Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-877/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, vəkili və nümayəndəsi Vəkil, Cavabdehlər X5 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11800 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X3 alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “ilkin iddia ərizəsinə əlavə” ilə müraciət edib iddia tələbini artıraraq 11800 (on bir min səkkiz yüz) manat məbləğində pulun X9 və Cavabdeh2 müştərək qaydada tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında bildirdi ki, o, 2013cü ildə X9 ilə tanış olmuş, 2014-cü ilədək aralarında münasibətləri davam etmiş, lakin sonradan ayrılmışlar. Buna baxmayaraq arabir telefonla danışmışlar və 2015-ci ilin aprel ayında Cavidə Əzizova ona zəng edərək ev tikmək üçün 3000 manat borc pul istəmişdir. O, “xxxx” ASC-NİN Əhmədli filialından 3000 manat kredit götürüb Cavidə Əzizovaya vermişdir. Cavidə Əzizova yeni tanışı Cavabdeh2 ilə həmin krediti ödəyəcəyini demiş, iki ay ərzində onlar ümumi məbləğdən 600 manat banka ödəniş etMİŞLƏR, lakin bundan sonra ödəniş etməmişlər. O, onlardan ödənişin edilməsini tələb edəndə Cavidə Əzizova ona 3000 manatın əvəzində Binə qəsəbəsində 3 sot torpaq verəcəklərini, onun isə əlavə olaraq 2500 manat pul verməli olduğunu təklif etmişdir. O, razı olaraq 3 ay ərzində Cavidə Əzizovaya əlavə olaraq 2500 manat pul vermişdir. Həmçinin hissə-hissə ödəməklə götürdüyü krediti ödəmişdir. Buna baxmayaraq Cavidə və Ramin ona vəd etdikləri torpağın sənədlərini verməmişlər. O, bunu tələb etdikdə isə Cavidə bir ay ərzində sənədləri ona çatdıracağına vəd vermişdir. 2015-ci ilin avqust ayında Cavidə yenidən onunla əlaqə saxlayaraq “Əcəmi” metro stansiyasının yaxınlığında kiçik ölçülü mağaza ala biləcəyini bildirmiş, o isə inandığından Cavidəyə mağazanın alınması və sənədləşmə aparılması üçün hissə-hissə 6300 manat pul vermişdir. Bu pullardan axırıncı 500 manatı Cavidəyə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vermiş, sonuncu isə bir ay ərzində torpağın və mağazanın sənədlərini təqdim edəcəyini bildirmişdir. Lakin 2018-ci ilin aprel ayınadək müxtəlif bəhanələrlə ona heç bir sənəd verməmiş, 2018-ci ilin iyun ayında isə Cavidə aldığı 11800 manat puldan 5500 manatı qarşılığında ona Binə qəsəbəsində yerləşən 2 sot torpaq sahəsinə dair etibarnamə gətirərək qalan 6300 manatı hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan sonra dəfələrlə pulunu tələb etsə də, Cavidə Raminlə əlaqə saxlamaq lazım olduğunu bildirmişdir. O, Raminlə görüşmüş, lakin sonuncu hazırda pulun olmadığını demişdir. Bundan sonra dəfələrlə Cavidə ilə əlaqə saxlamış, lakin sonuncu müxtəlif bəhanələrlə pulunu qaytarmadığına görə onun hərəkətləri barədə polisə müraciət etmişdir. X9 onunla telefon vasitəsilə aparılan sms yazışmlarında pulun qaytarılmasını vəd etsə də bu günədək pulu qaytarmamışdır. Həmçinin pulun qaytarılması ilə bağlı sonuncu görüşlərin birində X9 pulun qaytarılmasına razı oması barədə dediklərini audio yazısını aparmışdır. Odur ki, hər iki cavabdeh ona münasibətdə cavabdeh olduqlarına görə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində izahat vermiş X13 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X9 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə münasibəti yaranmış və onlar görüşmüşlər. Bu müddət ərzində onlar bir-birinə hədiyyələr almış, maddi köməklik göstərmişlər. Lakin 2017-ci ilin aprel ayından onlar mübahisə etmişlər və həmin vaxtdan görüşməmişlər. Hələ 2016-cı ildə Cəlal Bakı şəhəri Binə qəsəbəsində ev tikib orada yaşamağı təklif etmiş və o razılaşmışdır. Calal bu məqsədlə ona 5500 manat pul vermiş və valideynləri bu haqda bilməmələri üçün xahişi ondan ibarət olmuşdur ki, torpaq sahəsi ya onun (X9) ya da qızı Ayselin adına rəsmləşdirilsin. O, razılaşmış və onlar Binə qəsəbəsində “Ülvi” marketin yaxınlığında 02 sotdan ibarət torpaq sahəsi əldə etmişlər və onu qızı Ayselin adına rəsmləşdirmişlər. Lakin maddi vəziyyətləri yaxşı olmadığına görə evin tikintisini başa çatdıra bilməmişlər. 2017-ci ilin yaz aylarında Cəlal işdən ixtisara düşdüyünü bildirərək valideynlərinin yanına qayıtmaq istədiyini bildirmişdir. Bundan sonra onların münasibətləri pozulmuşdur. 2018-ci ilin əvvələrində Cəlal ona zəng edərək göruşmüş və işə düzəlmək üçün on min manat pul lazım olduğunu demiş, o isə bu miqdarda pul tapa bilməyəcəyini deyərək vaxtıilə aldıqları torpaq sahəsini adına keçirilməsini təklif etmişdir. Lakin Cəlal ona xərclədiyi pulların qaytarılmasını tələb etmiş, əks halda polisə müraciət edəcəyini bildirmişdir. O, Cəlalın bu sözlərini ciddi qəbul etməsə də, 25-ci polis bölməsindən ona zəng vurulanda başa düşmüşdür ki, Cəlal ora şikayət etmişdir. Bundan sonra o, əldə olunmuş torpaq sahəsini Cəlalın adına keçirilməsinə razı olaraq etibarnamə ilə torpaq sahəsini İddiaçı adına keçirmişdir. Belə olan halda o, hazırda ona qarşı irəli sürmüş iddia tələbini əsassız hesab edir və bu qənaətdədir ki, həmin iddia ilə İddiaçı münasibətlərdə olduqları zaman ona xərclədiyi pulları qaytarmaq niyyətindədir. İddiaçı polisə ərizə ilə müraciət etdiyindən o, həm görüşləri zamanı, həm də telefon vasitəsi ilə aparılan “sms” danışıqları zaman pulların qaytaracağını etiraf etsə də, bunu yalnız ona görə etmişdir ki, İddiaçı polisdən şikayətlərini geri götürsün. O, adına mağaza rəsmləşdirməsi məqsədilə İddiaçı 6300 manat almamış və Cavabdeh2 verməmişdir. Əslində İddiaçının tələbi tam əsassızdır, çünki onlar ayrıldıqdan sonra sonuncu ona xərclədiyi pulları geri qaytarmaq məqsədilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bunlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçını və cavabdehi tanıyır, onlar arasında qohumluq əlaqəsi yoxdur. Cəlalın ona qarşı iddiası əsassızdır. O, Cavidə Əzizovanın vasitəsi ilə İddiaçı tanımış, lakin heç vaxt onların birgə iş qurub-qurmamasını eşitməmiş və bu işdə köməklik göstərməmişdir. O, İddiaçı torpaq satmaq məqsədilə bir neçə dəfə görüşsə də, işləməyəndə o, Cəlalın cibinə dostu kimi 300 manat pul vermişdir. Cəlalı torpağının alınmasında heç köməkliyi olmamışdır və torpağı onlara satan adamı belə tanımır. O, Cavidanı tanımış, Cəlal Cavidanın yanında gəlib-gedirdi. Cəlal bir müddət sonra zəng edib torpağını satmaq istədiyini və ona köməklik etməsini istəmişdir. O da razılaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, İddiaçıla uşaqlıqdan dostluq edir. Son zamanlar onun şahidi olmuşdur ki, Cavidə və Ramin adlı şəxslərdən öz pulların ala bilmədiyinə görə Cəlalın ciddi problemləri olmuş və o, stress keçirmiş, səhhəti pisləşmişdir. Hətta bir dəfə Cəlalın halı pislışdiyinə görə özü telefon vasitəsi ilə Ramin adlı şəxslə əlaqə saxlayaraq məsələnin nə zaman həll olunacağı ilə maraqlanmışdır. Həmin söhbət zamanı Ramin adlı şəxs məsələnin həlli ilə bağlı ciddi məşğul olacağını bildirərək onu əmin etmişdir ki, tezliklə Cəlalın pulları qaytarılacaqdır. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından görünür ki, “xxxx» ASC-nin Əhmədli filialı ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 18,50% olmaqla 3000 (üç min) manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli pul vəsaitinin girov müqaviləsindən görünür ki, İddiaçı bank qarşısında pul öhdəliklərinin icrasını təmin edilməsi məqsədi ilə “xxxx” ASC-də açılmış əmanət hesabında olan 3750 manat məbləğində pul vəsaitini bankda girov qoymuşdur. Məhkəməyə təqdim olunmuş 05.06,2018-ci il tarixli etibarnamədən müəyyən olunur ki, X1 Aysel Elşən qızına Azərbaycan Respublikası DƏDRX-ninAbşeron RƏİ tərəfndən xx.xx.2014-cü il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 5,0 ha torpaş sahəsindən 200 kv.m. torpaq sahəsinin üzərində qüvvədə olan qanunvericiliyə müvafiq təyinatı üzrə istifadə etməyi və s. hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2086-cı ildə qüvvədədir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Pİ-inin İŞ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Azərbaycan Respublikası CMnin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə araşdırılması ilə müəyyən olunmuş hallarla əlaqədar ilk növbədə qeyd edilməlidir ki, cavabdeh X9 iddiaçı tərəfindən məhkəmə tədqiqatına təqdim olunaraq araşdırılmış telefon vasitəsilə aparlkan “SMS” çıxarışlarında əks olunan yazışmalarını onun tərəfindən aparıldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Belə olduğu halda məhkəmə istinad olunan prosessual qanunvericiliyinin normasına əsaslanaraq bu nəticəyə gəlir ki, İddiaçı həmin yazışmanın cavabdeh X9 ilə onun arasında aparılmasını sübut etmə vəzifəsindən azad olunmalıdır. İş materiallarında olan və məhkəmə təhqiqatı zamanı araşdırılmış “SMS” çıxarışlarında aşağıdakı məzmunda və orfoqram saxlanılmaqla mətnlər yerləşdirilmişdir : Əzizova Cavidə: “Salam Cəlal.. evdəyəm deye yaziram yiqmiram.. men dusmusem bu isin usdune..sen azca sebirli ol..ozum qepiyine qeder sene o mebleqi catdiracam..demirem bir aya bes aya amma elimden gelen qeder calusacam tez olsun Men ne seni ne de ramini dusunmurem .. menozumu dudunurem..senin yerin menimcun basqadir..men arada qalmaq isdemirem meni basa dusursen –yeqin ki”; İddiaçı : “Sohbet uje yuxariya deyilib gecdi”; Əzizova Cavidə: “Sen polise versen ya ona bir il is kesiləcək yatib cixacaq yada aylara bolecekler odeyecek.. arada men qalacam meni dusun Sen polise versen ya ona bir il is kesilecek yatib cixacaqyada aylara bolecekler odeyecek.. arada men qalacam.. meni dusun eyer azda olsa xetrim varsa..meni mehkemelerde ora bura surutme”; İddiaçı : “Ujemenlikdeyil sen narahat olma o narahat olsun soz deyilib uje geri qaytarmaq mumkun deyil”; Əzizova Cavidə: “Onda men yoxam.. ne senin ne de raminin mene hormeti yoxdur.. hemiseki kimi burnuvun dikine getdun amma yene sen uduzacaqsan..men yoxam.”; İddiaçı : “Ozun bilirsen biz senle seher danisdiq ya xosduqla yada zorla eseblesmek isdemirem mene vurduqu ziyanin sayini bilsen bele danismarsan o gun hesablamisam onun dediyi 1150 manat masin 70% hesablamisam pilusdasaxladiqim evin pulu 10000 manat ziyan vurub mene”; Əzizova Cavidə: “Celal mene 500 m verib der ki cavidan sen yolla..der elime ne dusdu verecem sene sen catdir Celala.ne dersen burda hesab acim sene ya poctla yollayim?? Nese cavab vermesen mene verilen pullaru pocta verecem isder al isdür alma..; Əzizova Cavidə: “Ay balaa sesivi cixartdaaa ya he yaz ya yoxxxx”; Əzizova Cavidə: “Senin gucun mene catdi??masallah yaman kisisen”; Əzizova Cavidə: “Seninle danismaga sebrim yoxdur.. bildiris yollansun gelecem Men hec neye narahat deyilem..cezam nedir cekecem..amma men turmede olmaqla sene hec kim pul vermeyecek..emlakim yox masinim yox pulum yix.sen pulundan men de azadligimdan olacam..” İddiaçı : “Sen raminin yerine niye caza cekmekisen gel duzunu de cezasin cekecek olacaq ramin agayev ceksin sen niye cekirsin”; Əzizova Cavidə: “Sozumu dedim..demisem cagri bildirisi gelsun..sene feyende ki celal lazim deyil dedun yox eee..elee sevincekoldun..indi meni polise verirsen.amma duzelseydi isin hec yada duzmezdim.. kef ele..” İddiaçı : “Sen bilirdin firildagdi mene evvelden deyerdin”; Əzizova Cavidə: “bilmirdim..bilsəydim bu XXX dusmezdim” İddiaçı : “Yox semnde oyunun qurbani olmusansa gel duzgun olani danis menden alib ramine de onu cagirsinlar”; Əzizova Cavidə: “Burda oyun filan yocdur sadece sen ise duzelmeyedun deye cosdun.jec kim qacmir gizlənmir.sene deyildi veriləcək pul amma sen qacdun polise.men pulu odeyecemse polis ne edecek mene?? Bir aydı geri isdemisen pulu 33 verib 500mende bu deyqe..ve ayba ay verilib bitecek..2016nin aprelinden ta 2017 martina qeder odenilib pul hele o krediti odediyun pul lap uzun vaxda cekmisdi..indu dersen ki bu deyqe ver pulu basqalari yedi atdi mene men de derem ki hisse hisse verecem..qaçmamisam itmemisemm.” İddiaçı : “Kriditi men odemisem siz pulu nagd almisiz elinize sen ne danisirsan qaldiki o 300-e o evimene ozu saxlatdirmisdi demisdi oz boyunamadi hele 600 ona vermelidi meni dord isimden edib 10000 manat mene ziyan vurub . Fakt 11800 pulum senle ramindedi bele duz danisirsiz gelin cavab verin. Size gore men xesdelik tapdim Eger sen bu qeder ramine desdey olursansa demeki sende mene oyun quranlardansan Her sey qanun cercivesinde olacaq nece menden almisan ramine vermisen geleceksiz ikinizde cavab vereceksiz bu qeder sabah qiamet olsa polis bolmesinde goruserik sag ol; Əzizova Cavidə: “Sen agilsizsan ona men ne edim??ya basqasi ne etsun??sene men dedim ki ged kimese de ki seni ise duzeltsun?? Belke ona gore senden kimse pul alib zorla sene nese etdirmisem??aglin var husun var Sen agilsizsan ona men ne edim?? Ya basqasi ne etsun??sene men dedim ki ged kimedse de ki seni ise duzeltsun??belke ona gore senden kimse pul alib zorla sene etdirmisem??aglin var husun var dird isindenbirine duzelerdun de seniu kim tutub saxladi..ele danisdin ki guya meni illerdi sen saxlamisan.. 10000 olmaz ee 50000 olar birden..ne haqsiz adamsan..ser atma..11500puldur .. sene yuz defe dedim ki o evi niye saxlayursan dedun ev tapmaq cetindir indi ne oldu??adam dara dusende gunahin basqasina atar bele seyi cox gorurem duze qaldisa men onsuzda duz danisiram daima bir kelme girsed ve de ki cavidan sen bunu inkar etmek seklinde yazmisan..hirsini cilovla esas pulundu inu da allasan”. Məhkəmə qeyd edilən sübutların araşdırılması ilə bağlı ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh X9 iddiaçı tərəfindən məhkəməyə tədim olunan qeyd olunan telefon danışıqlarının onunla İddiaçı ilə aparmasını məhkəmə iclasında etiraf etmişdir. Bu isə ona dəlalət edir ki, həmin sübit iddia tələbində qeyd olunan pulun alınması və bu pulun qaytarması ilə bağlı onunla iddiaçı arasında danışıqların mövcüdluğunu təsdiq edən haldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sadalanan prosessual qanunvericiliyin tələbinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən sonuncu tərəfindən yazılı sübut təqdim edimədiyi tədqirdə cavabdeh X5 tərəflər arasında etiraf etdiyi məbləğlərlə bağlı iddiaçı həmin miqdarda pul verdiyini sübut etmək vəzifəsindən azaddır. Belə vəziyyətdə cavabdeh X7 hər hansı öhdəliklərinin yaranmadığını qeyd edirsə sübut etmək vəzifəsi məhz onun üzərinə düşür. Bu baxımdan qeyd edilməlidir ki, cavabdeh X9 məhkəmə iclasında qeyd edilən yazışmaları zamanı iddiaçıya pulun qaytaracağını bildirməklə onu polisə müraciət etməsinin qarşısını almaq məqsədilə edildiyini bildirsə də, məhkəmə onun bu dəlillərini inandırıcı hesab etmir və qeyd edir ki, o, iddiaçının artıq polisə müraciət etməsini bildiyi halda telefon yazışmaları zamanı ona bir dəfə də olsun bunu irad tutmaması məhkəmədə daxili inam yaradır ki, cavabdeh X9 bu dəlilləri pul qaytarılmasına dair öhdəliyindən boyun qaçırmaq məqsədilə verilmişdir. Məhkəmə iddia tələbinin qanuni əsası kimi aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1092.2-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh X7 heç bir hüquqi əsas olmadan, yəni həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüquq vardır. Bununla belə məhkəmə iddianı qismən əsaslı hesab edərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iki dəfəyə cavabdeh X6 cəmi olaraq 11800 manat verdiyini bildirsə də, məhz bu məbləğdə pul vəsaitinin cavabdehə verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu zaman cavabdeh X5 iddiaçı ilə yuxarıda qeyd olunan telefon vasitəsi ilə apardığı danışıqlar zamanı sonuncuya qaytarılmalı olan pul məbləğinin 11500 təşkil etməsini və iddiaçının bu mövzu ilə bağlı ona əlavə olaraq heç nə bildirməməsini (yazmaması) nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən, qeyd olunan cavabdehdən (C.Əzizovadan) 11500 manat pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə Cavabdeh2 qarşı iddia tələbini əsassız hesab edir. Bununla bağlı olaraq məhəmə bildirir ki, Mülki Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilir. Eyni zamanda məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçı Cavabdeh2 münasibətdə öz tələbini onunla əsaslandırır ki, cavabdeh X9 torpaq və mağaza alınması məqsədilə ondan götürdüyü pulları məhz həmin cavabdehə vermişdir. Lakin məhkəmə araşdırılması zamanı X8 ümumiyyətlə iddiaçıdan iddia tələbində qeyd olunan pulların almadığını və bunun nəticəsi kimi heç kimə, o cümlədən Cavabdeh2 pul vermədiyini bildirdiyi halda iddiaçı qeyd etdiyi pulların həqiqətən Cavabdeh2a verildiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı ilə Cavabdeh2 ilə görüşməsi, torpaq alqı-satqısı barədə danışıqlar aparması hər iki tərəfin etirafı ilə təsdiq olunsa da, bu hal özü-özlüyündə Cavabdeh2 üçün iddia tələbində qeyd olunmuş əsaslarla məsuliyyət yaranması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh X6 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X3 11500 manat və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-877/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-877/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver