Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-91/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və evinə giriş üçün Cavabdeh tərəfindən yaradılan maneələrin aradan götürülməsi və onun tərəfindən qanunsuz inşa edilən hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, X12 onun mərhum həyat yoldaşıdır və Ordjonikidze rayon X5 İcra Komitəsi tərəfindən 22 mart 1985ci il tarixli 1 saylı qərarı ilə X9 öz fərdi həyətində tikinti işlərinin aparılmasına icazə verilmişdir. O mərhum həyat yoldaşı X12 ilə 1995-ci ildə ailə qurmuş və 20 ilə yaxın bir müddət ərzində onunla birgə təsərrüfat apararaq birlikdə yaşamışlar. X12 2015-ci ildə vəfat etmiş, lakin o sağ olarkən birinci nikahdan olan övladlarını qəbul etməmişdir. Lakin onun təkidi ilə sonradan övladlarına həmin torpaq sahəsindən 5 sot torpaq vermişdir. O mərhum ərinin həm vəsiyyəti, həm də qanun üzrə 1-ci növbə vərəsə kimi miras əmlakını qəbul etmişdir. Hal-hazırda mərhum ərinin birinci nikahdan olan oğlu-Cavabdeh onun torpaq sahəsini və torpaq sahəsindəki tikilinin giriş yolunu kəsmişdir. Bununla bağlı o, dəfələrlə cavabdehə bu qanunsuzluğa son qoyulması barədə xahiş etmiş, lakin cavabdeh hətta yerli İcra Hakimiyyətinin və Bələdiyyənin nümayəndələrinin də təkidinə məhəl qoymamışdır. Hazırda cavabdehin bu əməllərinə görə o, evinə və torpaq sahəsinə sərbəst gedib-gələ bilmir. Cavabdeh tərəfindən tikilmiş hasar nəticəsində onun torpaq sahəsinə avtomobil yolunun girişi bağlanmışdır. Qeyd olunanlara əsasən məhkəmədən qanunsuz inşa edilən hasarın sökülməsini və cavabdeh tərəfindən ona yaradılmış maneənin aradan qaldırılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı əri X12 2015-ci ildə vəfat etmişdir. İddiaçının mərhum həyat yoldaşı vəfat etməmişdən əvvəl xx.xx.2000-ci il tarixdə ona məxsus bütün əmlakını və ünvan 1 ünvanında yerləşən evi İddiaçı vəsiyyət etmişdir. Sonradan iddiaçının təkidi ilə mərhum X12 birinci nikahından olan hazırkı Cavabdeh həmin torpaq sahəsindən 5 sot torpaq sahəsi pay vermişdir. Lakin cavabdeh daha sonra həmin tikiliyə və torpaq sahəsinə girmək üçün iddiaçının giriş-çıxış yolunu kəsmişdir. Bununla bağlı iddiaçı dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, lakin cavabdeh öz əməlindən əlçəkməmiş və iddiaçıya həmin torpaq sahəsində giriş-çıxış üçün yol verməmişdir. Cavabdeh tərəfindən tikilmiş hasar nəticəsində onun torpaq sahəsinə avtomobil yolunun girişi bağlanmışdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, onun atası X12 2015-ci ildə vəfat edib və ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən atası X1 hamısının onlara çatası paylarını vermişdir. Hazırda isə İddiaçı həmin torpaq sahəsini satmaq niyyətindədir və buna görə də ona qarşı iddia qaldırmışdır. O 1962-ci ildən həmin həyətdə yaşayır və iddiaçıya hər hansı maneçiliyi yoxdur. Belə ki, o qapını giriş qapısından 5 metr uzaqda qoymuşdur. Torpaq sahəsinin aşagı hissəsində isə heç vaxt avtomobil yolu olmamışdır. İddiaçının iddia ərizəsində göstərdiyi kimi maneələrin aradan qaldırılmasına gəlincə qeyd edir ki, iddia tələbi əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbə Nümayəndəliyi tərəfindən verilmiş yaşayış yeri üzrə arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən evdə yaşayır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon VVAQ Şöbəsi tərəfindən verilmiş nikah bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X12 və X3 xx.xx.1995-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra soyadları ərin Rzayev, arvadın Rzayeva qeyd edilmişdir. İşə əlavə olunmuş xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.2015-ci il tarixində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Orconikidze rayonu X11 İcra Komitəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli qərarın surətindən görünür ki, ünvan 4 ünvanında yaşayan vətəndaş X9 öz fərdi həyətində Maqazinnaya küçəsi tərəfindən sahəsi 18,0 otağın, sahəsi 12.0 kv.m mətbəxin və 0.45 m. kürsülük ilə hündürlüyü 3 m. sahəsi 18.0 kv.m verandanın tikilməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair Pasportun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı evinin hüquq subyekti X10r. İş materiallarına əlavə olunmuş xx.xx.2000-ci il tarixli vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X7 özünə məxsus olan bütün əmlakını, o cümlədən Bakı şəhəri, Hövsan qəsəbəsi, Maqazin küçəsindəki 6 A saylı evi həyat yoldaşı X2 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 35 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər ərazi İdarəsinə ünvanlaşmış xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, X8 xx.xx.2015-ci tarixdə vəfatı ilə əlaqədar vərəsə: İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Qərardadın birinci sualları üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin cənub tərəfindəki girişində texniki pasportda qeyd olunan əvvəllər mövcud olmuş qapı və hasar sökülərək təqribən 30 kv.m sahənin ümumi istifadə kimi saxlanıldığı, həyətyanı torpaq sahəsinin mübahisə predmeti olan hissəsində 16 metr uzunluğunda mişar daşından hasar inşa edildiyi müəyyən edilmişdir. Qərardadın ikinci və üçüncü sualları üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin girişində aparılmış dəyişikliklərin və əlavə tikililərin texniki pasporta uyğun aparılmadığı, torpaq sahəsinin cənub hissəsində mübahisəli sahədə yerləşən sərhəd hasarının və giriş qapısının Texniki Pasporta uyğun olmadığı müəyyən edilmişdir. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin girişində (mübahisəli sahədə) sonradan çəkilmiş hasarın uzunluğu 16 metr təşkil etdiyi və iddiaçının istifadəsində olan sahəyə 2 metr enində giriş hissəsinin qaldığı müəyyən edilmişdir. Dövlət Şəhərsalma Norma Və Qaydaları AzDTN 2.6-1 cədvəl-9 da qeyd olunanlara əsasən məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsinin təmin edən keçidin eni 2,75-3,0 metr nəzərədə tutulduğundan faktiki vəziyyətdə isə iddiaçının istifadəsində olan sahəyə 2 metr enində giriş hissəsinin qaldığından həmin hissədə avtomobil yolunun bağlandığı müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin girişində aparılmış dəyişikliklər və əlavə tikililər texniki pasportda nəzərdə tutulmadığından və həmin tikililərə dair hər hansı sənəd (icazə və ya razılaşdırma) təqdim olunmadığından həmin tikililərin tikinti normalarına və qaydalarına uyğun aparılmadığı müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqlar əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Nəzərə alınmalıdır ki, İddiaçı gələcəkdə həmin ev üzərində mülkiyyət hüququnu rəsmiləşdirəcəyi də istisna edilməməlidir. Çünki, onun buna “qanuni gözlənti”si var. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il) Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı X12 ilə 1995-ci ildə ailə qurmuş və 20 ilə yaxın bir müddət ərzində onunla birgə təsərrüfat apararaq birlikdə yaşamışlar və X12 2015-ci ildə vəfat etmişdir. X12 xx.xx.2000-ci il tarixli vəsiyyətnamə verərək özünə məxsus olan bütün əmlakını, o cümlədən Bakı şəhəri, Hövsan qəsəbəsi, Maqazin küçəsindəki 6 A saylı evi həyat yoldaşı X2 vəsiyyət etmişdir. Sonradan cavabdeh tərəfindən həmin torpaq sahəsinin giriş hissəsində tikinti işləri aparılmış və iddiaçının fərdi yaşayış evindən giriş-cıxışı məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin cənub tərəfindəki girişində texniki pasportda qeyd olunan əvvəllər mövcud olmuş qapı və hasar sökülərək təqribən 30 kv.m sahənin ümumi istifadə kimi saxlanıldığı, həyətyanı torpaq sahəsinin mübahisə predmeti olan hissəsində 16 metr uzunluğunda mişar daşından hasar inşa edildiyi müəyyən edilmişdir. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin girişində (mübahisəli sahədə) sonradan çəkilmiş hasarın uzunluğu 16 metr təşkil etdiyi və iddiaçının istifadəsində olan sahəyə 2 metr enində giriş hissəsinin qaldığı müəyyən edilmişdir. Dövlət Şəhərsalma Norma və Qaydaları AzDTN 2.6-1 cədvəl-9 da qeyd olunanlara əsasən məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsinin təmin edən keçidin eni 2,75-3,0 metr nəzərədə tutulduğundan faktiki vəziyyətdə isə iddiaçının istifadəsində olan sahəyə 2 metr enində giriş hissəsinin qaldığından həmin hissədə avtomobil yolunun bağlandığı müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin girişində aparılmış dəyişikliklər və əlavə tikililər texniki pasportda nəzərdə tutulmadığından və həmin tikililərə dair hər hansı sənəd (icazə və ya razılaşdırma) təqdim olunmadığından həmin tikililərin tikinti normalarına və qaydalarına uyğun aparılmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhz özbaşına qanunsuz tikililər Cavabdeh tərəfindən aparıldığından, iddia təmin edilməli, iddiaçıya məxsus fərdi yaşayış evinin girişində inşa edilən tikili hasar - özbaşına tikili sayılaraq sökülməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 217.2-cü maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri-ümumilikdə 100 manat cavabdehlər Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin girişində (torpaq sahəsinin cənub hissəsində) sonradan çəkilmiş uzunluğu 16 (on altı) metr təşkil edən sərhəd hasar- Cavabdeh vəsaiti hesabına sökülsün. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mağaza küçəsi, 6A (keçmiş 9) saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinin giriş qapısına Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri-ümumilikdə 100 (yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-91/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-91/2023
05.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver