Məhkəmə qərarları › İş №2(010)-903/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-903/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-903/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12170 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh 2014-cü ildən tanıyır, ailəvi münasibəti olmuşdur. Cavabdeh əvəllər də dəfələrlə borc almış, qaytarmışdır. 2019cu ilin mart ayından 2020-ci ilin aprel ayına qədər cavabdeh hissə-hissə olmaqla ümumiliklə 12170 manat (on iki min yüz yetmiş) borc almışdır. Sonuncu dəfə 25 aprel 2020-ci il tarixdə cavabdeh borca 7000 manat pul istəmiş, torpaq sahəsi olduğunu, satdıqdan sonra qaytaracağına söz vermişdir. Lakin cavabdeh pulu qaytarmamış, hər dəfə tələb etdikdə müxtəlif bəhanə ilə borcu qaytarmaqdan yayınmışdır. Cavabdeh tərəfindən ondan götürülmüş borcu təsdiq edən əl yazıları mövcuddur və həmin sənədlərin iddia ərizəsinə qoşmada əlavə edilir. Cavabdeh 12170 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı öz izahatına əsasən, cavabdehi, onun oğlunu və rəhmətə getmiş həyat yoldaşını yaxından tanıdığını, Cavabdeh maaş kartının təxmini 1 il özündə olduğunu oradan 1100 manat pul çıxdığını bildirmiş və bu səbəbdən də 13270 manat ümumi olan borcdan həmin 1100 manatı çıxdığını və iddia tələbində 12170 manat məbləğində olan pulu borc qəbzlərinə uyğun olaraq, cavabdehdən tələb etdiyini bildirmişdir. Həmin borcdan heç bir ödəniş olunmamışdır, cavabdehlə danışığa gəlmək istədiyini, buna baxmayaraq cavabdehin danışığa gəlmək istəmədiyini bildirmiş, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Son olaraq, iddia tələbinin təmin olunmasını və buna dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh öz izahatında iddiaya etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçıdan yalnız borc olaraq 5 min manat pul almışdır, iddia tələbindəki məbləğ əsassızdır, belə ki, 4 il 530 manatdan, 1 il isə 490 manatdan pul ödəmişdir. 5 min manat məbləği ödəyib, qurtarmışdır. 2020-ci ili oktyabr ayınadək hər ay 530 manat ödəmişdir. Maaş kartı iddiaçıda olmuşdur, hər ay oradan pul çıxırdı, bundan əlavə özü aldığı borcu hər ay “Fantaziya” adlı şirniyyat mağazasındakı işləyən xanımlara verdiyini bildirmişdir. 2020-ci il noyabr ayından artıq heç bir ödəniş etməmişdir. Aldığı borcu tam olaraq ödəmişdir. Aralarında qarşılıqlı razılığa əsasən, imzalanmış borc qəbzlərini özü tərəfindən imzaladığını bildirmiş, lakin həmin borcların faiz məbləği olduğuna görə imzaladığını, həmin borcları tam olaraq ödədiyini bildirmişdir. Lakin bu borcların ödənilməsinə dair əlində heç bir sübut olmadığını məhkəmənin diqqətinə çatdırmış, son olaraq iddia tələbini qəbul etmədiyini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X1 öz izahatına əsasən, Cavabdeh bacısı olduğunu, 5000 manat borcunun olduğunu, hər ay faiz verdiyini, bacısı ilə birlikdə hər ay fantaziya şirniyyat mağazasına getdiyini və həmin faiz məbləğini ödədiyini bildirmişdir. 4 il 530 manat, 1 il isə 490 manat ödəmişdir. Borc aldığı məbləğin hamısını qaytarmışdır. Bacısının heç bir borcu olmadığını, aldığı 5000 manat borc məbləğinin hamısını ödədiyini məhkəmənin nəzərinə çatdırmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 20.03.2019-cu il tarixli yazılı razılığa əsasən, Cavabdeh İddiaçı 2560 (iki min beş yüz altmış) manat məbləğində pulu 20.03.2020-ci ilə qədər ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 12.05.2019-cu il tarixli yazılı razılığa əsasən, Cavabdeh İddiaçı 660 (altı yüz altmış) manat məbləğində pulu 12.05.2020-ci ilə qədər ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 11.10.2019-cu il tarixli yazılı razılığa əsasən, Cavabdeh İddiaçı 1950 (bir min doqquz yüz əlli) manat məbləğində pulu 11.10.2020-ci ilə qədər ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 25.04.2020-ci il tarixli yazılı razılığa əsasən, Cavabdeh İddiaçı 7000 (yeddi min) manat məbləğində pulu 25.04.2021-ci ilə qədər ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə araşdırılması zamanı hər iki tərəfin izahatına əsasən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 2019-cu ilin mart ayından 2020-ci ilin aprel ayına qədər cavabdeh hissə-hissə olmaqla ümumiliklə 12170 manat (on iki min yüz yetmiş) borc almışdır. Sonuncu dəfə 25 aprel 2020-ci il tarixdə cavabdeh borca 7000 manat pul istəmiş, torpaq sahəsi olduğunu, satdıqdan sonra qaytaracağına söz vermişdir. Lakin cavabdeh pulu qaytarmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iş materiallarında olan müxtəlif tarixli yazılı qəbzlərdən məlum olur ki, Cavabdeh İddiaçı 12170 manat borcunun olması təsdiq olunur. Həmin qəbzlərdə imzanın ona məxsus olduğunu və onun tərəfindən icra edilməsini cavabdeh izahatında təsdiq edir. Odur ki, iddia tələbi təmin olunmalı və Cavabdeh İddiaçı xeyrinə 12170 manat məbləğində pul tutulmalıdır. Bununla yanaşı cavabdeh məhkəmə iclasında verdiyi izahatında əslində pulun bir qisminin onaartıq faizlər şəklində ödədiyini, iki ilə yaxın bir müddətdə pulun hər ay müəyyən mağazasının satıcıya təqdim etməklə, bununla da iddiaçıya qaytarılmasını bildirsə də, bu faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi isinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən cavabdehin etirazı bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddiada qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarına əlavə olunmuş 04.12.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 12170 (on iki min bir yüz yetmiş) manat məblələğində borc tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar