Məhkəmə qərarları › İş №2(010)-876/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-876/2024

08.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-876/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X* qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı Bakı Şəhər Probası̇ ya İ̇darəsı̇ nin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(0*0)-335/2023 nömrəli iş üzrə qəbul etdiyi 26 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.*-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh 3* oktyabr - 02 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanması və ona qəti olaraq 02 (iki) il ** (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, cəzasının əvvəlinin yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulması, Cavabdeh barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93.*.2-ci maddəsinə Cavabdeh barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmaqla, ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,630 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış 0* (bir) ədəd kompakt diskin iş materiallarında saxlanılması hökm edilmişdir.

2. *7 iyun 2023-cü il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi barədə” Protokoldan görünür ki, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir.

3. *7 iyun 2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(0*0)-335/2023 nömrəli iş üzrə qəbul etdiyi 26 aprel 2023-cü il tarixli hökmünə əsasən ona təhkim olunmuş elektron nəzarət vasitələrini—0* ədəd mobil qurğu (Attenti markalı, 356396*5 №-li), 0* ədəd mobil zoğunun enerji toplayıcı adaptoru, 0* ədəd sadə elektron qolbaq (078CE29842 №-li) qəbul etmişdir.

4. 2* noyabr 2023-cü il tarixli izahatdan görünür ki, Cavabdeh fərdi əməklə məşğul olduğunu, moykada yuyucu işlədiyi zaman mobil qurğunun əlindən sürüşüb su vedrəsinə düşdüyünü və işləmədiyini, mobil qurğu düzəlmədiyi halda dəymiş ziyanı yəni 2277,40 manat məbləği ödəməyə hazır olduğunu bildirmişdir.

İşin faktiki halları

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(0*0)-335/2023 nömrəli iş üzrə qəbul etdiyi 26 aprel 2023-cü il tarixli hökmünə əsasən Cavabdeh təhkim olunmuş elektron nəzarət vasitəsinin zədələnməsi və cavabdehin qeyd olunan faktı etiraf etməsi işin mübahisəsiz halıdır.

İddia tələbi

6. İddiaçı Bakı Şəhər Probası̇ ya İ̇darəsı̇ Cavabdeh oğluna qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona təhvil verilmiş avadanlığın 2277,40 manat dəyərində vəsaitin alınıb Bakı Şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE**********0002*07*3*; səviyyə kodu: *; təsnifat kodu: *42330: valyuta: azn, VÖEN: *70044639*) köçürülməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(0*0)-335/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.*-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il ** (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Flökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. *7.06.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində icra məmuru Nicat Bayramov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla Attenti markalı 356396*5 (qolbaq 078CE29842) nömrəli elektron nəzarət vasitələri məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh ona təhvil verilmiş ENV-nin mobil qurğusu suya düşdüyündən işləməməsi səbəbindən zədələnmiş halda Bakı Şəhər Probasiya İdarəsinə gətirərək təhvil vermişdir. Məhkum Cavabdeh təhvil alınmış elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin baxış nəticəsində müəyyən olunmuşdur ki, mobil qurğunun ana platasında korroziya müşahidə olunur. Təmiri mümkün deyil, istifadəyə tam yararsızdır.

Tərəflərin izahatları

8. İddiaçı Bakı Şəhər Probası̇ ya İ̇darəsı̇ xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının icra məmurunun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

9. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirdi ki, məhkəmə hökmü ilə ona elektron qolbaq verilmiş və həmin qolbağa dair öz üzərinə məsuliyyət götürmüşdür. Lakin işdə olduğu vaxt elektron qolbaq vedrədə olan suya düşmüşdür. Hazırda 2277,40 manat məbləğində borc məbləğini qəbul edir və hissə-hissə ödəyəcək. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədi.

Tətbiq edilən hüquq

*0. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 2*. Zərərin əvəzinin ödənilməsi 2*.*. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 2*.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə *096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı *096.*. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). *096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə *097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları *097.*. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

**. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi

*2. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. *3. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(0*0)-335/2023 nömrəli iş üzrə qəbul etdiyi 26 aprel 2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.*-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrini yerinə yetirməsi həvalə edilmişdir. Hökm icra olunması üçün göndərildikdən sonra icra məmuru tərəfindən cavabdehə üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmiş və cavabdehə 0* ədəd mobil qurğu, 0* ədəd mobil zoğunun enerji toplayıcı adaptoru, 0* ədəd sadə elektron qolbaq təhvil verilmişdir. Lakin icra məmuru tərəfindən cəzanın icrası müddətində cavabdehə tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, qolbaq zədələnmişdir. Qeyd olunan fakt cavabdehin özü tərəfindən etiraf edilmiş və cavabdeh mobil qurğunu zədələdiyini bildirərək, dəymiş ziyanı ödəyəcəyini qeyd etmişdir. Odur ki, cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzini tam həcmdə ödəməyə borcludur.

Məhkəmə xərcləri

*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *5. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.*.*4-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələrdövlət rüsumu ödəməkdən azad olunurlar. *6. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. *7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.*.2-ci maddəsinə əsasən, iddia qiyməti *.000 manatdan *0.000 manatadək olduqda 30 manat + *.000 manatdan yuxarı olan iddia qiymətinin * faizi məbləğində dövlət rüsumu tutulur. *8. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 42,77 manat təşkil edir. *9. Odur ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün 42,77 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən cavabdehdən dövlət nəfinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

20. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277,40 manat pul tutularaq Bakı Şəhər Maliyyə İdarəsinin hesabına ödənilməlidir. 2*. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul tutularaq Bakı Şəhər Maliyyə İdarəsinin hesabına (müxbir hesab: AZ66CTRE**********0002*07*3*; səviyyə kodu: *; təsnifat kodu: *42330: valyuta: azn, VÖEN: *70044639*) ödənilsin. Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar