Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-856/2022 17.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ЕTDİM: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə birgə nikahdan olan 17 yanvar 2012-ci ildə anadan olmuş X1 18 yaşına çatanadək saxlanması üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment pulu və uşağın xəstəliyi ilə bağlı əlavə 150 (bir yüz əlli) manat, ümumilikdə 350 (üç yüz əlli) manat pulun Mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 50 (əlli) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər Masallı Rayon Məhkəməsinə göndərilməli olduğu halda Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçının faktiki yaşadığı ünvanı Masallı rayonu, Yeyəkənd olduğu halda, iddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanı üzrə Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və ərazi aidiyyəti pozulmaqla verilmişdir. Yəni iddiaçı tərəfindən həmin ərizə ilə Masallı Rayon Məhkəməsinə müraciət etmək əvəzinə Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respulikası MPM) 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, ərizə borclunun rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Beləliklə də, Azərbaycan Respublikası MPM-nin müvafiq tələbləri tələbkar tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən, ərizənin qaytarılması haqqında hakim qərardad çıxarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və tələbkara geri qaytarılmalıdır. Bununla yanaşı tələbkara izah olunur ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268 və 277.1-ci maddələrinə əsaslanaraq QƏRARA АLDİM: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair ərizəsinə məhkəmənin icraatına qəbul edilmədən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva.
Məhkəmə qərarları › İş №2(010)-856/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-856/2022
17.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver