Məhkəmə qərarları › İş №2(010)-833/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-833/2022

25.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-833/2022 25.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 9833 manat, Mediasiya xərci kimi ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 69 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Oba Market” MMC ilə Cavabdeh arasında bağlanmış 10.08.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X5 haqqında müqavilə imzalanmışdır. 03.02.2018-ci il tarixli 049-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 17.02.2021-ci il tarixli 99-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki. 11.02.2019-cu il, 18.06.2019-cu il, 08.05.2020-ci il, 03.08.2020-ci il,10.12.2020-ci il və 24.12.2020-ci il tarixdə Oba mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 16113 (on altı min yüz on üç) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 4642 (dörd min altı yüz qırx iki) manat güzəşt edilmiş və 1638 (bir min altı yüz otuz səkkiz) manat şirkətdən alacağı vəsaitdən qarşılanmış, qalıq borc 9833 (doqquz min səkkiz yüz otuz üç) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 11.02.2019-cu il, 18.06.2019-cu il, 08.05.2020-ci il, 03.08.2020-ci il,10.12.2020-ci il və 24.12.2020-ci il tarixlərdə “OBA Marketdə” inventarizasiya aparılmış və «OBA Market” MMC-nin iddiasına əsasən ona maddi ziyan vurulması halı müəyyən edilmişdir. Lakin «OBA Market” MMC həmin hadisədən bir il keçdikdən sonra, yəni 10.01.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddiaçı «OBA Market” MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 cavabdehin qeyd etdiklərinə uyğun izahat verərək iddia tələbinin müddət keçdiyinə görə təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10.08.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, tərəflər arasında ilk 3 ay sınaq müddəti olmaqla müddətsiz əmək müqaviləsi bağlanmış və əmək münasibətləri yaranmış və Cavabdeh satıcıkassır vəzifəsində işə qəbul olunmuşdur. - X5 haqqında müqavilədən göründüyü kimi Cavabdeh İddiaçı MMC qarşısında satıcı-kassir vəzifəsi üzrə ona etibar edilmiş görüləcək işi layiqincə yerinə yetirməyi X5lə öz üzərinə götürmüşdür. Cəmiyyət üzrə 03.02.2018-ci il tarixli 049-K saylı əmrdən vermiş çıxarışdan göründüyü kimi Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinə 03.02.2018-ci il tarixindən Administrator vəzifəsinə keçirilmiş və ştat cədvəlinə uyğun olaraq əmək haqqı 175 manat olaraq müəyyən edilmişdir. - 17.02.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilmişdir. - 11.02.2019-cu il tarixdə Oba– K.Günəşli 12 mağazasında inventarizasiya aparılmış və yekun nəticələrə dair tərtib olunmuş aktdan görünür ki, yekun ziyan məbləği 6182.75 manat olmuşdur. - 18.06.2019-cu il tarixdə Oba– K.Günəşli 12 mağazasında inventarizasiya aparılmış və yekun nəticələrə dair tərtib olunmuş aktdan görünür ki, yekun ziyan məbləği 2099.31 manat olmuşdur. - 08.05.2020-ci il tarixdə Oba– K.Günəşli 12 mağazasında inventarizasiya aparılmış və yekun nəticələrə dair tərtib olunmuş aktdan görünür ki, yekun ziyan məbləği 1551.52 manat olmuşdur. - 03.08.2020-ci il tarixdə Oba– K.Günəşli 12 mağazasında inventarizasiya aparılmış və yekun nəticələrə dair tərtib olunmuş aktdan görünür ki, yekun ziyan məbləği 1664.87 manat olmuşdur. - 10.12.2020-ci il tarixdə Oba– K.Günəşli 12 mağazasında inventarizasiya aparılmış və yekun nəticələrə dair tərtib olunmuş aktdan görünür ki, yekun ziyan məbləği 4038.95 manat olmuşdur. - 24.12.2020-ci il tarixdə Oba– K.Günəşli 12 mağazasında inventarizasiya aparılmış və yekun nəticələrə dair tərtib olunmuş aktdan görünür ki, yekun ziyan məbləği 571.48 manat olmuşdur. - 08.06.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 11.02.2019-cu il, 18.06.2019-cu il, 08.05.2020-ci il, 03.08.2020-ci il,10.12.2020-ci il və 24.12.2020-ci il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlanması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 16113 manat çatışmazlıq müəyyən edilmişdir. Ümumi qalıq borcdan 4642 (dörd min altı yüz qırx iki) manat güzəşt edilmiş və 1638 (bir min altı yüz otuz səkkiz) manat şirkətdən alacağı vəsaitdən qarşılanmış, qalıq borc 9833 (doqquz min səkkiz yüz otuz üç) manat təşkil edir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç) bəndinə əsaəsən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindən biridir; Həmin Məcəllənin 194-cü maddəsinin birinci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 199-cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; Həmin Məcəllənin 200-cü maddəsinin birinci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X5 daşıması barədə yazılı müqavilə bağlaya bilər; Həmin Məcəllənin 202-ci maddəsinin birinci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İş materiallarından göründüyü kimi, vurulmuş ziyan iddiaçı tərəfindən 11.02.2019-cu il tarixdə keçirilmiş inventarizasiya nəticəsində aşkar edilmiş, lakin hazırki iddia əmək qanunvericiliyndə nəzərdə tutulmuş 1 illik iddia müddəti keçdikdən sonra – 10.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hətta, ən sonuncu inventarizasıya aktının 24.12.2020ci ildə tərtib edildiyini nəzərə alsaq, iddiaçının qeyd edilən iddia müddətini sonuncu akta münasibətdə də ötürdüyü müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh Qasımov Elçı̇ n Atamalı oğluna qarşı vurulmuş maddi ziyana görə 9833 (doqquz min səkkiz yüz otuz üç) manat, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 69 manat məbləğində pulun cavabdeh Qasımov Elçı̇ n Atamalı oğlundan tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar