Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-872/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı "mənzilə mülkiyyət hüququnun tanınması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı "mənzilə mülkiyyət hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclası iddiaçının iştirakı ilə keçirilərək mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclası iddiaçının iştirakı ilə keçirilmiş və iş üzrə ünvan 1 ünvanında yerləşən 5 və 5a saylı mənzillərin Suraxanı Rayon İcra Hakimiyyətinin balansında olubolmaması barədə məlumatın öyrənilməsi ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinə sorğunun göndərilməsi məqsədi ilə məhkəmə hazırlıq iclası 28 fevral 2025-ci il tarixə, saat 11:20-ə təxir edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclası keçirilməmiş, xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında tərəflər məhkəmə iclasında iştirak etmədiklərinə görə xx.xx.2025-ci il tarixə saat 11:50-a təxirə salınmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında tərəflər iştirak etməməsi səbəbindən mülki işə baxılması xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclası keçirilməmiş və mülki işə baxılması xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iş üzrə tərəflər gəlmədiyinə görə xx.xx.2025-ci il tarixə saat 11:40-a təxirə salınmışdır. İş üzrə tərəflər üzrlü səbəb göstərmədən xx.xx.2025-ci il tarixdə, saat 11:40-da keçirilən məhkəmə hazırlıq iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı "mənzilə mülkiyyət hüququnun tanınması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259 və 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı "mənzilə mülkiyyət hüququnun tanınması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-872/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-872/2025
06.05.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver