Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-875/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi
1. İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri, yəni 2277.40 manat məbləğində pulun dövlət nəfinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru 20.*2.2023-cü il tarixdə CMS- “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh mobil qurğunu tapması səbəbindən mülki işin baxılmadan geri qaytarılmasını qarşı xahiş etmişdir.
Tərəflərin izahatları
3. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 23*.2-ci maddəsinə əsasən işə tərərflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə *70.*. Bu Məcəllənin 254, 255, 26*.0.*—26*.0.3 və 26*.0.6—26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Maddə*70.3. Bu Məcəllənin *70.*-ci və *70.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.*.*4-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə bütün növ büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə
6. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli və iddia ərizəsi iş materialları ilə birgə geri qaytarılmalıdır.
7. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı :
İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Fəridə Rzayeva