Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-911/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiаçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.4 manat məbləğində vəsaitin alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2*21-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək *2 il *2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. 28.*1.2*22-ci il tarixdə müvafiq protokol tərtib edilərək məhkum Cavabdeh “ATTENTİ” markalı 35656196 saylı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli və başlığı təhvil verilmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitələrindən istifadə qaydaları izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. 11.*2.2*22-ci il tarixdən məhkumun izlənmə məlumatları gəlməmiş və o, axtarışa verilmişdir. 13.12.2*22-ci il tarixdə idarədə məhkum Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilərkən elektron nəzarət vasitəsinin məhkumun üzərində olmadığı müəyyən edildi və izahatı alınarkən ona tətbiq edilmiş elektron nəzarət vasitəsini 11.*2.2*22-ci il tarixdən itirdiyini bildirdi. "xxxx" QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən mobil qurğunun dəyəri 2277.4* (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflərin izahatları. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Tamella Rüstəmova iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq vəzifələri qoyulmuşdur. Lakin cavabdehə elektron nəzarət vasitəsi təhkim olunduqdan bir neçə gün sonra məlum olmuşdur ki, o, elektron qolbağa müdaxilə etmişdir. Bundan sonra məhkum idarəyə dəvət olunmuş, izahatı alınmışdır. O, izahatında içkili olduğu üçün ona təhkim edilmiş elektron qolbağı klipslərdən qıraraq açdığını və elektron qolbağı, mobil qurğunu, enerji adapterini və mobil qurğunun kavrasını itirdiyini bildirmişdir. Yəni, cavabdeh elektron qolbağı özü çıxardığını və itirdiyini etiraf etmişdir. Bundan sonra ona itirilmiş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.4 manat pulu ödəməsi təklif edilmişdir. Cavabdeh həmin məbləği könüllü ödəmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Odur ki, nümayəndə məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Tamella Rüstəmova məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbi ilə razılaşdığını, dəymiş maddi ziyanı ödəməkdən boyun qaçırmadığını, lakin həmin borcu hal-hazırda ödəməyə nə onun, nədəki ailəsinin maddi imkanının olmadığını bildirmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2*21-ci il tarixli, 1(*1*)-96/2*21 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək ona *2 il *3 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu *2 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Cavabdeh qəti olaraq, *2 (iki) il *2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmiş, Cavabdeh üzərinə hər gün saat 23:**-dan növbəti gün saat *7:**-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Cavabdeh üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasya İdarəsinə həvalə edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi və Cavabdeh məhkəmə iclası zalında dərhal həbsdən azad edilməsi hökm edilmişdir. Bakı şəhəri Probasiya İdarəsi tərəfindən 13.12.2*22-ci il tarixdə Cavabdeh barəsində “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə protokol tərtib edilmiş, protokol Cavabdeh və icra məmuru Tamella Rüstəmova tərəfindən imzalanmışdır. Məhkum Cavabdeh tərəfindən Bakı şəhər Probasiya İdarəsinə verilmiş 28.*1.2*22-ci il və 13.12.2*22-ci il tarixli izahatın surətindən görünür ki, o, qeydiyyatda olmadığı ünvanda yerləşən evini satdığı üçün orada yaşamadığından icra məmurları onu tapa bilməmişdir. Ona tətbiq edilmiş elektron nəzarət vasitəsini itirmişdir. Hal-hazırda əməlindən peşmandır. İtirdiyi elektron nəzarət vasitəsinin dəyərini ödəməyə imkanı yoxdur. "xxxx" QSC tərəfindən tərtib edilmiş 29.*7.2*21-ci il tarixli arayışdan görünür ki, “ATTENTİ” markalı 35656196 saylı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında sadə elektron qolbaq, mobil nəzarət qurğusu, elektrik adapteri, proqram lisenziyası üçün cəmi 2277.4* manat nəzərdə tutulur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə 17 mart 2*23-cü il tarixli ərizəni ünvanlayaraq, iddia tələbi ilə razılaşdığını, dəymiş maddi ziyanı ödəməkdən boyun qaçırmadığını, lakin həmin borcu hal-hazırda ödəməyə nə onun, nədəki ailəsinin maddi imkanının olmadığını bildirmiş, borcun ödənilməsinə dair iddianı müəyyən müddətə təxirə salınmasını istəmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1*96. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1*96.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1*97. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1*97.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Maddə 52-1. Azadlığın məhdudlaşdırılması 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:...52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;... Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi. Maddə 15-2. Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri 15-2.1. İctimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. [24] 15-2.2. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 1*7. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.*** manatdan 1*.*** manatadək olduqda – 3* manat + 1.*** manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1* aprel 2*18-ci il tarixli, 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin” Siyahısı (Əlavə 1). 1.1. elektron qolbaq – məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər. Elektron qolbaq üçüncü şəxslər tərəfindən paltar altında görünməməsi üçün kiçik və yüngül olmalı, nəzarət subyektinə zərər verməyəcək materialdan hazırlanmalı, onun gündəlik fəaliyyətinə çətinlik yaratmamalı, enerji ehtiyatı indikatoru, kilidin açılması, kəmərin kəsilməsi, fiziki və proqram müdaxiləsi detektorları, vibrasiya xəbərdarlıq siqnalı ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini dəstəkləməli, zərbəyə, suya, toza, habelə hərarət və hündürlüyün dəyişməsinə qarşı dözümlü olmalı, uzun müddətdə fasiləsiz işləmək üçün enerji ehtiyatını saxlamalıdır. Müstəqil işləyən elektron qolbaq, həmçinin şəbəkə indikatoru, habelə GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları, nəzarət qurğuları ilə kompleksdə işləyən elektron qolbaq isə həmin qurğulardan uzaqlaşması detektorları ilə təmin edilməlidir; 1.2. mobil nəzarət qurğusu – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır. Mobil nəzarət qurğusu cibdə yerləşməsi üçün kiçik və yüngül olmalı, enerji ehtiyatı və şəbəkə indikatorları, şəbəkədən ayrılması, qolbaqdan uzaqlaşması, fiziki və proqram müdaxiləsi detektorları, səs və vibrasiya xəbərdarlıq siqnalı, habelə biometrik eyniləşdirmə vasitələri ilə təchiz edilməli, stasionar və mobil enerji qida mənbəyini, interaktiv xəritəni dəstəkləməli, GPS və GSM siqnalı vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data və səs əlaqəsini yaratmaq, məlumatı ötürənədək yaddaşda saxlamaq funksiyaları ilə təmin edilməlidir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1* aprel 2*18-ci il tarixli, 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Qaydaları (Əlavə 2). 2.1. Elektron nəzarət vasitələri məhkəmənin müvafiq olaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin təyin edilməsi barədə qanuni qüvvəyə minmiş yekun qərarı əsasında Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq icra məmuru (probasiya üzrə) tərəfindən tətbiq olunur.... ...2.3. Elektron nəzarət vasitələri tətbiq olunan nəzarət subyektinə müvafiq olaraq icra məmuru (probasiya üzrə) və polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən məhkəmənin qərarının icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri ilə yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması tələbi, bunun üçün görülməli olan işlər, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah edilir, ona yaddaş kitabçası verilir və bu barədə protokol tərtib olunur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277.4 manat məbləğində maddi zərər tutularaq Bakı Şəhər Maliyyə İdarəsinin hesabına (müxbir hesab: AZ66CTRE*************21*7131; səviyyə kodu: 1; təsnifat kodu: 14233*; valyuta azn, VÖEN: 17**446391) köçürülməlidir. İş materiallarından göründüyü kimi, məhkum Cavabdeh ona təhkim edilmiş və üzərinə işlək vəziyyətdə saxlanılması vəzifəsi qoyulmuş elektron qolbağa müdaxilə edərək onu açmış, sonra elektron qolbağı ona bağlı elektron nəzarət vasitələri ilə birlikdə itirmişdir. Məhkəmə cavabdehi elektron qolbağın itirilməsinə görə təqsirli hesab edərkən, o halı nəzərə alır ki, cavabdeh Əsgərov X1 İdarəsinə verdiyi izahatda içkili olduğu üçün ona təhkim olunmuş elektron qolbağı klipslərindən qıraraq açdığını və elektron qolbağı, mobil qurğunu, enerji adapterini və mobil qurğunun kavrasını itirdiyini bildirmişdir. Halbuki, o, həmin qurğu və nəzarət vasitələri ona təhkim edildiyi andan onları işlək vəziyyətdə saxlamağa borclu olmuş, bununla bağlı məsuliyyətin ona izah edildiyini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Həmçinin, Cavabdeh özü də Probasiya İdarəsinə verdiyi izahatda cihazı itirdiyinə görə məsuliyyətini dərk etdiyini göstərmiş, məhkəməyə ünvanladığı ərizəsində də iddia tələbini qəbul etdiyi bildirmişdir. Bu hal həmçinin iş materiallarında olan digər sübutlarla təsdiq olunur. Bu baxımdan, məhkəmə hesab edir ki, Cavabdeh ona təhkim edilmiş və işlək vəziyyətdə saxlamağa borclu olduğu elektron nəzarət vasitələrini öz təqsirli hərəkətləri ilə itirdiyinə görə iddiaçı həmin qolbaq və elektron nəzarət vasitələrinin dəyərinin dəymiş zərər kimi cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan və iddia təmin edildiyindən iddianın qiymətinə (2277.4 manat) mütənasib olan ödənilməmiş 42.77 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277.4 manat məbləğində pul və ödənilməmiş 42.77 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-22*, 227, 233, 357, 358, 36* və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2277.4 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilməmiş 42.77 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-911/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-911/2023
10.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver