Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-879/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh2 torpaq sahəsi üçün ödədiyi 5600 manat pulun və həmin torpaq sahəsinin üzərində tikdiyi evin tikintisinə xərclədiyi 40.000 manat pulun tutularaq ona ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildə Hövsan qəsəbəsi, Quşçuluq massivində Cavabdeh1 5600 manat müqabilində 6 sot torpaq sahəsi almış, 2021-ci ilin fevral ayında fərdi tikinti işinə başlamış, evin tikintisinə ümumilikdə 40.000 manat xərcləmişdir. 2022-ci ilin fevral ayında tikinti işi başa çatdıqdan sonra tanımadığı, İlkin adlı şəxs həmin torpaq sahəsinin 5 sotunun ona məxsus olduğunu, bu torpaq sahəsini 2012-ci ildə Aydın adlı dəllaldan aldığını bildirmiş və torpağa dair çıxarışını da göstərmişdir. O, torpağı aldığı Sevil adlı qadına bu barədə məlumat vermiş, ona verdiyi pulu qaytarmasını, torpağı istəmədiyini bildirmişdir. Sevil adlı qadın isə pulu Cavabdeh2 adlı şəxsə verdiyini, torpağı ondan aldığını, hətta ödədiyi pulun geri qaytarılmasına dair Cavabdeh2 qarşı Suraxanı Rayon Məhkəməsində iddia qaldırdığını bildirmişdir. O, bu barədə polis bölməsinə müraciət etdikdən sonra Nizami RPİ-nin təhqiqatçısı Tufan Şükürov xx.xx.2022-ci il tarixdə cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin araşdırma zamanı izahat vermiş Cavabdeh2 Sevil adlı şəxsin ona torpaq sahəsi üçün 5600 manat pul verdiyini etiraf etmişdir. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, səsi tutulduğundan danışa bilmir. Cavabdeh2 məhkəməyə ünvanladığı yazılı etirazında göstərmişdir ki, ümumiyyətlə İddiaçı tanımır. İddiaçı ilə onun arasında hər hansı bir torpaq və ya tikinti materialları alveri olmamışdır. Belə ki, Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlunun sədrliyi ilə 06 mart 2015-ci il tarixdə bu iddia tələbinə baxılmış, hətta bu iddia üzrə hazırki İddiaçı şahid qismində iştirak edib dindirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İddiaçı bildirmişdir ki, Cavabdeh1 bir qohumu vasitəsi ilə tanımış, X2 Sovxozu yerdə yerləşən torpaq sahəsinin satıldığını bildirmişdir. Həmin ərəfədə torpaq almaq fikrində olduğundan Cavabdeh1 cəmi 6050 manat pul ödəmişdir. Cavabdeh1 torpağı ona göstərmiş və eyni zamanda təklif etmişdir ki, onun vəsaiti hesabına torpağın ətrafına hasar çəksin ki, torpağı zəbt edən olmasın. Günlərin bir günü o, eşitmişdir ki, həmin torpaq sahəsini kimsə zəbt etmişdir. O, dərhal həmin əraziyə getmiş və torpaq üstündə mübahisə getdiyini görmüşdür. Həmin vaxt Cavabdeh1 ona təklif etmişdir ki, əgər istəsə başqa ərazidə ona torpaq verə bilər. O, isə artıq bu işlərdən bezdiyindən 24-cü polis bölməsinə şikayət etmişdir. Orada ona məlum olmuşdur ki, bu işlərdə Mamed adlı şəxsində əli var. Torpaq sahəsini alanda orada heç bir mal material olmamış və bütün tikinti materiallarını o özü almışdır. Bundan sonra bir dəfə Cavabdeh1 ona 500 manat ödəmiş, qalan məbləği isə bu günədək ödəməmişdir. Sonradan bu məsələ ilə bağlı cinayət işi başlanılıb araşdırılmış və sonradan aidiyyatı üzrə Suraxanı RPİ-nə göndərilmişdir. Hazırda o da pulunu tələb edir. O, özü bilavasitə Mamed adlı şəxsi tanımamış və onunla alver etməmişdir. Qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli Suraxanı rayon Məhkəməsinin hakimi S.Məmmədovun 2(010)-595/2014 saylı qətnamədə və bu iş üzrə şahid qismində dindirilən indiki iddaçı X1 yazdıqlarını və verdiyi izahatını görməzdən gəlib, iddia müddətini keçirib qanuni qüvvəyə minmiş məhkəmə aktını saymazdan gələrək hətta şərəf ləyaqətini və işgüzar nüfuzunu ləkələyib xələl yetirməklə məşğuldur. Onun barəsində hər-cür aidiyyatı olmayan saxta neqativ məlumatlar yaymaqdan çəkinmirlər. Bu barədə xx.xx.2015-ci il tarixli 2(010)- 595/2014 saylı qanuni qüvvəyə minmiş məhkəmə aktında onun izahatında da göstərmişdir ki, həmin ərazidə o, heç bir torpaq sahəsi satmamışdır. Həmin torpaq sahəsinə tökdürdüyü tikinti mal-materiallarını Cavabdeh1 satmışdır. Həmin materialların pulundan Cavabdeh1 5500 ABŞ dolları almışdır. Həmin müddətdə dolların kursu 78 manatdan idi. Hətta həmin vaxtda Cavabdeh1 ondan aldığı tikinti mal-materiallara görə ona verdiyi puldan sonra ondan 1250 manat borc alıb həmin pulu da ona ödəməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materialları Nizami rayon Pİ-nin TŞ-nin baş təhqiqatçısı Tufan Şükürovun xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh2 izahat verərək bildirmişdir ki, o, 2008-ci il tarixdə özünün istifadəsində olan 6-8 sot torpaq sahəsini tanışı olan Cavabdeh1 5600 manata satmış, həmin zaman torpaq sahəsində ona məxsus tikinti materialları olmuşdur. Daha sonra həmin torpağın Sevil tərəfindən kimə satılması barədə hər hansı bir məlumatı olmamışdır. Bir müddət əvvəl Cavabdeh1 ona zəng edərək satdığı torpaq sahəsinin başqasının mülkiyyətində olmasını bildirmiş və verdiyi pulu qaytarmasını tələb etmişdir. Lakin onun buna imkanı olmadığını bildirmiş və Cavabdeh1 torpaq sahəsi üçün aldığı məbləği qaytara bilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.7 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi İddiaçı Ağayeva Mehparə Əli Cavabdeh2 torpağın alınmasına görə ödədiyi 5600 manat məbləğində pulu və 40000 manat məbləğində evin tikintisi üçün çəkdiyi xərcin tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki iddiaçı 2008-ci il tarixdə Hövsan qəsəbəsində 6 sot torpaq almaq üçün 5600 manat məbləğində vəsaiti Cavabdeh1 vermiş, sonuncu isə həmin məbləği Cavabdeh2 vermişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 mülkiyyətində olmayan torpaq sahəsini satmaqla iddiaçıdan aldığı 5600 manat məbləğə münasibətdə əsassız varlanmışdır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 5600 manat məbləğində vəsaitin ona çatmasını Cavabdeh2 İddiaçı müraciəti üzrə toplanmış material üzrə izahatı alınan zaman etiraf etmiş, həmin məbləği qaytarmağa imkanının olmadığını bildirmişdir. Bu səbəblə cavabdehin qeyd edilən 5600 manat məbləğində pulu almasını etiraf etməsi iddiaçının tələb etdiyi məbləği cavabdehə verməsini sübut etmə yükündən azad edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 5600 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evinin tikintisinə xərclənmiş 40000 manat məbləğində vəsaitin cavabdehdən tutulması hissəsi ilə bağlı hesab edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, cavabdehin həmin fərdi yaşayış evinin tikilməsi, bununla bağlı hər hansı zərərin vurulması ilə bağlı hərəkəti müəyyən edilməmişdir. Məhkəmə nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır.
Məhkəmənin gəldiyi nəticə: Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 5600 (beş min altı yüz manat) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh2 5600 (beş min altı yüz manat) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Rübabə Qafarova