövlət rüsumunun ödənilməsini, ona çatası, PİN kodun, kartların, çıxarışın, texniki pasportun, arayışların, şəhadətnamələrin və digər sənədlərin alınmasını, plastik kartların dəyişdirilməsini, adından ərizə yazmağı, imza etməyi, notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamağı və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi” etibar etmişdir.
10. AZ-İ seriyalı, 463949 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X11 arasında olan nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir (şəhadətnamənin verildiyi tarix xx.xx.2023-cü il).
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh məxsus ½ hissəsinin (50 kv.m) ekspertiza rəyi nəzərə alınmaqla naturada ayrılması qət edilmişdir.
12. Birinci Tərəf Cavabdeh və İkinci X2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-00707 nömrəli Barışıq Sazişindən görünür ki, 1. Tərəflər razılaşırlar ki, bu Saziş imzalandıqdan sonra Birinci Tərəf xx.xx.2022-ci il tarixdə İkinci Tərəfdən aldığı (götürdüyü) 16 000 (on altı min) manat pulun müqabilində Birinci Tərəfə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsini (cəmi 50 kv.m) İkinci tərəfə tam istifadəyə verməklə, mülkiyyət hüququndan İkinci Tərəfin xeyrinə imtina etməklə, həmin fərdi yaşayış evinə sərəncam hüququ verməyi öz öhdəsinə götürür. 2. Birinci Tərəf aşağıda adları qeyd edilən şəxslər yuxarıda qeyd edilən ünvana qeydiyyata salacağını öz öhdəsinə götürür: a)İkinci Tərəfin özünü, b) X16 Ülvi Əlimirzə oğlu və gəlini X13, c) İkinci Tərəfin nəvələri X14, X15 və X19, d) İkinci Tərəfin qızı X7. 3. Tərəflər yuxarıda qeyd edilən öhdəlikləri icra etmək məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq Notariusda, DƏDRX-də və digər dövlət və qeyri-dövlət orqanlarında öz üzərlərinə düşən zəruri addımları atacaqlar. 4. X25 imzaladığı andan qüvvəyə minir və Tərəflər öz öhdəliklərini icra edən anadək qüvvədədir.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-4749/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə iclasında izahatı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X17 bildirmişdir ki, “İddiaçı onun atasıdır. 2022-ci il tarixdə Suraxanı rayonu, 1-ci Bül-bülə küçəsində yerləşən evlərini 42000 manata atası Əlimirzə satmış, 17000 manat pulu qonşuluqda yaşayan Cavabdeh ödəyərək ondan ev almışdır. Qalan pulları atası özü götürmüşdür”. Eyni zamanda həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirdi ki, İddiaçı ilə 1985-ci ildə ailə qurmuş, birgə evlilikdən 2 övladları vardır. X3 15 yaşından şizofreniya paranoid xəstəliyindən əziyət çəkir. 2022-ci ildə Suraxanı rayonu, 1-ci Bülbülə küçəsində yerləşən evi 42000 manata satmışlar. 17000 manat pulu qonşuluqda yaşayan Cavabdeh ödəyərək ondan ev almışlar. Əlimirzə ilə aralarında baş verən mübahisələr səbəbindən 2023-cü ildə rəsmi ayrılmışlar. Ayrıldıqdan sonra Əlimirzə onlarla birlikdə yaşamır.
14. AN-İ ******* nömrəli, xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, satıcı Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən onun paylı mülkiyyətində olan ½ hissəni (46.15 kv.m) 16.000 (on altı min) manata alıcı X1.
15. Məhkəmənin 17 mart 2025-ci il tarixli iclasında şahid qismində dindirilən Şahid3 bildirdi ki, qeyd olunan fərdi yaşayış evində təqribən 1 il əvvəl usta kimi işləmişdir. O vaxt tərəflərin münasibətləri mehriban idi. Usta işlərinin yerinə yetirilməsinə görə Əlimirzədən 600 manat pul almışdır.
İşin faktiki halları.
16. İşin faktiki halları ondan ibarətdir ki, iddia tələbində qeyd olunan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi Cavabdeh mülkiyyətindədir və qeyd olunan fərdi yaşayış evinə münasibətdə onun payı məhkəmə qətnaməsi əsasında (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə) naturada ayrılmışdır. Daha sonra, Cavabdeh məxsus olan həmin paya münasibətdə onunla X11 arasında yuxarıda qeyd olunan şərtlərlə barışıq sazişi imzalanmışdır. Bundan sonra, AN-İ ******* nömrəli, xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən onun paylı mülkiyyətində olan ½ hissəni (46.15 kv.m) 16.000 (on altı min) manata X1. Hazırki iddia tələbində iddiaçı qeyd olunan fərdi yaşayış evinin alqı-satqısı üçün pul vəsaitinin cavabdehə onun tərəfindən ödənildiyini bildirir və hazırda ödədiyini qeyd etdiyi 17000 manat pul vəsaitini və təmir üçün sərf etdiyini bildirdiyi 18000 manat pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edir və bildirir ki, qeyd olunan fərdi yaşayış evindən onun payına düşən hissəni iddiaçı ilə X11 birgə nikahda olduqları zamanı onlara satmış və bununla bağlı aralarında alqı-satqı müqaviləsi imzalanmışdır və hazırda X11 həmin fərdi yaşayış evində yaşayır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi
19. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.
20. Məhkəmə iddiaçının hazırkı tələbinə münasibətdə qeyd edir ki, iddiaçının cavabdehlə evin 17 min manata alınması barədə razılığa gəlmələri, pulu cavabdehə versə də, cavabdehin razılaşmaya zidd olaraq evi iddiaçının adına keçirməməsi barədə bildirdikləri maddi hüquq normalarının tələbləri baxımından iddianın təmin edilməsi üçün əsas deyildir. Ona görə ki, işin hallarından göründüyü kimi, tərəflər arasında həqiqətən də mübahisəli evin alqı-satqısı ilə bağlı sövdələşmə olmuş, sövdələşmə olan dövrdə İddiaçı ilə Sevil Musayeva rəsmi nikah münsibətlərində olmuşlar və sözügedən sövdələşmə də elə üç nəfər arasında Sevil Musayeva, İddiaçı və evin satıcısı olan Cavabdeh arasında baş tutmuşdur. Həmin dövrdə tərəflərin nikah münasibətləri normal olmuş, onlar bir yerdə ailə təsərrüfatı idarə etmiş və tələb edilən 17000 manat pul da iddiaçı tərəfindən evin alınmasına görə o dövrdə verilmişdir. İş üzrə şahid kimi dindirilən şəxsin ifadəsindən də məlum olur ki, o mübahisəli evdə usta kimi işləyəndə İddiaçı ilə Sevil Musayevanın münasibətləri normal olmuş və onlar həmin evdə birlikdə yaşamışlar. Deməli, belə nəticəyə gəlinir ki, İddiaçı nikahda olduğu dövrdə cavabdehlə evin alqı-satqısı barədə razılaşmış, sonradan da həmin evdə bir müddət Sevil Musayeva ilə birlikdə yaşamışdır. Bu xüsusda pulun şəxsən İddiaçı tərəfindən Cavabdeh təqdim edilməsinin də hər hansı hüquqi anlamı yoxdur. Cavabdehin evin alqı-satqısı ilə bağlı anlaşmanı və alqı-satqı müqaviləsini iddiaçı ilə deyil, X11 ilə bağlaması isə iddianın təmin edilməsi üçün əsas ola bilməz. Fərdi yaşayış evinə münasibətdə alqı-satqı müqaviləsinin xx.xx.2024-cü il tarixdə, yəni artıq İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 arasında rəsmi nikah pozulduqdan sonra (onlar arasında olan rəsmi nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir) bağlanmasına baxmayaraq, məhkəmə iclasında proses iştirakçılarının izahatı ilə müəyyən edilmişdir ki, qeyd olunan fərdi yaşayış evi İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 rəsmi nikahda olduqları dövrdə artıq onlara satılmışdı. Göründüyü kimi, qeyd olunan fərdi yaşayış evi alqı-satqı dəyərinin İddiaçı və ya müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 tərəfindən ödənilməsindən aslı olmayaraq onların rəsmi nikahda olduqları, yəni birgə təsərrüfat idarə etdikləri dövrdə əldə edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində qeyd olunan fərdi yaşayış evinin alqı-satqı ilə bağlı pul vəsaitini Cavabdeh tələb etməkdə haqlı deyildir. Belə ki, qeyd olunan fərdi yaşayış evi onunla X4 birgə nikahda olduqları dövrdə əldə edildiyindən o birgə nikahda əldə edilmiş əmlaka və ya pul məbləğinə münasibətdə müvafiq tələblə X6 qarşı məhkəməyə müraciət edə bilər.
21. Məhkəmə bunun davamı olaraq iddia tələbinin “evin təmirinə sərf edildiyini qeyd edilən 18 000 manat pul vəsaitinin cavabdehdən tutulmasına” münasibətdə bildirir ki, artıq yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla iddia tələbi bu hissədə də təmin edilə bilməz.
Məhkəmə xərcləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 195 manat dövlət rüsumu iddiaçı Musayev Əlı̇ mı̇ rzə Musarza oğlunun özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
25. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Musayev Əlı̇ mı̇ rzə Musarza oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 195 manat dövlət rüsumu iddiaçı Musayev Əlı̇ mı̇ rzə Musarza oğlunun özünə aid edilməlidir.
26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddiaçı Musayev Əlı̇ mı̇ rzə Musarza oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 195 manat dövlət rüsumu iddiaçı Musayev Əlı̇ mı̇ rzə Musarza oğlunun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.