Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-940/2024 14.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh maddi zərərin əvəzi olaraq 15000 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********15 reyestr nömrəli, ********* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. O, 2023-cü ilin aprel ayından iyul ayınadək olan müddət ərzində özünə məxsus olan torpaq sahəsinin üzərində tikilmiş bir mərtəbəli evin ikinci mərtəbəsini tikdirmək üçün Cavabdeh 25000 manat məbləğində pul vermişdir. Lakin Cavabdeh onun üçün təqribən 10000 – 15000 manat məbləğində olan iş görmüş, geri qalan pulu isə mənimsəmişdir. Bununla bağlı olaraq ilk növbədə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Şikayəti araşdırılması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyevin icraatına daxil olmuşdur. X2 xx.xx.2023-cü il tarixli qərarına əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Qərar belə əsaslandırılmışdır ki, “tərəflər arasında olan mübahisə mülki xarakterli mübahisədir. Mülki qanunvericilik əsasında tənzimlənməlidir”. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, onun evində 2 otaq və sanuzel qovşağı var. Həmin otaqların üstündən 4-6 sütun qoyularaq ikinci mərtəbənin qaldırılmasını və orada 3 otaq tikilməsini istəmişdir. Ətrafındakı insanlardan bu barədə maraqlanmış və bir “prarab” tapmış, 2 briqadasının olduğunu öyrənmişdir. Həmin şəxs, yəni cavabdeh öz bacısının evini də sürətlə tikmişdir, buna görə də hər kəs onun işini tərifləmişdir. Onunla əlaqə saxlamış və cavabdeh 22000 manat müqabilində sütunlar qoymağı, kərpicləri tikməyi, divarın hər iki üzünü suvaqlamağı, evin qapı-pəncərəsini, tavan və döşəmə işlərini görməyi öz öhdəsinə götürmüşdür. O, cavabdehə birinci gün 2500 manat pul vermiş və bundan sonra da hər dəfə ona pul verdikdə bu barədə imza etdirmişdir. Cavabdeh əlavə olaraq, divarın, sütun qalınlığının artırmasını, eyvanı genişləndirməsini istəyəndə bu işlərin müqabilində əlavə məbləğ tələb etmiş və o da həmin pulu cavabdehə vermişdir. Cavabdeh, evin damını qaldırdıqdan sonra getmişdir. Həmin vaxt qonşular ona “kepka”lı birinin onu axtardığını, Şüvəlanda iş gördüyü üçün bütün Şüvəlan qəsəbəsində onu gəzdiyini, külli miqdarda pulunu alıb heç bir iş görmədiyini, bu səbəbdən cavabdehə inanmamağı tapşırmışlar. Deməli, cavabdehin heç bir briqadası yoxdur, Şağan yolundan fəhlələr tutub gətirir, həmin fəhlələr pul tələb etdikdə isə onlara yumruq vuraraq işi bacarmadıqlarını, buna görə pul vermədiyini deyirmiş. O, cavabdehin bu hərəkətlərinə etiraz etmişdir, çünki həm onun həyətində bu hadisə baş vermiş, həm də o, ustaların da iş haqqını cavabdehə verirmiş ki, işlərini yaxşı görməsələr belə, pullarını az da olsa versin. Bundan sonra cavabdeh yoxa çıxmışdır. Həmin vaxt yazyay ayları olmuş, 1-2 dəfə yağış yağmışdır. Cavabdehin öz şəxsi işlərinə görə ondan 1500 manat pul istədiyinə dair səs yazısı var. Sonradan şifer ustası vurduğu şiferləri, taxtaları sökəcəyini dedi, çünki cavabdeh ona pul vermirmiş, lakin o, buna görə də cavabdehə pul vermişdir. Cavabdeh də şifer ustasına bu barədə ev sahibinə deməməsini, ev sahibinin bankda işi olduğunu bildirmişdir. Şifer ustası cavabdehin ona heç bir pul vermədiyini bildirmiş, o isə ustaya bütün xidmət haqqlarını cavabdehə verdiyini söyləmişdir. Onlar 1-2 aylıq tikinti üçün icazə almışlar. Cavabdehə hər dəfə harada olduğunu, işi tamamlamasını dedikdə gələcəyini bildirmiş, hər dəfə də balasının canına and içmişdir. Onlar elektrik işlərinin görülməsi üçün başqa usta ilə danışıq aparmışlar. Həmin usta cavabdehin gördüyü bütün işləri söküb atmış, belə iş görülməyəcəyini bildirmiş və yenidən təmir işlərinin görülməsi üçün pul tələb etmişdir. Bundan sonra cavabdeh yoxa çıxmış və 1-2 ay gəlməmişdir. O da vasitəçiliklə cavabdehə xəbər göndərmişdir. Çünki cavabdehin uşaqları olduğu üçün onu polisə vermək istəməmişdir. Lakin sonradan məcbur qalaraq polisə müraciət etmişdir. Cavabdehə polisdə verdiyi ifadədə cəmi 7000 – 8000 manatlıq iş gördüyünü bildirmiş, buna görə ekspert rəyinin alınmasına heç bir zərurət olmadığını qeyd etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı ilə 1 m2 sahə üçün 250 manata razılaşmışdır. Bu məbləğə isə heç bir kosmetik işlərin görülməsi daxil edilməmiş və evin “podmayak” vəziyyətdə iddiaçıya verilməsi barədə razılaşma olmuşdur. Həmin evin 100 m2 sahəsi üçün 25000 manatın lazım olduğunu bildirmiş və iddiaçı tərəf də dediyi vaxtda pulu ona vermişdir. İlkin ödənişlər tikintinin ilkin mərhələsində bir az çox istifadə edilir. Bu məbləği ilk işlərin gedişatı zamanı almışdır. Bundan sonra qonşu ilə onun arasında olan jalüz üçün heç bir zəhmət haqqı almamış, yalnız jalüzün pulunu almaqla qapısında təhvil vermişdir. Sonra isə jalüz edirsə, balkonu qarşıya çıxarmağı təklif etmişdir. O, heç həmin iş üçün də pul almamış, yalnız lazım olacaq materiallar üçün pul tələb etmişdir. Nəticədə, 100 m2 sahə 150 m2 olmuşdur. O, iddiaçıdan sahəni artırırsa, pul məbləğini niyə artırmadığını soruşmuşdur. Daha sonra iddiaçının ödədiyi pulla olan işləri də yekunlaşdırmışdır. Orada 40 kubdan 2000 metrdən çox armatur istifadə edilmiş, bu iş müddəti 2 aydan çox çəkmiş və çox usta işləmişdir. Orada evin novları da vurulmuş, dam örtüyü qoyulmadan əvvəl məbləği bildirmiş, lakin iddiaçı pul verməkdən imtina etmişdir. Odur ki, məhkəmədən iddianın rədd olunmasını xahiş etdi.
İş materialları.
5. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyev tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.
6. Cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində verdiyi izahatdan görünür ki, İddiaçı 2023-cü ilin may ayından tanıyır. Aidə xanıma məxsus Şüvəlan qəsəbəsində yerləşən evin tikintisində usta işləmişdir. O, Aidə xanıma məxsus Şüvəlan qəsəbəsində yerləşən evin 158 m2 hissəsini tikmiş, lakin evi tam hazır vəziyyətə gətirməmişdir. İddiaçı ona ümumilikdə 25000 manat məbləğində pul vermiş, o da həmin pulun müqabilində bütün işləri görmüşdür. Onun İddiaçı heç bir borcu yoxdur.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16-16/2-10/2916 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınaraq, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vidadi küçəsində yerləşən 49 saylı fərdi yaşayış evi üzrə aparılmış tikinti və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 9702 manat məbləğində olması müəyyən edilmişdir.
İşin faktiki halları.
8. Cavabdeh İddiaçı ünvan 2 ünvanında yerləşən evində onun sifarişi ilə müəyyən təmir-tikinti işləri aparmışdır.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 752. Podrat müqaviləsi. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753. Muzd barəsində razılaşma. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
11. İşin hallarından görünür ki, tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmışdır. Belə ki, bu müqaviləyə əsasən, Cavabdeh (podratçı) İddiaçı (sifarişçi) evində təmir-tikinti işləri aparmağı, sifarişçi isə görülən işə görə muzd ödəməyi öhdəsinə götürmüşdür.
12. İddiaçı iddia edir ki, o, evdə görüləcək işə görə cavabdehə 25000 manat məbləğində pul ödəmiş, lakin cavabdeh aldığı pula uyğun iş görməmişdir. Cavabdeh isə iddianı qəbul etməmiş, iddiaçıdan görüləcək işə görə cəmi 21500 manat məbləğində pul aldığını, bu pulun qarşılığında bütün işləri gördüyünü, əlavə işlərin əlavə xərc tələb etdiyini, iddiaçının isə bu xərci ödəmək istəmədiyini bildirmişdir. Göründüyü kimi, tərəflər aralarında şifahi podrat müqaviləsi bağlanması ilə bağlı ortaq mövqedə olsalar da, sifariş edilən işə görə şərtləşdirilmiş muzdun məbləği və cavabdehin həmin muzda müqabil işi görüb-görməməsi ilə bağlı fərqli mövqe nümayiş etdirmişlər.
13. İş materiallarından görünür ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl Cavabdeh ona qarşı dələduzluq cinayəti törətməsi barədə ərizə ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə müraciət etmiş, müvafiq müraciət üzrə araşdırma aparılmış, yekunda cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, müvafiq müraciət əsasında toplanmış materiallar məhkəməyə təqdim edilmişdir. Həmin materiallardan görünür ki, Cavabdeh izahatında İddiaçı evində təmirtikinti işləri aparması ilə əlaqədar ona ümumilikdə 25000 manat məbləğində pul verildiyini bildirmişdir. Lakin cavabdeh hazırkı iş üzrə məhkəmə araşdırması gedişində verdiyi izahatda (xx.xx.2024-cü il tarixli məhkəmə iclası, dəq: 12:55-13:00) iddiaçıdan ümumilikdə 21500 manat məbləğində pul aldığını bildirmişdir. Cavabdehin polisə verdiyi əl yazısı ilə yazılmış izahatın əslindən görünür ki, izahatda alınan ümumi pulun məbləği yazılarkən qaralamaya yol verilmiş, 25000 ədədinin ikinci rəqəmi əvvəlcə 2 və 3-ə bənzər şəkildə yazılmış, daha sonra üzərində qaralama edilərək 5 yazılmışdır. İş üçün həlledici əhəmiyyət daşımasa da o da qeyd edilməlidir ki, müvafiq araşdırma nəticəsində qəbul edilmiş yekun qərarda Cavabdeh izahatı hissəsində izahat verən şəxs kimi başqa şəxsin adı qeyd edilmişdir. Bu baxımdan məhkəmə həmin izahatın müvafiq hissəsini hazırkı iş üzrə mötəbər sübut kimi qəbul etmir və iddiaçı tərəfindən cavabdehə ödənilmiş yekun məbləğin cavabdehin məhkəmə baxışında verdiyi izahatına uyğun olaraq 21500 manat məbləğində müəyyən edilməsi, bu izahatın faktın əlaqəli hissədə etirafı kimi qiymətləndirilməsi, bununla da iddiaçının həmin hissədə iddiasını sübut etməkdən azad olduğu, lakin cavabdehə qalan 3500 manat məbləğində pulu verməsini təsdiq edəcək mötəbər dəlillər məhkəməyə təqdim edilmədiyindən iddiaçı tərəfindən cavabdehə ödənilmiş yekun məbləğin yalnız cavabdehin etirafı hissəsində təsdiq olunduğu nəticəsinə gəlir. Beləliklə, iş üzrə sübutların müqayisəli təhlili əsasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə cavabdehə cəmi 21500 manat məbləğində muzd ödənilmişdir.
14. Tərəflər arasındakı digər mübahisəli məsələ alınmış muzd müqabilində razılaşdırılmış işin cavabdeh tərəfindən görülüb-görülməməsi, yəni cavabdehin podratı qüsurlu icra edib-etməməsi ilə bağlıdır. Belə ki, tərəflər bu məsələ ilə bağlı bir-birinin tam əksi olan mövqelər sərgiləmişlər. Hansı ki, iddiaçıya görə cavabdeh ondan 25000 manat məbləğində muzd alsa da cəmi 10000 manatlıq iş görmüş, cavabdehə görə isə iddiaçı tərəfindən ödənilmiş muzda müqabil iş görülmüş, lakin sonradan iddiaçı əlavə işlərə görə əlavə muzd ödəməkdən imtina etmişdir.
15. Mübahisəli məsələnin həlli məqsədilə məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmiş, aparılmış ekspert tədqiqatı nəticəsində görülən təmir-tikinti işlərinin ümumi dəyəri 9702 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə müvafiq rəyin bu sahədə xüsusi biliyə malik ekspert tərəfindən tikinti obyektinə baxış keçirilərək verildiyini, rəyin əsaslılığını və obyektivliyini şübhə altına alacaq hər hansı halın müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və cavabdeh tərəfindən iddiaçının evində görülmüş işlərin 9702 manat məbləğində olduğu nəticəsinə gəlir.
16. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçının evində görülmüş işlər onun iddia etdiyindən fərqli olaraq alınmış muzda müqabil olmamışdır. Bununla da o, iddiaçı ilə aralarında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qüsurlu icra etdiyi podrat müqaviləsi üzrə iddiaçıdan aldığı, lakin qarşılığında heç bir iş görmədiyi vəsaiti iddiaçıya qaytarmalıdır. Odur ki, cavabdehdən 11798 (21500-9702) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri.
17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 125.39 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11798 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 125.39 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
19. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 9702 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 125.39 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva