Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-836/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.07.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********26639 Samsung Galaxy A30 markalı telefon üçün 435 (dörd yüz otuz beş) manat olmaqla ondan, 334 (üç yüz otuz dörd) manat ödənilməmiş hissə, 101 (yüz bir) manat cərimə; 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********00819 Samsung Galaxy A70 markalı telefon üçün 753 (yeddi yüz əlli üç) manat olmaqla ondan, 579 (beş yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 174 (bir yüz yetmiş dörd) manat cərimə, 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən Samsunq Paltaryuyan üçün 624 (altı yüz iyirmi dörd) manat olmaqla ondan, 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 144 (yüz qırx dörd) manat dəbbə pulu, 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********22526 Samsung Galaxy A10 markalı telefonüçün 2268 (iki min iki yüz altmış səkkiz) manat olmaqla ondan, 1944 (bir min doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 324 (üç yüz iyirmi dörd) manat dəbbə pulu, ümumilikdə 4080 manat miqdarında borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-in etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, cavabdeh X2 “xxxx” MMC ilə 28.07.2019-cu il, 28.09.2019-cu il tarixli, 24.10.2019-cu il tarixli, 16.12.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********26639 Samsung Galaxy A30 markalı telefon, İMEİ kodu **********00819 Samsung Galaxy A70 markalı telefon, Samsunq Paltaryuyan, İMEİ kodu **********22526 Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 4080 (dörd min səksən) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 672 (altı yüz yetmiş iki) manat (12 ay x 56 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********26639 Samsung Galaxy A30 markalı telefon üçün 435 (dörd yüz otuz beş) manat olmaqla ondan, 334 (üç yüz otuz dörd) manat ödənilməmiş hissə, 101 (yüz bir) manat cərimə; 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 893 (səkkiz doxsan üç) manat (12 ay x 58 manat + 197 manat ilkin ödəniş) İMEİ kodu **********00819 Samsung Galaxy A70 markalı telefon üçün 753 (yeddi yüz əlli üç) manat olmaqla ondan, 579 (beş yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 174 (bir yüz yetmiş dörd) manat cərimə, 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 962 (doqquz yüz altmış iki) manat (12 ay x 80 manat + 2 manat ilkin ödəniş) Samsunq Paltaryuyan üçün 624 (altı yüz iyirmi dörd) manat olmaqla ondan, 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 144 (yüz qırx dörd) manat dəbbə pulu, 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2320 (iki min üç yüz iyirmi) manat (18 ay x 108 manat + 376 manat ilkin ödəniş) İMEİ kodu **********22526 Samsung Galaxy A10 markalı telefon üçün 2268 (iki min altmış səkkiz) manat olmaqla ondan, 1944 (bir min doqquz yüz qrıx dörd) manat ödənilməmiş hissə, 324 (üç yüz iyirmi dörd) manat dəbbə pulu, ümumilikdə 4080 manat miqdarında borc yaranmışdır. Cavadehin cəmi ödədiyi məbləğ 1510 manat manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti itirilmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mühahisəsiz olaraq penya ödəyir. Bununla əlaqədar iddiaçı “xxxx” MMC 28.07.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********26639 Samsung Galaxy A30 markalı telefon üçün 435 (dörd yüz otuz beş) manat olmaqla ondan, 334 (üç yüz otuz dörd) manat ödənilməmiş hissə, 101 (yüz bir) manat cərimə; 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********00819 Samsung Galaxy A70 markalı telefon üçün 753 (yeddi yüz əlli üç) manat olmaqla ondan, 579 (beş yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 174 (bir yüz yetmiş dörd) manat cərimə, 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən Samsunq Paltaryuyan üçün 624 (altı yüz iyirmi dörd) manat olmaqla ondan, 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 144 (yüz qırx dörd) manat dəbbə pulu, 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********22526 Samsung Galaxy A10 markalı telefon üçün 2268 (iki min altmış səkkiz) manat olmaqla ondan, 1944 (bir min doqquz yüz qrıx dörd) manat ödənilməmiş hissə, 324 (üç yüz iyirmi dörd) manat dəbbə pulu, ümumilikdə 4080 manat miqdarında borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki iş materiallarında olan 28.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən alqı-satqı qiyməti 672 (altı yüz yetmiş iki) manat (12 ay x 56 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********26639 Samsung Galaxy A30 markalı telefon almış və həmin əşyanı alınmasına görə 672 manat pulu 0 manat ilkin ödəniş ilə, hər ay 56 manat ödəməklə 12 ayərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 28.09.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən alqı-satqı qiyməti 893 (səkkiz doxsan üç) manat (12 ay x 58 manat + 197 manat ilkin ödəniş) İMEİ kodu **********00819 Samsung Galaxy A70 markalı telefon almış və həmin əşyanı alınmasına görə 893 manat pulu 197 manat ilkin ödəniş ilə, hər ay 58 manat ödəməklə 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 24.10.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən alqı-satqı qiyməti 962 (doqquz yüz altmış iki) manat (12 ay x 80 manat + 2 manat ilkin ödəniş) Samsunq Paltaryuyan almış və həmin əşyanı alınmasına görə 962 manat pulu 2 manat ilkin ödəniş ilə, hər ay 80 manat ödəməklə 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 16.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 2320 (iki min üç yüz iyirmi) manat (18 ay x 108 manat + 376 manat ilkin ödəniş) İMEİ kodu **********22526 Samsung Galaxy S10 markalı telefon almış və həmin əşyanı alınmasına görə 2320 manat pulu 376 manat pulu ilkin ödəniş ilə, hər ay 108 manat ödəməklə 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 24 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh “xxxx” ASC-yə 28.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 672 (altı yüz yetmiş iki) manat (12 ay x 56 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********26639 Samsung Galaxy A30 markalı telefon üçün 435 (dörd yüz otuz beş) manat olmaqla ondan, 334 (üç yüz otuz dörd) manat ödənilməmiş hissə, 101 (yüz bir) manat cərimə; 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 893 (səkkiz doxsan üç) manat (12 ay x 58 manat + 197 manat ilkin ödəniş) İMEİ kodu **********00819 Samsung Galaxy A70 markalı telefon üçün 753 (yeddi yüz əlli üç) manat olmaqla ondan, 579 (beş yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 174 (bir yüz yetmiş dörd) manat cərimə, 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 962 (doqquz yüz altmış iki) manat (12 ay x 80 manat + 2 manat ilkin ödəniş) Samsunq Paltaryuyan üçün 624 (altı yüz iyirmi dörd) manat olmaqla ondan, 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 144 (yüz qırx dörd) manat dəbbə pulu, 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2320 (iki min üç yüz iyirmi) manat (18 ay x 108 manat + 376 manat ilkin ödəniş) İMEİ kodu **********22526 Samsung Galaxy A10 markalı telefon üçün 2268 (iki min altmış səkkiz) manat olmaqla ondan, 1944 (bir min doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 324 (üç yüz iyirmi dörd) manat dəbbə pulu, ümumilikdə 4080 manat, ondan 3337 ödənilməmiş əsas borc, 743 cərimə borcu yaranmışdır. Mülki işin materiallarında olan 22 iyul 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, “xxxx” ASC tərəfindən Cavabdeh borcunun yaranması və ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 28.07.2019-cu, 28.09.2019-cu, 24.10.2019-cu və 16.12.2019-cu il tarixli alqı-satqı müqaviləsində və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh 28.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 672 (altı yüz yetmiş iki) manat (12 ay x 56 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********26639 Samsung Galaxy A30 markalı telefon üçün 672 manat pulu 12 ay ərzində, 0 manat ilkin ödəniş ilə, hər ay 56 manat ödəməklə ərzində ödəməyi, 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 893 (səkkiz doxsan üç) manat (12 ay x 58 manat + 197 manat ilkin ödəniş) İMEİ kodu **********00819 Samsung Galaxy A70 markalı telefon üçün 893 manat pulu 12 ay ərzində, 197 manat ilkin ödəniş ilə, hər ay 58 manat ödəməyi, 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 962 (doqquz yüz altmış iki) manat (12 ay x 80 manat + 2 manat ilkin ödəniş) Samsunq Paltaryuyan üçün 962 manat pulu 2 manat ilkin ödəniş ilə, hər ay 80 manat ödəməklə 12 ay ərzində ödəməyi, 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2320 (iki min üç yüz iyirmi) manat (18 ay x 108 manat + 376 manat ilkin ödəniş) İMEİ kodu **********22526 Samsung Galaxy S10 markalı telefon 376 manat pulu ilkin ödəniş ilə, hər ay 108 manat ödəməklə 18 ay ərzində ödəməyi öhdəsnə götür sə də, mqavilə üzrə öz öhdəliklərinin yerinə yetirməmiş, nəticə də 28.07.2019-cu il tarixli müqaviləsinə əsasən 435 (dörd yüz otuz beş) manat olmaqla ondan, 334 (üç yüz otuz dörd) manat ödənilməmiş hissə, 101 (yüz bir) manat cərimə, 28.09.2019-cu il tarixli müqaviləsinə əsasən 753 (yeddi yüz əlli üç) manat olmaqla ondan, 579 (beş yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 174 (bir yüz yetmiş dörd) manat cərimə 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən 624 (altı yüz iyirmi dörd) manat olmaqla ondan, 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 144 (yüz qırx dörd) manat dəbbə pulu, 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən 2268 (iki min iki yüz altmış səkkiz) manat olmaqla ondan, 1944 (bir min doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 324 (üç yüz iyirmi dörd) manat dəbbə pulu, ümumilikdə 4080 manat, ondan 3337 ödənilməmiş əsas borc, 743 cərimə borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 3337 (üç yüz otuz yeddi) manat məbləğində əsas borc Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış 28.07.2019-cu, 28.09.2019-cu, 24.10.2019-cu və 16.12.2019-cu il tarixli müqavilələrinin 2-ci bəndində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 3337 manat məbləğində əsas borca tənasübsüz olaraq 743 manat məbləğində cərimə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 743 manat məbləğində cərimə pulu azaldılaraq 40 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 3337 (üç min üç yüz otuz yeddi) manat məbləğində əsas borc və 40 manat hesablanmış dəbbə pulu, ümumilikdə 2369 manat məbləğində olan borc iddiaçı Cavabdeh tutularaq cavabdeh “xxxx” ASC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “xxxx” ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 27 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 3337 (üç min üç yüz otuz yeddi) manat məbləğində əsas borc və 40 (qırx) manat hesablanmış dəbbə pulu, ümumilikdə 3377 (üç min üç yüz yetmiş yeddi) manat manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 27 (iyirmi yeddi) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-836/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-836/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver