Məhkəmə qərarları › İş №2(010)-920/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-920/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-920/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1022.08 manat olan Babil yataq çarpayı bazalı matras Lett almışdır.

2. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən Babil yataq çarpayı bazalı matras Lett matras təhvil alınmışdır.

3. xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 546.19 manat olan İMEİ kodu **********43709 XİAOMİ REDMİ 12 markalı telefon almışdır.

4. xx.xx.2024-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən İMEİ kodu **********43709 XİAOMİ REDMİ 12 markalı telefon təhvil alınmışdır.

5. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 643.99 manat olan Samsung 25W charger İMEİ KODU **********61140 Samsung Galaxy A14 markalı telefon almışdır.

6. xx.xx.2023-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən İMEİ KODU **********61140 Samsung Galaxy A14 markalı telefonu təhvil alınmışdır.

7. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 617.91 manat İMEİ KODU **********23592 Samsung Galaxy A14 markalı telefon almışdır.

8. xx.xx.2023-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən İMEİ KODU **********23592 Samsung Galaxy A14 markalı telefonu təhvil alınmışdır.

9. Maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 458.87 manat ödənilməmiş hissə, 45.13 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 455.02 manat ödənilməmiş hissə, 45.98 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 220.93 manat ödənilməmiş hissə, 22.07 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 170.4 manat ödənilməmiş hissə, 17.6 manat cərimə borcu olmaqla, ümumilikdə 1436 manat miqdarında borc yaranmışdır.

10. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.

11. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 34.36 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

12. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü, xx.xx.2024-ci, xx.xx.2023-ci il və xx.xx.2023 tarixli Alqı-satqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

13. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, BABİL - YATAQ - CARPAYİ- BAZALİ, MATRAS- LETT üçün 458.87 manat ödənilməmiş hissə, 45.13 manat cərimə, xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********43709 XİAOMİ REDMİ 12 markalı telefon üçün 455.02 manat ödənilməmiş hissə, 45.98 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Samsung 25W CHARGER, İMEİ KODU **********61140 SAMSUNG GALA A14 markalı telefon üçün 220.93 manat ödənilməmiş hissə, 22.07 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********23592 Samsung Galaxy A14 markalı telefon üçün 170.4 manat ödənilməmiş hissə, 17.6 manat cərimə borcu olmaqla, ümumilikdə 1436 manat borc və 34.36 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, “ABC TELECOM’’ MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərindəki müqavilələrə əsasən BABİL - YATAQ - CARPAYİ- BAZALİ , MATRAS- LETT, İMEİ KODU **********43709 XİAOİ REDMİ 12 markalı telefon, SAMSUNG 25W CHARGER , İMEİ KODU **********61140 SAMSUNG GALAXY A14 markalı telel İMEİ KODU **********23592 SAMSUNG GALAXY A14 markalı telefolmış və nəticədə 1436 (min dörd yüz otuz altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1022.08 (min iyirmi iki manat səkkiz qəpik) manat (24 ay x 38.42 manat + 100 manat ilkin ödəniş) olan BABİL- YATAQ-CARPAYİ- BAZALİ , MATRAS - LETT üçün ümumilikdə 504 (beş yüz dörd) manat olmaqla ondan, 458.87 (dörd yüz əlli səkkiz manat səksən yeddi qəpik) manat ödənilməmiş hissə, 45.13 (qırx beş manat on üç qəpik) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 546.12 (beş yüz qırx altı manat on iki qəpik) manat (18 ay x 30.34 manat +0 manat ilkin ödəniş) olan İMEİ KODU **********43709 XİAOMİ REDMİ 12 markalı teleföıjün 501 (beş yüz bir) manat olmaqla ondan, 455.02 (dörd yüz əlli beş manat iki qəpik) manat ödənilməmiş hissə, 45.98 (qırx beş manat doxsan səkkiz qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 644.04 (altı yüz qırx dörd manat dörd qəpik) manat (18 ay x 35.78 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG 25W CHARGER, İMEİ KODU **********61140 SAMSUNG GALAXY A14 mart telefon üçün 243 (iki yüz qırx üç) manat olmaqla ondan 220.93 (iki yüz iyirmi manat doxsan üç qəpik) manat ödənilməmiş hissə, 22.07 (iyirmi iki manat yeddi qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 617.94 (Altı yüz on yeddi manat doxsan dörd qəpik) manat (18 ay x 34.33 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********23592 SAMSUNG GALAXY A14 markalı telefögün 188 (yüz səksən səkkiz) manat olmaqla ondan 170.4 (yüz yetmiş manat qırx qəpik) manat ödənilməmiş hissə, 17.6 (on yeddi manat altmış qəpik) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1524.96 manat təşkil edir. Aralarında olan xx.xx.2023-ci il, xx.xx.2024-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktında qeyd olunduğu kimi, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 34.36 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu Alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

Məhkəmənin mövqeyi

17. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Göründüyü kimi iddiaçı Alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn və əşyanın verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh aldığı əşyanın pulunu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə Alqı-satqı müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən ümumilikdə 1436 manat pulun tutulması barədə tələb əsaslıdır.

Məhkəmə xərcləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34.36 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 458.87 manat əsas, 45.13 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 455.02 manat əsas, 45.98 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 220.93 manat əsas, 22.07 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 170.4 manat ödənilməmiş hissə, 17.6 manat cərimə borcu olmaqla, ümumilikdə 1436 (bir min dörd yüz otuz altı) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 04075036 saylı müqaviləyə əsasən 458.87 manat əsas, 45.13 manat cərimə, xx.xx.2024-cü il tarixli, 03237634 saylı müqaviləyə əsasən 455.02 manat əsas, 45.98 manat cərimə, xx.xx.2023-cü il tarixli, 04084931 saylı müqaviləyə əsasən 220.93 manat əsas, 22.07 manat cərimə, xx.xx.2023-cü il tarixli, 10785333 saylı müqaviləyə əsasən 170.4 manat ödənilməmiş hissə, 17.6 manat cərimə borcu olmaqla, ümumilikdə 1436 (bir min dörd yüz otuz altı) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34.36 (otuz dörd manat, otuz altı qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar