Məhkəmə qərarları › İş №2(010)-899/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-899/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-899/2021 04.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə 04 noyabr 2021-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 19000(on doqquz min) manat məbləğində pulun alınıb mənə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehə (Cavabdeh) 21 avqust 2019 il tarixdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zabrat Maştağa şossesinin sağ kənarı ev-34 ünvanda yerləşən daşınmaz əmlakın 2 (iki) ay müddətində özəlləşdirilməsi ilə əlaqədar müqavilə əsasında 15.500 (on beş min beş yüz) manat məbləğində pul vermişdir. Cavabdeh sonra da ona yaxınlaşaraq işin tamamlanması üçün əlavə olaraq 3500 (üç min beş yüz) manat pul verməsini istədi. O da 3500(üç min beş yüz) manat pulu ona notarial qaydada vermişdir. Tərəflərindən cavabdehin səmimiliyinə inanaraq ümumilikdə 19.000 (on doqquz min) manat məbləğində pul vəsaiti vermişdir. Cavabdeh almış olduğu pul müqabilində heç bir iş görmədi. O, verdiyi pulların geri qaytarılmasını tələb etdim. Lakin uzun müddət keçməsinə baxmayaraq o, aldığı pulları qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Odur ki, Cavabdehdan 19000(on doqquz min) manat məbləğində pulun alınıb mənə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 ekspert rəyi ilə razı olduğunu və iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 5 saylı Asan Xidmət Mərkəzinin notarius ofisində borcverən Dördyol Adil ilə borc alan Cavabdeh arasında bağlanmış 01.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, Borc verən" "Borc alan"a notariusun bankda açılan depozit hesabı vasitəsi ilə 3500 manat 00 qəpik :(üç min beş yüz manat sıfır qəpik) pul borc verir. “Borc alan" krediti 17/11/2019 (on yeddi noyabr iki min on doqquzuncu il) tarixədək notariusun bankda açılan depozit hesabı vasitəsi ilə "Borc verən"ə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. “Borc alan” kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. “Borc verən" müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə və bank qəbzləri əsasında təsdiq etməlidir. Ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 20 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahiəsiz qaydada alınır. Borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Tərəflərin həmin müqavilə üzrə-mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yeni müqaviləsi əsasında, belə müqavilə olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini “Borc alan” çəkir. Bu müqavilə üç nüxsədən ibarət Azərbaycan dilində tərtib edildi. Onlardan biri notariat ofisində saxlanılır, digər nüsxələri isə tərəflərə verilir. İş materiallarında olan X2 ilə Cavabdeh arasında bağlanmış 21.08.2019-cu il tarixli xidmət müqaviləsinə əsasən, sifariş verən Cavabdeh 15500 manat məbləğində pul vəsaitini Bakı şəhərində yerləşən ünvanda yerləşən tikilinin torpaq sahəsi ilə birlikdə 2 ay müddətinə özəlləşdirilməsi üçün xidmət göstərənə verir, xidmət göstərən isə bu müqavilənin şərtləri əsasında özəlləşdirmənin başa çatdırılmasını öhdəsinə götürür. Sifariş verən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği faizsiz olaraq xidmət göstərənə verir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli 4/1161 saylı rəyə əsasən, ekspertizaya təqdim edilmiş, 2(010)- 899/2021-ci il tarixli mülki işin 36-cı vərəqə-sində olan 01 oktyabr 2019-cu il tarixli kredit müqaviləsində “Borc alan” qrafasındakı “Cavabdeh” yazıları ilə i/v 35-də olan 21 avqust 2019-cu il tarixli xidmət müqaviləsində “Suraxanı rayon Əmircan qəs Z.Əliyev dön 1 ev 3 Cavabdeh” yazıları - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(010)-899/2021-ci il tarixli mülki işin 36-cı vərəqə¬sində 01 oktyabr 2019-cu il tarixli kredit müqaviləsində “Borc alan” qrafasındakı imza ilə i/v 35-də olan 21 avqust 2019-cu il tarixli xidmət müaviləsinin aşağı sol hissəsində Cavabdeh adından olan imza -Eyni şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Tərəflər arasında bağlanmış 21 avqust 2019-cu il tarixli xidmət müqavilənin və 01 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən, hər iki müqavilə üzrə cəmi 1900 manat məbləğində pulu Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zabrat Maştağa şossesinin sağ kənarı ev-34 ünvanda yerləşən daşınmaz əmlakın 2 (iki) ay müddətində özəlləşdirilməsi ilə əlaqədar qaytarılması nəzərdə tutulsa da, ümumiyyətlə heç bir pul vəsaitinin ödənilməməsi cavabdeh tərəfindən müqavilə şərtinin əhəmiyyətli dərəcədə pozulması və borcun qaytarılması üçün təhlükə yarandığı qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləinin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdıraraq, sübutlara cəm halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 19000 (on doqquz min) manat borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 19000 (on doqquz min) manat borc pul alınaraq İddiaçı verilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar