Məhkəmə qərarları › İş №2(010)-909/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-909/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-909/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əlı̇ yev Hüseyn Zaur oğluna qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı cavabdeh Əlı̇ yev Hüseyn Zaur oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.722 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manat məzənnəsi ilə ödənilmiş 32.27 (otuz iki manat iyirmi yeddi qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 527 manat pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. O, “Borcverən” İddiaçı, “Borcalan” Cavabdeh “Binance” platforması üzərindən xx.xx.2024-cü il tarixində 2722 (iki min yeddi yüz iyirmi iki) USDT (dollar qarşılığı 2722$, manat qarşılığı 4627 AZN) göndərmişdir. “Borcalan” Cavabdeh ödənişin tamamını 5-10 dəqiqə ərzində ona manat olaraq göndərməli olduğu halda, ödənişin bir hissəsini (2000$, manatla 3400 AZN) kart hesabına göndərmiş, qalan 722 $ (manatla qarşılığı 1227 AZN) vəsaitin Blockchain hesabında ilişdiyini və qısa zamanda hissə-hissə kart hesabına göndərəcəyini bildirmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, lakin pul vəsaitini geri qaytarmamışdır.

Tərəflərin izahatları.

4. Cavabdeh Əlı̇ yev Hüseyn Zaur oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materialları.

6. İş materiallarında olan “whatsapp” platforması üzərindən aparılmış yazışmaları əks etdirən fotoşəkillərdən görünür ki, tərəflər arasında yoldaşlıq münasibəti olmuş və İddiaçı tərəfindən Əlı̇ yev Hüseyn Zaur oğlunun hesabına pul vəsaiti köçürülmüşdür.

İşin faktiki halları.

7. İşin faktiki halları ondan ibarətdir ki, hazırki iddia tələbində iddiaçı cavabdehlə aralarında işgüzar münasibət olduğunu və həmin münasibət əsasında cavabdehə 2722 ABŞ dolları pul vəsaitini verdiyi və daha sonra cavabdehin ona ödənişlər etdikdən sonra cəmi qalıq 527 manat pul vəsaitinin qaytarılmadığını bildirir və tələbin əsası kimi cavabdehlə aralarında olan danışıqları əks etdirən fotoşəkillərə istinad edir. Tərəflərin danışıqlarından belə məlum olur ki, cavabdeh tez bir zamanda həmin məbləği iddiaçıya qaytarmalı idi, lakin cavabdehin sms bildirişlərdə bildirdiyinə görə texniki problem səbəbindən bunu edə bilməmişdir. Bir müddət keçəndən sonra iddiaçı cavabdehin səmimiyyətinə inanmamış və pulunu geri tələb etmişdir. İş məhkəmənin icraatında olarkən iddiaçı bildirmişdir ki, cavabdeh pulun müəyyən hissəsini geri qaytarmışdır. Cavabdehin məlumatlandırılmasına baxmayaraq, iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi

10. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

11. Məhkəmə əvvəla iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında borc münasibəti olmuşdur. Belə ki, tərəflərin yazışmalarından görünür ki, iddiaçı cavabdehin hesabına pul məbləğini, cavabdehin həmin pulu tez bir zamanda ona qaytaracağı şərti ilə köçürmüşdür. Maddi hüquq normalarının tələblərindən göründüyü kimi borc məbləği üç min manatdan az olduqda borc müqaviləsinin şifahi formada bağlanması mümkündür. Bu baxımdan məhkəmə həmin pul vəsaitinin verilməsinə dair tərəflər arasında olan münasibəti borc münasibəti olaraq qəbul edir. Tələb edilən məbləğə gəldikdə isə, hazırda iddiaçı cavabdehdən 527 manat pul tutulmasını xahiş edir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz və ya mülahizə daxil olmamışdır. Digər tərfədən, işdə olan sms yazışmalardan da müəyyən olunur ki, pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir. Hazırda iddiaçı cavabdehin həmin qalıq məbləğdən ödəniş etdiyini və ona 527 manat pul vəsaitinin qaytarılmalı olduğunu bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilən pul vəsaitindən qalıq hissənin cavabdehə qalmasını şərtləndirən hər hansı hüquqi əsas mövcud deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

Məhkəmə xərcləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

13. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. İddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 32.27 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdeh Əlı̇ yev Hüseyn Zaur oğlundan tutularaq iddiaçı Şükürlü Cavı̇ d Rası̇ m oğluna ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

15. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Əlı̇ yev Hüseyn Zaur oğlundan 527 manat pul vəsaiti və iş üzrə ödənilmiş 32.27 manat dövlət rüsumunun 30 manat hissəsi tutularaq iddiaçı Şükürlü Cavı̇ d Rası̇ m oğluna ödənilməlidir.

16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. Cavabdeh Əlı̇ yev Hüseyn Zaur oğlundan 527 manat pul vəsaiti tutularaq iddiaçı Şükürlü Cavı̇ d Rası̇ m oğluna ödənilsin. İş üzrə ödənilmiş 32.27 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdeh Əlı̇ yev Hüseyn Zaur oğlundan tutularaq iddiaçı Şükürlü Cavı̇ d Rası̇ m oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar