Məhkəmə qərarları › İş №2(010)-853/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-853/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-853/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Əmirova (Qasımova) Südabə Mirzəmehdi qızına və Zamin qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) cavabdehlər Əmirova (Qasımova) Südabə Mirzəmehdi qızına və Zamin qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 12.01.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann markalı paltaryuyan və soyuducu üçün 275 manat ödənilməmiş hissə, 82 manat dəbbə pulu, 14.06.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********59999 Hoffmann X Prime markalı telefon üçün 70 manat ödənilməmiş hissə, 23 manat dəbbə, 16.07.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı tozsoran üçün 220 manat ödənilməmiş hissə, 66 manat dəbbə pulu, 17.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********90566 Hoffmann X Go markalı telefon üçün 101 manat ödənilməmiş hissə, 31 manat dəbbə pulu, 14.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********95426 X8 8 markalı telefon üçün 508.20 manat ödənilməmiş hissə, 151.80 manat dəbbə pulu, ümumilikdə 1528 manat borc, 35.28 manat ödənilmiş dövlət rüsumu olmaqla cavabdehlərdən müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əmirova (Qasımova) Südabə Mirzəmehdi qızı ilə "xxxx" MMC arasında bağlanmış 12 yanvar 2019-cu il, 14 iyun 2019-cu il, 16 iyun 2019-cu il, 17 sentyabr 2019-cu il, 14 fevral 2020-ci il tarixlərindəki müqavilələrə əsasən, Hoffmann markalı paltaryuyan və soyuducu, İMEİ kodu **********59999 Hoffmann X Prime markalı telefon, Samsung markalı tozsoran, İMEİ kodu **********90566 Hoffmann X Go markalı telefon, İMEİ kodu **********95426 X8 8 markalı telefon almış və nəticədə 1528 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 990 manat (18 ay x 55 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı paltaryuyan və soyuducu üçün 357 manat olmaqla, ondan 275 manat ödənilməmiş hissə, 82 manat dəbbə pulu; 14 iyun 2019cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 236 manat (18 ay x 13 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********59999 Hoffmann X Prime markalı telefon üçün 93 manat olmaqla ondan, 70 manat ödənilməmiş hissə, 23 manat dəbbə pulu; 16 iyul 2019cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 360 manat (18 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı tozsoran üçün 286 manat olmaqla ondan 220 manat ödənilməmiş hissə, 66 manat dəbbə pulu; 17 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 144 manat (18 ay x 8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********90566 Hoffmann X Go markalı telefon üçün 132 manat olmaqla ondan 101 manat ödənilməmiş hissə, 31 manat dəbbə pulu; 14 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 508.20 manat (14 ay x 36,30 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********95426 X8 8 markalı telefon üçün 660 manat olmaqla ondan 508.2 manat ödənilməmiş hissə, 151.8 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1064 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 12 yanvar 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, Zamin "xxxx" MMC qarşısında alıcı Əmirova (Qasımova) Südabə Mirzəmehdi qızı ilə birgə məsuliyyət daşıyır və borcludur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsini qismən müdafiə edərək bildirdi ki, zamin-cavabdeh Zamin durduğu müqavilə üzrə əsas borcu ödəmişdir. Odur ki, məhkəmədən iddianın qalan hissədə təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh Zamin iddianı qismən – özünə aid hissədə qəbul edərək bildirmişdir ki, cavabdeh Əmirova (Qasımova) Südabə Mirzəmehdi qızı onun iş yoldaşının anası olmuşdur. İş yoldaşı ondan anası üçün zamin durmasını xahiş etmiş, o da bunu qəbul etmişdir. Lakin hazırda onlarla əlaqəsi yoxdur. Çünki həmin şəxs artıq onunla birlikdə işləmir. Buna baxmayaraq, məhkəmədən ona bildiriş gələndə Əmirova (Qasımova) Südabə Mirzəmehdi qızına da məlumat vermişdir. O isə cavabında "xxxx" MMC-nin qaldırdığı iddiadan məlumatlı olduğunu, lakin borcu ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Hər bir halda o, öz zamin durduğu müqavilə üzrə borcu ödəməyə razıdır. Lakin qalan hissədə iddianı qəbul etmir. Çünki o, yalnız bir müqavilə üzrə zamin durmuş, həmin müqavilə üzrə borcu ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, məhkəmədən iddianın özünə aid hissədə təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Əmirova (Qasımova) Südabə Mirzəmehdi qızına və Zamin hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: "xxxx" MMC ilə cavabdeh X2 arasında bağlanan 12.01.2019-cu il tarixli müqaviləyə əsasən, "xxxx" MMC özünə məxsus olan əşyaları müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 12.01.2019-cu il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh X2 müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə görüləcək tədbirlər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. 12.01.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə 15.02.2019- 15.07.2020-ci il tarixləri arasında hər ay 55 manat məbləğində ödəniş edilməsi təsdiq edilmişdir. "xxxx" MMC ilə cavabdeh X2 arasında bağlanan 14.06.2019-cu il tarixli müqaviləyə əsasən, "xxxx" MMC özünə məxsus olan əşyaları müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 14.06.2019-cu il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh X2 müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə görüləcək tədbirlər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. 14.06.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə 25.07.2019- 25.12.2020-ci il tarixləri arasında hər ay 13 manat məbləğində ödəniş edilməsi təsdiq edilmişdir. "xxxx" MMC ilə cavabdeh X2 arasında bağlanan 16.07.2019-cu il tarixli müqaviləyə əsasən, "xxxx" MMC özünə məxsus olan əşyaları müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 16.07.2019-cu il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh X2 müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə görüləcək tədbirlər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. 16.07.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə 29.08.2019- 29.01.2021-ci il tarixləri arasında hər ay 20 manat məbləğində ödəniş edilməsi təsdiq edilmişdir. "xxxx" MMC ilə cavabdeh X2 arasında bağlanan 17.09.2019-cu il tarixli müqaviləyə əsasən, "xxxx" MMC özünə məxsus olan əşyaları müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 17.09.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə 15.10.2019- 15.03.2021-ci il tarixləri arasında hər ay 8 manat məbləğində ödəniş edilməsi təsdiq edilmişdir. 17.09.2019-cu il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh X2 müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə görüləcək tədbirlər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. "xxxx" MMC ilə cavabdeh X2 arasında bağlanan 14.02.2020-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC özünə məxsus olan əşyaları müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. 14.02.2020-ci il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh X2 müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə görüləcək tədbirlər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. 14.02.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə 27.03.2020- 26.02.2021-ci il tarixləri arasında hər ay 36.3 manat məbləğində ödəniş edilməsi təsdiq edilmişdir. ABC Telecom” MMC və cavabdeh Zamin arasında bağlanmış 12 yanvar 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin "xxxx" MMC və X2 arasında bağlanmış 00467772 nömrəli müqavilə üzrə öhdəliklərin birgə icrasına təminat vermişdir. 20.12.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X2 bütün müqavilələr üzrə borcundan cəmi 1064 manat ödəmiş, 1174.2 manat əsas borca görə ödənilməmiş məbləğ, 353.8 manat cərimə olmaqla, cəmi 1528 manat məbləğində borcu qalmışdır. 22.10.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, X2 və Zamin "xxxx" MMC-yə olan borcu və borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. Müvafiq xəbərdarlığın göndərilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 03.03.2022-ci il tarixli arayışdan görünür ki, onun 12.01.2019-cu il tarixli müqavilə üzrə "xxxx" MMC-yə olan əsas borcu müqavilə üzrə Zamin tərəfindən ödənilmişdir. Arayışa əlavə edilmiş qəbzdən görünür ki, 03.03.2022-ci il tarixdə 274.84 manat əsas borc, 40.16 manat cərimə ödənilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh Əmirova (Qasımova) Südabə Mirzəmehdi qızı "xxxx" MMC-dən müxtəlif tarixli nisyə alğı-satqı müqavilələri əsasında müxtəlif dəyərli mallar almış, pulu hissə-hissə qaytarmağı öhdəsinə götürmüş, buna baxmayaraq, müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bundan başqa, cavabdeh Zamin "xxxx" MMC ilə cavabdeh Əmirova (Qasımova) Südabə Mirzəmehdi qızı arasında bağlanan 12.01.2019-cu il tarixli müqavilə üzrə zamin durmuşdur. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 03.03.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh (zamin) Zamin durduğu müqavilə üzrə əsas borcu və əlavə olaraq, 40.16 manat cəriməni artıq ödəmişdir. Lakin alıcı Əmirova (Qasımova) Südabə Mirzəmehdi qızı müqavilə öhdəliklərini lazımınca icra etmədiyindən "xxxx" MMC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış alğısatqı müqavilələrinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilələr üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilələrdə göstərilən əşyaları borcluya vermişdir. Borclu isə alğı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdeh Əmirova (Qasımova) Südabə Mirzəmehdi qızından alğı-satqı müqavilələrin dördü (14.06.2019, 16.07.2019, 17.09.2019, 14.02.2020) üzrə ödənilməmiş əsas borc tutularaq iddiaçıya verilməlidir. Tərəflər arasında bağlanmış 12.01.2019-cu il tarixli müqaviləyə münasibətdə nəzərə alınmalıdır ki, bu müqavilə üzrə əsas borc zamin-cavabdeh Zamin tərəfindən ödənilmiş, bununla bağlı iddiaçı "xxxx" MMC tərəfindən müvafiq arayış verilmişdir. Belə olan halda həmin müqavilə üzrə cavabdehlərin heç birindən əsas borc tutula bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi dəbbə puluna münasibətdə də qismən təmin edilməlidir. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən dörd müqavilə üzrə cəmi 12.01.2019-cu il tarixli müqavilə üzrə 82 manat, 14.06.2019-cu il tarixli müqavilə üzrə 23 manat, 16.07.2019-cu il tarixli müqavilə üzrə 66 manat, 17.09.2019-cu il tarixli müqavilə üzrə 31 manat, 14.02.2020-ci il tarixli müqavilə üzrə 151.8 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğlər hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə qeyd edir ki, 12.01.2019-cu il tarixli müqavilə üzrə cavabdehlərdən heç bir cərimə məbləği tutulmamalıdır. Belə ki, iş materiallarından görünür ki, həmin müqavilə üzrə Zamin bu müqavilə üzrə əsas borcu ödəyərkən, eyni zamanda 40.15 manat məbləğində cərimə borcunu da ödəmişdir. Məhkəmə hesab edir ki, 40 manat cərimə məbləği 275 manat məbləğində əsas borca mütənasibdir və bu səbəbdən həmin müqavilə üzrə əlavə cərimə tutulmamalıdır. Bu hissədə məhkəmə qeyd edir ki, bununla da zamin-cavabdeh Zamin münasibətdə iddia təmin edilməmiş hesab edilir. Qalan dörd müqaviləyə münasibətdə isə məhkəmə qeyd edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının cəmi 65 (10+10+10+35) manat məbləğində müəyyən edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Əmirova (Qasımova) Südabə Mirzəmehdi qızından 14.06.2019cu il, 16.07.2019-cu il, 17.09.2019-cu il və 14.02.2020-ci il tarixli müqavilələrə əsasən, cəmi 899.2 manat məbləğində əsas borc və 65 manat məbləğində cərimə olmaqla, ümumilikdə 964.2 manat (doqquz yüz altmış dörd manat iyirmi qəpik) məbləğində borc pul tutularaq iddiaçı "xxxx" MMC-yə verilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 35.28 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Əmirova (Qasımova) Südabə Mirzəmehdi qızından 14.06.2019-cu il, 16.07.2019-cu il, 17.09.2019-cu il və 14.02.2020-ci il tarixli müqavilələrə əsasən, cəmi 899.2 manat məbləğində əsas borc və 65 manat məbləğində cərimə olmaqla, ümumilikdə 964.2 manat (doqquz yüz altmış dörd manat iyirmi qəpik) məbləğində pul və 35.28 manat (otuz beş manat iyirmi səkkiz qəpik) məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar