Məhkəmə qərarları › İş №2(010)-838/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-838/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-838/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung paltaryuyan, HOFFMANN soyuducu üçün 472 manat ödənilməmiş hissə, 141 manat dəbbə pulunun, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Foriella-Dnepr yataq dəsti, Dnepr qonaq desti, Dnepr kampaniya stullari, Kune Violetta, DOSHEK URETAN üçün 1771 manat ödənilməmiş hissə, 531 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən LG markalı LED televizor üçün 647 manat ödənilməmiş hissə, 194 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Panasonic ətçəkən, Samsung tozsoran üçün 390 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu, ümumilikdə 4263 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, cavabdeh “xxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən Samsung paltaryuyan, HOFFMANN soyuducu, Foriella-Dnepr yataq dəsti, Dnepr qonaq desti, Dnepr kampaniya stullari, Kune Violetta, DOSHEK URETAN, LG markalı LED televizor, Panasonic ətçəkən, Samsung tozsoran almış və nəticədə 4263 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2124 manat (18 ay x 118 manat + 0 manat ilkin ödəniş) olan Samsung paltaryuyan, HOFFMANN soyuducu üçün 613 manat olmaqla ondan, 472 manat ödənilməmiş hissə, 141 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3864 manat (24 ay x 161 manat + 0 manat ilkin ödəniş) olan Foriella-Dnepr yataq dəsti, Dnepr qonaq desti, Dnepr kampaniya stullari, Kune Violetta, DOSHEK URETAN üçün 2302 manat olmaqla ondan, 1771 manat ödənilməmiş hissə, 531 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1377 manat (19 ay x 72 manat + 9 manat ilkin ödəniş) olan LG markalı LED televizor üçün 841 manat olmaqla ondan 647 manat ödənilməmiş hissə, 194 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 702 manat (18 ay x 39 manat + 0 manat ilkin ödəniş) olan Panasonic ətçəkən, Samsung tozsoran üçün 507 manat olmaqla ondan 390 manat ödənilməmiş hissə, 117 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4787 manat təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o müqavilə bağlayaraq bir sıra məişət əşyaları almışdır. Lakin karantin müddəti olduğundan işləməmiş və həmin əşyaların dəyərini ödəyə bilməmişdir. Hazırda isə həmin əmlakların dəyərini ödəmək niyyətindədir. Lakin iddiaçı təşkilat tərəfindən ona cərimə çox hesablanmışdır. Odur ki, cərimənin ləğv edilməsini və borcun hissə-hissə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, K00258736 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 18 ay müddətinə hər ay 118 manat nağd ödəniş olmaqla, qiyməti 2124 manat olan soyuducu satmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 00346783 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 24 ay müddətinə hər ay 161 manat nağd ödəniş olmaqla, qiyməti 3864 manat olan mebel dəsti satmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 00436176 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 19 ay müddətinə hər ay 72 manat nağd ödəniş olmaqla, qiyməti 1377 manat olan televizor satmışdır. İş materiallarına əlavə edilmiş «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 00560165 saylı bağlanmış müqaviləyə əsasən, «xxxx» MMC Cavabdeh 18 ay müddətinə hər ay 39 manat nağd ödəniş olmaqla, qiyməti 702 manat olan ətçəkən, tozsoran satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh “xxxx” ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə ümumilikdə 3280 manat ödənilməmiş məbləğ, 983 manat dəbbə borcu vardır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən arayışdan görünür ki, Cavabdeh ünvan 1 A ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh «xxxx» MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən məişət avadanlıqları almış və nəticədə borc yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh bağlanmış müqavilələr üzrə 3280 manat ödənilməmiş hissə «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “xxxx” MMC-nin iddiasının bağlanmış müqavilələr üzrə 983 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 200 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh 3280 manat ödənilməmiş məbləğ, 200 manat dəbbə pulu və 30 manat dövlət rüsumu tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 3280 manat ödənilməmiş məbləğ, 200 manat dəbbə pulu, ümumilikdə 3480 (üç min dörd yüz səksən) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar