Məhkəmə qərarları › İş №2(010)-913/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-913/2020

17.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-913/2020 17.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxxx» Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair” iddiası üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «xxxxxxxxx» Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,“xxxxxxxxx” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi «V» Yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 4-cü blok 9-cu mərtəbəsində yerləşən sahəsi 111.4 kv.m olan, 3 otaqdan ibarət 285 saylı mənzilin üzərində onun sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsi və mənzildən sərbəst istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı oğlu «xxxxxxxxx» Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» Yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının, 4-cü blok 9-cu mərtəbəsində yerləşən sahəsi 111.4 kv.m olan, 3 otaqdan ibarət 285 saylı mənzilin dəyərini xx.xx.2006-cı il tarixdə cavabdeh «xxxxxxxxx» MTK-ya ödəyərək qeyd olunan mənzili almışdır. Bununla bağlı İddiaçı ilə cavabdeh MTK arasında, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, 13 M ünvanında inşa edilən yaşayış binasının. 4-cü blok 9-cu mərtəbəsində yerləşən sahəsi 111.4 kv.m olan,3 otaqdan ibarət 258 saylı mənzilə dair xx.xx.2006-cı il tarixli müqavilə bağlanaraq, həmin mənzilin dəyərini təşkil edən 45.000 (qırx beş min) manat məbləğini cavabdeh MTK-ya ödəməsi barədə xx.xx.2006-cı il tarixli maliyyə arayışı verilmişdir. İddiaçı dəfələrlə cavabdeh MTK-ya gedərək mənzilinin ona nə vaxt təhvil veriləcəyi ilə maraqlanmış, MTK rəhbərliyində müxtəlif vaxtlarda dəyişikliklər olduğundan hər müraciətində aralarında məhkəmə mübahisələrinin olduğuna istinad edərək gözləməsini bildirmişlər. Sonradan isə MTK rəhbərliyi tərəfindən hər dəfə müxtəlif bəhanələrdə iddiaçının mənzilin ona təhvil verməkdən yayınmışdır. Ona görə də məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o,üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddiaçının iddiası təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxxxxxxx” MTK ilə bağlanmış xx.xx.2006-cı il tarixi müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» Yaşayış sahəsinin şərq hissəsində inşa edilən yaşayış binasının, 4-cü blok 9-cu mərtəbəsində yerləşən sahəsi 111.4 kv.m olan, 3 otaqdan ibarət 285 saylı mənzilini almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» massivinin şərq hissəsində tikilməkdə olan yaşayış binası Cavabdeh MTK-nə məxsusdur. Bu binanın 4 giriş, 9-cu mərtəbəsində ümumi sahəsi 111.4 kv.m. olan 3 otaqlı 285 saylı mənzilin pay dəyərindən 45.000 (qırx beş min) AZN İddiaçı tərəfindən ödəndi. xx.xx.2017-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi cavabdeh X.X.S nikaha daxil olanadək mənzilin pay haqqını tam ödədiyi üçün həmin mənzilə sahiblik və istifadə hüququ ona məxsus olmuşdur. Beləliklə, məhkəmə zamanı, iddiaçının nümayəndəsinin izahatından, həmçinin iş materiallarından müəyyən edildi ki, İddiaçı ilə cavabdeh “xxxxxxxxx” MTK-a arasında xx.xx.2006-cı il müqavilə bağlanmış, həmin müqaviləyə əsasən “xxxxxxxxx” MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində inşa edilən yaşayış binasının, 4-cü blok 9-cu mərtəbəsində yerləşən sahəsi 111.4 kv.m olan, 3 otaqdan ibarət 285 saylı mənzilini İddiaçı cavabdehdən almış və mənzilin dəyəri olan 45.000 AZN-ni ödəmişdir. «xxxxxxxxx» Mənzil Tikinti Kooperativihəmin mənzilə İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Belə olan halda məhkəmə qeydedir ki, işin mübahisəsiz halından müəyyən edilir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» massivinin şərq hissəsində tikilməkdə olan yaşayış binasının 4 giriş, 9-cu mərtəbəsində ümumi sahəsi 111.4 kv.m. olan 3 otaqlı 285 saylı mənzilin dəyəri tam olaraq cavabdeh «xxxxxxxxx» Mənzil Tikinti Kooperativinə ödənilmişdir. Cavabdeh MTK xx.xx.2006-cı il tarixli maliyyə arayışı ilə bu faktı təsdiq etmişdir. Bu səbəbdən iddiaçının həmin mənzil üzərində sahiblik hüququ yaranmışdır. Odur ki, işin bu hallarını nəzərə alaraq, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəlir və qeyd edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» massivinin şərq hissəsində tikilməkdə olan yaşayış binasının 4 giriş, 9-cu mərtəbəsində ümumi sahəsi 111.4 kv.m. olan 3 otaqlı 285 saylı mənzili üzərində sahilik və istifadə hüququ tanınmalı, həmin mənzil cavabdeh «xxxxxxxxx» Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməli, İddiaçı həmin mənzildən sərbəst istifadə edilməsinə Cavabdeh MTK tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh «xxxxxxxxx» Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» massivinin şərq hissəsində tikilməkdə olan yaşayış binası Cavabdeh MTK-nə məxsusdur. Bu binanın 4 giriş, 9-cu mərtəbəsində ümumi sahəsi 111.4 kv.m. olan 3 otaqlı 285 saylı mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınsın, həmin mənzil İddiaçı təhvil verilsin və qeyd edilən mənzildən İddiaçı istifadə etməsinə cavabdeh «xxxxxxxxx» Mənzil Tikinti Kooperativi tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar